GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Azəriqaz” 16 ildir əlilin evinə sayğac quraşdırmaqdan imtina edir

“Azəriqaz” 16 ildir əlilin evinə sayğac quraşdırmaqdan imtina edir

Tarix: 1-09-2024, 10:58 Bölmə :Cəmiyyət Baxış: 1 931


Hakim Fərid Mədətli 1-ci dərəcəli qazinin ayda 1440 manat qaz işlətdiyini qərarlaşdırıb


Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əlil-istehlakçını yox, “xidmət qohumluğunu” qoruyur


Bakının Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında Heydər Əliyev Fondunun dəstəyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin istifadəsinə 2008-ci ildə verilən qeyri-yaşayış otağının çöldən “Kombi” sistemi ilə qızdırılmasına “Azəriqaz” 16 ildir rüşvət tələbi ilə qadağa qoyub. Qaz xidmətinin Qarabağ qazisini “qazlamağına” baxın, qeyriyaşayış evinin çöldən “Kombi” sistemi ilə qızdırılması təhlükə yaradır. Halbuki təhlükəyə cavabdeh olan Fövqəladə Hallar Nazirliyi “Kombi” cihazlarının binanın çölündə quraşdırılmalı olmasını bildirib.16 ildir ali dövlət hakimiyyəti orqanlarından, Heydər Əliyev Fondundan “Azəriqaz”a gələn tapşırıqlara çeşidli bəhanələrlə əməl edilmir. Özü də qaz xidmətinin işi yalnız qaz sayğacı quraşdırmaqır, ondan o yana keçmir. Nədən bütün işlər görülüb, mövcud qaz xətti binanın yanından keçdiyindən, 16 il qabaq xətdən ventillə qaz götürülməsi üçün , rus terminologiyası ilə desək, “sosok” qoyulub, bircə sayğac quraşdırmaq qalır ki, evi qızdırmaq mümkün olsun. Qaz idarəsinin bu özbaşınalıqda rüşvətdən özgə nə marağı ola bilər ki, 16 ildir boynuna düşən görəvdən imtina edir? Xatırladırıq ki, “Azərişıq” anında iki (!) işıq sayğacı quraşdırıb, “Azərsu” verdiyi texniki şərti məhkəmənin qərarından sonra beş ildir icra edib, bircə qaz idarəsi erməni kilsələrinə pulsuz verdiyi qazı Qarabağ qazisinə pulla da vermək istəmir. “Kombi” sistemi isə qaz olmadan işləmir.

“Azəriqaz” hətta məhkəməyə də təzyiq edib. Bakı İnzibati Məhkəməsinin hakimi Fərid Mədətli 17.06.2020-ci il tarixli (tərəflərin iştirak etmədiyi) iclasda qərara alıb ki, 1-ci dərəcəli Qarabağ qazisi-istehlakçının istifadəsinə SƏNAYE QAZ SAYĞACI verilməlidir. Bilirsiniz, hələ də rəsmi qaydada verilməyən bu qərarla məhkəmə hakimi nə demək istəyir? “ Qaz təchizatı haqqında” qanunun 13.9 maddəsində, “Qazdan istifadə qaydaları haqqında” NK qərarının 4.2 bəndində MƏİŞƏT QAZ SAYĞACLARInın təchizatının, quraşdırılmasının, dəyişdirilməsinin QAZ PAYLAYICININ vəsaiti HESABINA, digər istehlakçılar üçün İSTEHLAKÇILARIN vəsati HESABINA olduğu yazılıb. Yəni istənilən halda , qaz xidməti xidmətdən imtina edə bilməz, sadəcə, xidmətin kimin hesabına olması mübahisə predmetidir. Məhkəmə də başqa bəhanə tapa bilməyib və qərara alıb ki, əlil-istehlakçı SAATDA 10 kub metrdən çox qaz sərf edən SƏNAYE QAZ QURGUSUNDAN yararlanır !(?) ( Məişət qaz qurğusu saatda 10 kub metrdən AZ, sənaye qaz qurğusu isə ÇOX qaz işlədən qurğular sayılır). Özbaşınalığa baxın, guya “Kombi” saatda 10 kubmetrdən çox qaz işlədir. Hakim Fərid Mədətlinin “Azəriqaz”ın rüşvətilə “daxili inam” məntiqinə baxın, guya Qarabağ qazisi bir günə ən azı 240 kub metr, bir aya 7200 kub metr hesabı ilə gündə 48 manatlıq, ayda ən azı 1440 manatlıq qaz işlətməlidir. Belə məhkəmə, qaz xidməti rüşvətilə qazdan istifadə etmək olar?

Məhkəmə Hüquq Şurasına şikayətlər də sonuc verməyib və bədnam qərar hələ də verilməyib. Qarabağ qazisi razıdır, qərarı cavabdeh “Azəriqaz” icra etməli və 1-ci dərəcəli Qarabağ əlilinə SƏNAYE QAZ QURĞUSUNDAN yararlanan istehlakçı kimi ƏLİLİN HESABINA SƏNAYE SAYĞACI quraşdırmalıdır. Bəs niyə “Azəriqaz” məhkəmə qərarını icra etmir? Heç demə, qərar cavabdehə də verilməyib. Bu necə olur, məhkəməyə belə əndrabadi qərar sifariş edəsən və özünə verilməyə? Bəlkə “Azəriqaz” utanıb-qızarır, ona görə məhkəmə qərarını gizlədir? Axırı, Nizami qaz idarəsindən qaziyə zəng edib məhkəmə qərarının verilməsini istəyiblər. (?)

Bəs bu günlərdə Prezident Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yanından Prezident yanında dövlət agentliyinə çevrilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kobud istehlakçı hüququnun pozulmasına nə deyir? Xidmətin rəis müavini İlqar Həsənovun imzası ilə gələn cavab istehlakçının hüququnun yox, təbii inhisarçı qaz xidmətinin rüşvətinin üstünlüyünün qorunmasını üzə çıxarır. Rəis müavini 1-ci dərəcəli əlil istehsalçıdan “ərazisi planlaşdırılmayan ərazilərdəki tikililərə” qaz çəkilməsinə görə qoşulma haqqının ödənilməsini, sayğacın məişət obonentlərinə pulsuz olmasını və s. anlamsızlığı vurğulayaraq … məhkəməyə müraciət etməyi məsləhət bilir. Açıq-aşkar qaz idarəsinin qanunsuz təzyiqi sezilir. Axı Nizami rayonu 50 ilə yaxındır planlaşdırılıb və 16 ildir qeyri-yaşayış otağı dövlət sifarişi – Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Vurğuladığımız kimi, çöldən “Kombi” ilə qızdırmaq üçün hər şey hazırdır, bircə qaz sayğacı quraşdırmaq qalır; məhkəmə də öz sözünü deyib ki, 1-ci dərəcəli əlilə öz hesabına SƏNAYE QAZ SAYĞACI quraşdırılmalıdır. 50 ildir mövcud qaz şəbəkəsinə qoşulan xəttə görə qoşulma haqqı ödənməlidir? Bu hansı qanunda yazılıb?

Özü də bu QOŞULMA HAQQI, daha düzü, HOQQASI 2022-ci ildə çıxarılıb, otaq isə 2008-ci ildə tikilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi normativ aktın geriyə qüvvəsini qadağan edir. Yalnız şəxslərin vəziyyətini yaxşılaşdıran aktların geriyə qüvvəsi vardır. Bundan da xəbərsizdirlər məhkəmələr, dövlətin xidmət qurumları?

Bu günlərdə 1-ci dərəcəli əlilin yaşadığı mənzilə qaz xidmətçisi baxış keçirib və “tikinti obyektində” ( bəyəm mənzil tikinti obyekti sayılır?- M. B.) detektor quraşdırılmadığı, tüstü borusunun standarta uyğun olmadığı” “nöqsanını” bəlirləyib. Nooldu, indiyədək nöqsan yox idi, indi haqqını tələb edəndə nöqsan tapılır? Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib? Qaz xəttinin standarta uyğun çəkilməməsinin “nöqsanı” əlilistehlakçının yox, qaz xidmətinin boynundadır. Bu barədə Xətai məhkəməsinin (h. Raziya Ataşova) Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının rəyinə əsasən qətnaməsini də “Azəriqaz”, Nizami qaz idarəsi 12 ildir icra etmir. İstehlakçıların hüquqlarının müdafiəsinə təhkim edilən Dövlət Xidməti – Agentliyi isə inhisarçı xidmət “qohumluğunu” qoruyur, ən yaxşı halda, məhkəməni nişan verir. Məhkəmə qərarını verib də! 

Qarabağ əlilinə, istehlakçıya qaz xətti yox, sayğac gərəkir. Binanın çöldən, təhlükəsizlikdən yana, “Kombi” ilə qızdırılması üçün. Bu sadə gerçəyi qaz xidməti, dövlət agentliyi anlaya biləcəkmi? Anlayış haqqı nə qədərdir?


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı İnzibati Məhkəməsinin pandemiya dələduzluğu... - İLGİNC İDDİA

    Bakı İnzibati Məhkəməsinin pandemiya ...

    4-10-2021, 13:20

  • 
  • “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” - MM-in komitə sədri

    “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ...

    24-04-2020, 13:26

  • 
  • “AZƏRİQAZ”  VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR

    “AZƏRİQAZ” VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR ...

    3-06-2016, 16:19

  • 
  • “Azəriqaz” işçilərə bildiriş payladı- işdən çıxarılma ilə bağlı

    “Azəriqaz” işçilərə bildiriş payladı- işdən ...

    12-02-2014, 13:04

  • 
  • "Azəriqaz": Tarif dəyişiklikləri abonentlərin əksəriyyətinə təsir etməyəcək

    "Azəriqaz": Tarif dəyişiklikləri ...

    29-11-2016, 18:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu