İyunun 15-də N!DA Vətəndaş Hərəkatının üzvü Nicat Əmraslanov saxlanılıb. Hal-hazırda onun şəxsi vəziyyəti və ittiham olunduğu məsələ ilə bağlı ətraflı məlumata sahib deyilik.
Gundemxeber.az bildirir ki, bu barədə N!DA Vətəndaş Hərəkatı məlumat yayıb.
“N!DA Vətəndaş Hərəkatı olaraq Nicat Əmraslanovun həbsinin tamamilə əsassız olduğunu bəyan edir, bu həbsin Azərbaycanda son aylarda vətəndaş cəmiyyətinə qarşı aparılan repressiya dalğasının davamı olduğunu düşünürük. Vətəndaş cəmiyyəti üzvlərinə qarşı aparılan əsassız həbsləri və qondarma ittihamları rədd edirik! Rəsmi qurumlar tərəfindən Nicat Əmraslanovun səhhəti, ona qarşı ittihamın detalları barədə məlumat verilməsini, onun və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edirik!”, N!DA Vətəndaş Hərəkatının məlumatında deyilir.
Nicat Əmraslanovun ailəsindən onun polisdə saxlanıldığını təsdiq ediblər.
“Nicatı polis saxlayıb. Amma onun harada və hansı səbəbdən saxlanıldığı barədə hələ ailəmizə məlumat verilməyib. Polisə müraciət etmişik. Deyiblər məlumat verəcəklər”, Nicat Əmraslanovun anası Amerikanın Səsinə deyib.
Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, dünəndən Nicat Əmraslanovun harada saxlanıldığı barədə məlumat almağa çalışır.
“Dünəndən 4 dəfə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng etmişəm. Hələ də Nicat Əmraslanovun harada saxlaılması ilə bağlı məlumat ala bilməmişəm”, vəkil Amerikanın Səsinə bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Amerikanın Səsinin sorğusuna cavabda hələ Hicat Əmraslanovla bağlı hələ məlumata malik olmadıqlarını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?