Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib.
Bu barədə Gundemxeber.az-ın əldə etdiyi məlumatda qeyd olunur. Məlumata görə, məhkəmə sədrinin oğlu Məzahir Quliyev dələduzluqda günahlandırılır. Onun barəsində istintaq orqanının təqdimatı ilə həbs-qətimkan tədbirinin seçildiyi deyilir.
Məlumata görə, məhkəmə sədrinin oğlunun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb ikinci dəfə eyni cinayətdə təqsirli bilinməsidir. Belə ki, Məzahir Quliyev bundan əvvəl dələduzluq əməlinə görə şərti cəza alıb.
Qeyd edək ki, İlqar Quliyev “Tərtər İşi” çərçivəsində qanunsuz ittihamlarla həbs edilən çoxsaylı hərbçilərə hökm çıxarıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?