Nəhəng E-ticarət texnologiya şirkəti Amazon yaxın zamanda evlərə sifarişlərin dronlar vasitəsilə çatdılğılacağını bəyan edib. Detallar üzərində hələ də iş aparılsa da, belə görünür sifarişlər sahibinə yeni yolla çatdırılacaq.
Amazon rəhbərliyinin fikrincə bu dron dünyanı dəyişə bilər. Ceff Vilki: “Fikrimcə bu gün üçün bu, çox gözəl, zərif və çox mürəkkəb bir sistemdir.”
Amazon şirkətindən Ceff Vilki bu dronların yaxın aylarda Birləşmiş Ştatlar boyu evlərə kiçik bağlamalar daşıyacağını deyir. Bu dronbların ilk dəfə istifadəyə harada və nə vaxt başlayacağı məlum olmasa da, Ceff Vilki bunun təhlükəsiz olduğuna əmin olduğunu deyir. “Müştəri bağlamanın endirildiyi yerə çox yaxın olanda dron müəyyən məsafədə dayana bilər. Yəni dron təhlükə hiss edəndə bağlamanı yerə qoymur.”
Dronlar tamamilə elektrikdir, 24 km. məsafəni qət edə və cəmi 2.2 kq çəkidə yük daşıya bilir. Amazon bu barədə açıqlamanı Las-Veqasda MARS adı altında keçirilən tədbirdə edib və bu dron mərasim zamanı tərdim edilən yeganə eksponat olmayıb.
Amazon tədbirdə eləcə də Shepard adlı ekipaj kapsulu təqdim edib ki, həmin papsulla 6 nəfərdən çox insan fəzaya göndərilə bilər. Lakin bu uçuşların da nə zaman həyata keçiriləcəyidə məlum deyil. Bununla Amazon Space-X və Virgin Galactic kimi fəza şirkətləri ilə kosmik turizm rəqabətinə girə bilər. Software mühəndisi Lehi Qranados: “Mən bunun hər kəsin istifadə edə biləcəyi gözəl bir şey olduğunu düşünürəm, əlbəttə pulun varsa. Fikrimcə biz çox irəliyə getmişik.”
Amazon şirkəti artıq Federal Aviasiya Administrasiyasının yük daşıyacaq dronları sınaqdan keçirməyə icazə verdiyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?