Azərbaycanda restoranlara və geyimə 1 ay ərazində 700 milyon manatdan çox vəsait xərclənib.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, bu dövr ərzində 187 milyon manat restoranlara, 540 milyon manatdan çox vəsait isə geyimə xərclənib. May ayında restoranda xərclənən pulun həcmi ötən ilin may ayı ilə müqayisədə 7.5% çoxdur.
Geyimə xərclənən göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5% artıqdır.
Xezerxeber.az-ın xəbərinə görə, paytaxt sakinləri yemək bir yana, çay və ya kofe içməyin də artıq kifayət qədər sanballı hesab tələb etdiyini deyirlər. Həmçinin vətəndaşlar eyni yeməyə görə fərqli məkanlarda fərqli qiymət təklif olunmasını da deyirlər.
Geyimə isə daha çox ehtiyac yarandığı halda pul xərclədiklərini bildirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?