Gundemxeber.az » Ölkə » Cəmiyyət » Moskvada öldürülən Sarkisyan kimdir? - ŞOK DETALLAR
Xəbər verildiyi kimi, Moskvanın "Alovlu yelkənlər" elit yaşayış kompleksində partlayış baş verib.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, zərərçəkənlər arasında qondrama "dxr" Boks Federasiyasının prezidenti, 46 yaşlı Armen Sarkisyan da olub.
Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən media mənbələri onun reanimasiyada öldüyünü bildiriblər.
Armen Sarkisyan 1978-ci ildə İrəvanda anadan olub və daha sonra Ukraynanın Qorlovka şəhərinə köçərək öz biznesini qurub. Yerli media onun cinayət dünyası ilə əlaqəli olduğunu və "Qorlovski" ləqəbi ilə tanındığını yazıb.
2013-cü ildə Gorlovka.ua saytı onu şəhərin "boz kardinalı" adlandırıb. Çünki Sarkisyan Ukraynanın o dövrdəki prezidenti Viktor Yanukoviçin yaxın dostu, xalq deputatı Yuri İvanyuşenko ilə əlaqəli imiş.
Ukrayna hakimiyyəti Sarkisyanı 2014-cü ildə "Avromeydan" tərəfdarlarına hücum edən gənc idmançılardan ibarət "titulşiklər" adlanan quldur dəstəsinin koordinasiyasında ittiham edib. Onların məlumatına görə, keçmiş daxili işlər naziri Vitali Zaxarçenko və Sarkisyanın rəhbərliyi altında ən azı 300 nəfər fəaliyyət göstərib.
Təhqiqat Sarkisyanın "Vesti" qəzetinin jurnalisti Vyaçeslav Veremiyin qətlinə qarışdığını düşünür. 19 fevral 2014-cü il gecəsi onu taksidən çıxarıb qarnından güllələyiblər. Bunu Qorlovka biznesmeninin koordinasiya etdiyi "titulşiklər" edib.
2014-cü ildə Ukrayna onu qətl təşkilatçılığı, qətl cəhdi və partlayışlar təşkilatçılığında ittiham edərək beynəlxalq axtarışa verib.
2024-cü ildə Armen Sarkisyana qarşı ittihamlar Ukrayna Cinayət Məcəlləsinin daha 2 maddəsi ilə tamamlanıb: "qanunsuz silahlı birləşmədə iştirak" və "təcavüzkar dövlətə kömək".
Təhlükəsizlik Xidməti və Milli Polis Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Sarkisyanın işğal altında olan Donetsk vilayətinin həbsxanalarından məhbuslar toplayaraq "Erməni batalyonu" və ya "ArBat" yaratdığını xəbər edib.
Sarkisyan öz döyüşçüləri üçün termal kameralar, yanacaq və tikinti materialları almaq üçün nəzarətində olan şirkətlərdən istifadə edib.
"ArBat" Toretsk istiqamətində döyüşlərdə iştirak edib, lakin 2024-cü ilin avqustunda Ukrayna silahlı qüvvələrinin hücumundan sonra Kursk vilayətinə göndərilib. O zaman "ArBat"ın sosial şəbəkələrində Sarkisyanın "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinovla görüşünün fotosu yayılıb.
Həmin qrup Rusiyanın Abxaziya və Rusiyadan könüllülərdən ibarət silahlı birləşməsi olan "Pyatnaşka"ya daxil olunub. 2023-cü ilin yayında "ArBat" Rusiya Müdafiə Nazirliyinin tabeliyinə verilibmiş.
GUNDEMXEBER.AZ
19-01-2018, 14:40
21-10-2020, 11:11
7-11-2014, 09:58
26-12-2017, 00:31
16-01-2015, 22:10
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?