GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Atlant”ın sahibi adı qarışan məhkəməyə gəlmədi – barəsində bu qərar veriləcək

“Atlant”ın sahibi adı qarışan məhkəməyə gəlmədi – barəsində bu qərar veriləcək

Tarix: 2-08-2024, 13:33 Bölmə :Cəmiyyət Baxış: 168

bitmap-img6

“Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır davam edən Nofəl Hacıyevin cinayət işi üzrə prosesə şahid qismində çağırılsa da, qatılmayıb.

Hakim Şəlalə Həsənova bildirib ki, Tahir Qədəşova prosesdə şahid qismində ifadə vermək üçün çağırış göndərildiyini, lakin heç bir üzrlü səbəb olmadan onun məhkəməyə qatılmadığını bildirib. Hakim qeyd edib ki, Tahir Qədəşova xəbərdarlıq ediləcək, növbəti prosesə qatılmayacağı təqdirdə barəsində məcburi gətirilmə qərarı çıxarılacaq. Bu halda Tahir Qədəşovu polis nəzarətində məhkəməyə gətirəcəklər. Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir. Tahir Qədəşovla Nofəl Hacıyev qohum olmaqla yanaşı cinayət işində 14 milyon manatlıq dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da və “Atlant” Ailəvi İstirahət Mərkəzində şərikdirlər. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunur. Onunla yanaşı, hakim qarşısına Talış Məhəmmədov da çıxarılıb. “Təbriz” MTK-nın icraçı direktoru olan Talış Məhəmmədov vəzifə səlahiyyətlərini aşma və sənədləri saxtalaşdırmada ittiham olunur. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Təqsirləndirilən hakimdən icazə alaraq çıxış edib.

Nofəl Hacıyev bildirib ki, ailə üzvünün barəsində danışmaq istəməsə də, vəziyyət onu buna məcbur edir. Onun sözlərinə görə 2000-ci illərdən başlayaraq Bakıda, Sumqayıtda, Xırdalanda 100-ə yaxın hündürmərtəbəli binalar tikib və istifadəyə verilib. Üzərinə düşən öhdəlikləri həmişə vicdanla yerinə yetirib. Buna görə də tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamları həvəslə onunla işləyiblər. Nofəl Hacıyev bildirib ki, 2022-ci ilə qədər binaların tikintisindən əldə olunan külli midarda vəsaitləri qaynatasına ötürüb, “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikintisinə, genişlənməsinə yatırıblar. 2022-ci ildə tikinti ilə bağlı kəskin maliyyə problemləri yaranıb, tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamlarına borcları ödəyə bilməyib. Tikilməkdə olan binaların isə tikintisi yarımçıq qalıb. Belə bir vəziyyətdə qaynatası Tahir Qədəşovdan borcların ödənməsi, tikintisi yarımçıq qalan binanın tikilərək təhvil verilməsi üçün pul verməsini istəyib. Tahir Qədəşov pul verəcəyini vəd edib, sonradan isə pulunun olmadığını deyib. Belə olan halda Nofəl Hacıyev “Atlant” Ailəvi İstirahət Mərkəzinin satılmasını təklif edib. Tahir Qədəşov bu təlkiflə razılaşıb. Nofəl Hacıyev məhkəmədə deyib ki, hətta “Atlant” Ailəvi İstirahət Mərkəzini almaq niyyətində olan müştəri də tapıb. Qiymət razılaşdırılıb, sövdələşmə aparılıb. Lakin Tahir Qədəşov son anda “Atlant” Ailəvi İstirahət Mərkəzini satmaqdan imtina edib. Nofəl Hacıyev deyib ki, çox çətin vəziyyətdə olduğundan, yaranmış borcları ödəyə bilmədiyindən məcburiyyət qarşısında bir mənzili bir neçə nəfərə satmaqla vəziyyətdən çıxmağa çalışıb. Düşünüb ki, binanı tikib təhvil verəndən sonra əldə edəcəyi gəlirlə aldadılmış, bu gün məhkəmədə zərərçəkən statusunda olan şəxslərin pullarını qaytaracaq.

Məhkəmədə zərərçəkənlər tələb ediblər ki, üzərinə ibtidai istintaq dövründə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunaraq satışa çıxarılsın və onlara dəymiş ziyan ödənilsin.

Növbəti proses sentyabrın 21-nə təyin edilib. Həmin gün Tahir Qədəşov məhkəməyə qatılsa, ələ keçirilmiş 14 milyon manatla bağlı prokurorun, məhkəmənin, təqsirləndirilən və zərərçəkənlərin, onların vəkillərinin suallarını cavablandırmalı olacaq. Xatırladaq ki, ötən prosesdə iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər. Müraciət müəllifləri hakimə yazıb bildiriblər ki, “Təbriz” MTK ilə mənzil alışına dair müqavilə imzalayıb, pul ödəyiblər və müvafiq olaraq MTK tərəfindən onlara maliyyə arayışı verilib. Buna baxmayaraq, müqavilələr üzrə göstərilən mənzillərin sonradan digər şəxslərə satıldığı üzə çıxıb: “Sonradan bizə məlum olub ki, mənzillərin satılması ilə bağlı alınmış pullar Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasında yaranmış öhdəliklərə yönəldilib. Eyni zamanda “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Qədəşov Tahir Ərzuman oğlu həm də “Təbriz” MTK-nın təsisçisidir. Bütün pulların “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsinə baxmayaraq, istintaq orqanı Qədəşov Tahir Ərzuman oğlunu cinayət məsuliyyətinə cəlb etməyib, bunun nəticəsində istintaq birtərəfli qaydada aparılmaqla iş üzrə zərərçəkmişlərin pulu ödənilmir. Ona görə də Sizdən xahiş edirik ki, zərərçəkmişlərin pulunun ödənilməsi məqsədi ilə işdə təqsirli olan şəxsin əlbirlik faktı ilə bağlı məsuliyyətə cəlb edilməsindən ötrü Nofəl Hacıyevin barəsində olan cinayət işi Qədəşov Tahir Ərzuman oğlunun da onunla əlbirlik faktına ittiham verilməsindən ötrü əlavə ibtidai istintaqa qaytarılsın”.

Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı, Tahir Qədəşovun da həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.

Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər. Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş redaktorun məhkəməsində şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

    Baş redaktorun məhkəməsində şahid barəsində ...

    8-02-2019, 14:42

  • 
  • Dələduz vəkilin məhkəməsi başladı

    Dələduz vəkilin məhkəməsi başladı ...

    14-01-2017, 01:03

  • 
  • Məşhur hakim nazirliyi məhkəməyə verdi – Səbəb

    Məşhur hakim nazirliyi məhkəməyə verdi – Səbəb ...

    3-03-2020, 14:10

  • 
  • SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq

    SOCAR-ın vəzifəli əməkdaşına qarşı dələduzluq ...

    18-04-2017, 09:47

  • 
  • Leyla Şıxliniskayaya sonuncu xəbərdarlıq...

    Leyla Şıxliniskayaya sonuncu xəbərdarlıq... ...

    30-01-2018, 15:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu