Gundemxeber.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
"COVID-19-dan sonra nağd pulumuz yoxdur və "Virgin Galactic"in 1 milyard dolları var. Deməli, onun bu işi təkbaşına yerinə yetirmək üçün kifayət qədər pulu olmalıdır", deyə Branson bildirib
O əlavə edib ki, hələ də istifadə olunan texnologiyaların həyat qabiliyyətini nümayiş etdirə bilən şirkətdə işləmək istəyir.
2023-cü ilin sentyabrında "Virgin Galactic" yeni suborbital uçuşun başladığını elan edib. İyun ayında "Virgin Galactic"in göyərtəsində üç İtaliya vətəndaşının olduğu ilk kommersiya idarəolunan suborbital uçuşunu uğurla həyata keçirdiyi bildirilmişdi. "VSS Unity" Nyu Meksikodakı Amerika kosmodromundan "VMS Eve" təyyarəsi ilə havaya qalxıb. Cihaz 15 km yüksəklikdə təyyarədən ayrılıb, bundan sonra daha 80 km yuxarı qalxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?