Gundemxeber.az » Ölkə » Cəmiyyət » Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətlərini təmin etmədi
İyunun 5-də Bakı Apelyasiya Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığı və həbsinin uzadılması ilə bağlı şikayəti təmin edilməyib.
Bu barədə Amerikanın Səsinə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.
Onun sözlərinə görə hər iki apellyasiya şikayəti müxtəlif hakimlərin sədrliyi ilə keçirilən prosesdə baxılıb.
“Məhkəmə prosesi Tofiq Yaqublunun hakimi və Əliyev hakimiyyətini sərt tənqid etməsi ilə keçib. Prosesə hakimlər Zaur Hüseynov və Murad Məmmədov sərdlik ediblər”, o deyib.
Nigar Həzi qeyd edib ki, hakimlər birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İyunun 1-də Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 20 gün uzadılması barədə qərar qəbul edib.
Mayın 31-də Bakının Nərimanov Rayon Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət isə təmin edilməyib.
Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 16-da Yaqublu barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.
Azərbaycanda son aylarda iyrimidən çox fəal və jurnalist həbs edilib. Bu həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
GundemXeber.Az
24-06-2020, 12:22
10-06-2013, 16:16
20-04-2020, 21:57
11-04-2020, 22:13
7-12-2012, 17:59
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?