Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Əhməd Əhmədov bu cinayəti törətməzdə əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.
Araşdırma aparılır.
Əhməd Əhmədovun qətlə yetirdiyi qardaşının 9, bacısı qızının isə 5 yaşı olub.
Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu iddia edilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?