''Bəzi kütləvi informasiya vasitələrində 62 saylı Saatlı seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehtiyev Oktay Hüseyn oğlunun Milli Məclisə seçkilərlə əlaqədar 26 yanvar 2020-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə nəzərdə tutulan görüşü qarşıdurma və polis zorakılığı ilə başa çatması barədə həqiqəti əks etdirməyən informasiyalar yayılmışdır.
Bildiririk ki, həmin tarixdə saat 14-də Oktay Mehtiyevin Mədəniyyət Mərkəzində seçicilərlə qapalı görüşü keçirilmişdir. Mərkəzin 350 nəfərlik yer tutumu olmasına baxmayaraq təxminən 700 nəfərə yaxın insan iştirak etmişdir. Həmin vaxt dairə seçki komisiyasının sədri Arif Əliyev tərəfindən qeydə alınmış namizəd Oktay Mehtiyevə açıq və qapalı görüşlərin keçirilməsi, seçicilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasına dair yol verilmiş nöqsanlar barədə irad bildirilmiş, belə görüşlər zamanı ondan Seçki Məcəlləsinin müddəalarına və digər müvafiq qanunvericilik aktlarına əməl olunması tələb edilmişdir. Namizədin seçicilərlə görüşü baş tutmuş və hər hansı səlahiyyətli orqanlar tərəfindən, o cümlədən polis tərəfindən tədbirin keçirilməsinə maneçilik törədilməmişdir.''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?