Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri oktyabrın 17-də keçirilən səsvermə ilə 2024-cü il fikir azadlığı üzrə Saxarov Mükafatı üçün üç finalçını müəyyən edib.
Bunlar Doktor Qubad İbadoğlu (Azərbaycan), Mariya Corina Machado və Edmundo González Urrutia (Venesuela) "Qadınlar sülh uğrunda" və "Günəşin Qadınları" (İsrail/Fələstin).
Məlumatda deyilir ki, Avropa Parlamentinin Yaşıllar/Azad Avropa Alyansı tərəfindən irəli sürülən Qubad İbadoğlu azərbaycanlı akademik və antikorrupsiya fəalıdır. O, 2023-cü ildə ölkənin neft və qaz sənayesini tənqid etdikdən və oğurlanmış dövlət resurslarını qaytarmaq üçün xeyriyyə təşkilatı yaratdıqdan sonra həbs edilib. İndi ev dustaqlığında onu 17 ilə qədər həbs gözləyir.
“Yaşıllar/Azad Avropa Alyansının namizədi Qubad İbadoğlu Saxarov mükafatının 3 finalçısından biridir. İbadoğlu insan haqları müdafiəçisi, rejimin və mədən sənayesinin tənqidçisidir. Bu, Bakıda keçiriləcək COP29-dan bir neçə həftə əvvəl Azərbaycana göndərilmiş güclü mesajdır”, Parlamentin fransalı deputatı Munir Saturi deyib.
Avropa Xalq Partiyası Mariya Korina Maçadonu Venesueladakı demokratik qüvvələrin lideri, habelə azadlıq və demokratiyanın bərpası uğrunda mübarizə aparan ölkə daxilində və xaricində bütün venesuelalıları təmsil edən seçilmiş prezident Edmundo Qonzales Urrutianın namizədliyini irəli sürüb.
Sosialistlər və Demokratlar tərəfindən - “Qadınlar sülh uğrunda” və "Günəşin Qadınları" və onların həmtəsisçiləri Yael Admi və Reem Hajajreh namizəd seçiblər.
Günəşin Qadınları" 2021-ci ildə yaradılmış, İordan çayının qərb sahilindən, Qəzza zolağından və daha geniş Fələstin diasporundan olan qadınları, gəncləri və uşaqları əhatə edən müstəqil Fələstinli qadınlar birliyidir. Onlar icmalar arasında sülh haqqında mədəni və milli məlumatlılığı yaymağa çalışırlar.
“Qadınlar sülh uğrunda” 2014-cü ildə yaradılmış ərəb-yəhudi təşkilatıdır. Onların məqsədi danışıqların bütün mərhələlərində qadınların fəal iştirakı ilə İsrail-Fələstin münaqişəsinin qeyri-zorakı, ləyaqətli və qarşılıqlı qəbul edilən həll yollarını təşviq etməkdir.
2022-ci ilin mart ayında iki təşkilat qan tökülmələri dövrünə son qoymaq üçün ortaqlıq elan etdilər. Onların liderləri çoxsaylı mükafatlar alıb və Nobel Sülh Mükafatına namizəd olublar.
Oktyabrın 24-də Fikir Azadlığı üzrə Saxarov Mükafatının laureatı seçiləcək. Qaliblər üçün 50 000 avro məbləğində pul mükafatı nəzərdə tutulub.
Mükafatlandırma mərasimi bu ilin dekabrında Strasburqda Avropa Parlamentinin plenar iclasında olacaq.
1988-ci ildə təsis edilən və sovet dissident alim Andrey Saxarovun adını daşıyan Saxarov Düşüncə Azadlığı Mükafatı Avropa Parlamenti tərəfindən hər il həyatını insan hüquqları və düşüncə azadlığının müdafiəsinə həsr etmiş şəxslərə və ya qruplara təqdim edilir.
Parlamentin siyasi qruplarının hər biri hər il öz namizədini irəli sürür. Namizədlər Xarici Əlaqələr Komitəsinin, İnkişaf Komitəsinin və İnsan Hüquqları Alt Komitəsinin birgə iclasında təqdim olunduqdan sonra üç namizəddən ibarət qısa siyahı seçilir.
Saxarov Mükafatının yekun qalibi Avropa Parlameti prezidenti və Parlamentdə təmsil olunan bütün siyasi qrupların liderlərinin daxil olduğu Prezidentlər Konfransı tərəfindən seçilir./amerikaninsesi.org/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?