1 Sentyabr -Parlament seçkilərinə vaxt azaldıqca kimlərin deputat olub-olmayacağına dair müzakirələr davam etdirilir.
Gundemxeber.az bildiirir ki , hələ bir neçə müddət əvvəl gununsesi.info parlamentin 3 dəfə deputat olmuş təmsilçilərinin daha mandat sahibi olmayacağını yazıb. Əldə etdiyimiz növbəti məlumat parlamentin yeni vitse-spikerinin kimliyi ilə bağlıdır. Belə ki, növbəti parlamentdə vitse-spiker Fəzail İbrahimlinin postunun Böyük Quruluş Partiyasının lideri Fazil Mustafaya veriləcəyi bildirilir. Qeyd edək ki, VHP siyahısı ilə deputat olan Fəzail İbrahimli digər siyasi partiya təmsilçisi olduğu üçün bu posta gətirilmişdi. Mənbəmizin sözlərinə görə, hökumət parlament rəhbərliyində siyasi partiyalardan bu dəfə Fazil Mustafanı görmək istəyir. Fəzail İbrahimliyə gəlincə, mənbəmiz deyib ki, onun hətta deputat olması belə sual altındadır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?