Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunun bələdiyyə sədri Əhməd Özər saxlanılıb.
Əhməd Özər "PKK/KCK" terror təşkilatına üzv olmaqda ittiham edilib.
Terrorla bağlı istintaq çərçivəsində saxlanılan Esenyurt Bələdiyyə sədri Əhməd Özer prokurorluğa verdiyi ifadədən sonra məhkəmə tərəfindən həbs edilib.
Bildirilir ki, prokurorluq məhkəməyə bələdiyyə sədrinin terrorçularla bağlı bank hesabları və mütəmadi danışqılardan ibarət dəillər tədim edib.
Onun saxlanılmasından sonra Beşiktaş rayonunun inzibati ərazi dairəsinin rəhbəri Oğuzhan Bingöl Esenyurt bələdiyyəsinə rəhbər təyin olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?