Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri həbsdə olan jurnalistlər və vətəndaş cəmiyyətinin fəalları ilə görüşüb.
Ombudsman Aparatının məlumatında deyilir ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan şəxslərlə, o cümlədən Ələsgər Məmmədli, Ruslan İzzətli, Əvəz Zeynallı, Ülvi Həsənli, Sevinc Abbasova, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı, İmran Əliyev və Teymur Kərimovla konfidensial qaydada görüşlər keçirilib, onların saxlanılma şəraiti və sağlamlıq vəziyyəti araşdırılıb, müraciətləri dinlənilib.
Ombudsman Aparatı bildirir ki, başçəkmə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında keçirilib.
Xatırladaq ki, son bir neçə ayda Abzas Media və Toplum TV internet resurslarının cinayət işi üzrə bu media qurumlarının 17 nəfər əməkdaşı barədə qətiimkan tədbiri seçilib. Onlardan 15 nəfəri həbsdədir.
Sorğu
Yeni dizaynımız necədir?