GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi

“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi

Tarix: 20-02-2025, 14:12 Bölmə :Cəmiyyət Baxış: 78


Nərimanov rayonu, Faiq Yusifov küçəsində çoxmərtəbəli bina tikən “Gold Məkan” MMC ilə vətəndaşlar arasında daha bir problem yaşanıb. Bu dəfə narazı olan sakinlərdən biri küt alətlə xəsarət aldığını iddia edib.


GUNDEMXEBER.AZ musavat.com-a istinadla xəbər verir ki, MMC tərəfindən qeyd edilən binada tikinti işləri aparılan zaman köhnə binaların söküntüsü həyata keçirilir. Bu zaman sakinlərlə şirkət arasında bir neçə səbəbə görə problemlər yaşanıb. Ya sakinlər kompensasiya ilə razılaşmayıb, ya da sakinlərə yeni tikiləcək binadan veriləcək mənzillərin yerləşmə və mənzərəsinə görə problemlər yaranıb. Bəzi sakinlər ümumiyyətlə şirkətlə razılaşmayaraq evlərini tərk etməyiblər. Bu zaman da müxtəlif problemlər üzə çıxıb. Sakinlərin su xətti, qaz xətti zədələnib.

Qeyd edilən problemlərlə bağlı sakinlərin onlarla müraciəti, şikayəti yerli mediada dərc edilib.

Bu problemlərdən biri də bu yaxınlarda yaşanıb. Tikinti şirkəti üçün qaz xəttinin yerini dəyişən “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşları ilə sakinlər arasında insident yaşanıb. İnsident zamanı sakinlərdən biri xəsarət alıb.

WhatsApp Image 2025-02-20 at 11.39.34 (1).jpeg (383 KB)

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusif küçəsi 43 saylı binanın həyətində “Azəriqaz”ın podratçı şirkətinin əməkdaşı Vüqar Mamedov qaz xəttinin yerini dəyişdirən zaman sakinlərdən Adilə adlı qadınla mübahisə edib. Sakin qaz xəttinin yerinin dəyişdirilməsinə etiraz edib. Mübahisə zamanı Vüqar Mamedov əlində olan dəmir alətlə sakinə xəsarət yetirib.

Vüqar Mamedov dindirilən zaman sakinə xəsarət yetirmədiyini deyib. O, “Azəriqaz”ın keçmiş müdiri Ruslan Əliyevin göstərişi ilə qeyd edilən ünvanda işlər gördüklərini deyib:

“Qaz xətti söküntü ərazisinə düşürdü. Biz də yerini dəyişdirəcəkdik. İşləyən zaman Adilə xanım gəlib işləri dayandırmağımızı tələb etdi. Mən MMC-yə deməsini xahiş etdim. Amma məhəl qoymadı. Kobud şəkildə danışmağa, telefonla çəkiliş etməyə başladı. Qaynaq aparatını generatordan ayırdı. Mən gedib yenidən generatoru işə saldım. O, yenə söndürdü. Bu hal bir neçə dəfə təkrarlandı. Məni təhrik edirdi ki, mübahisə yaransın. Sonra məndən sənəd tələb etdi. Yenə generatoru söndürmək istəyəndə ona tərəf getdim. Söndürməməsini tələb etdim, oradan kənarlaşdırdım. Həmin vaxt telefonu yerə düşdü, ekranı sındı. Sonra səs-küy salıb guya onu vurduğumu dedi. Səsə camaat toplaşdı”.

Vüqar Mamedov qadına əlində olan küt alətlə vurmadığını, onun telefonunu yerə çırpmadığını deyib.

Məhkəmədə dindirilən zərərçəkmiş qadın ifadəsində şirkətdən narazılığını dilə gətirib:

“Tikinti şirkəti mənim mənzilimin və qeyri-yaşayış sahəmin yerləşdiyi binaları sökərək yerində çoxmərtəbəli binalar tikmək istəyir. Buna görə ərazini hasarlayıb. Lakin mülkiyyətçiləri ilə danışıqlar aparılmayıb, razılıq əldə edilməyib. Binaların ətrafının hasarlanması nəticəsində həyətə giriş-çıxış məhdudlaşıb. Narazılıqdan sonra giriş hissə qismən açıldı.

Həmin gün qonşumuz Fuad zəng edərək yaşadığımız binaya müdaxilə edildiyini dedi. Binaya qazın verilməsi də dayandırıldı. İş görən şəxslərdən sənəd tələb etdik. Sənəd vermədilər. Biz də “Azəriqaz”la əlaqə saxladıq. Dedilər ki, guya ərazidə qəza olduğu üçün iş görülür”.

WhatsApp Image 2025-02-20 at 11.39.34.jpeg (36 KB)

Zərərçəkmiş qadın əlavə edib ki, etiraz edən zaman V.Mamaedov onun əlindən çəkiclə vurub, sonra da yerə düşən telefonunu sındırıb. O, şikayətçi olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş qadının qonşuları da dindirilib. Onlar qonşularını müdafiə edən ifadələr veriblər.

“Gold Məkan” MMC şirkətinin rəhbəri Mahir Eyvazov və şirkətin digər işçisi isə dindirilən zaman V.Mamedovu müdafiə edən ifadə veriblər. Deyiblər ki, V.Mamedov qadına xəsarət yetirməyib.

Məhkəməyə şirkətin nümayəndəsinin istəyi ilə dəvət edilən şahidlər isə zərərçəkmiş Adilə adlı qadının əleyhinə ifadə veriblər. Həmin şahidlər də bina sakini olub. Onlar deyiblər ki, V.Mamedov qadını vurmayıb. Əksinə, qadın və digər qonşular Vüqarı vurub.

Ərazidə olan kamera görüntüsünə baxış zamanı tərəflərin mübahisə etdiyi müşahidə edilir. Lakin tərəflərin bir-birinə xəsarət yetirməsi görünmür. Mübahisə zamanı Adilə adlı qadının telefonun əlindən düşdüyü görüntülərdə yer alıb.

Məhkəmə V.Mamedovu bir il islah işlərinə cəlb edib.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR

    "Gold Məkan" tikinti şirkəti sakinlərin ...

    18-12-2024, 22:50

  • 
  • Binəqədidə tikinti özbaşınalığı: - Sakinlər təhlükədə…(VİDEO)

    Binəqədidə tikinti özbaşınalığı: - Sakinlər ...

    30-05-2018, 20:29

  • 
  • Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı”

    Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyev ...

    8-07-2017, 21:27

  • 
  • “Akkord” sakinlərə “qan uddurur”

    “Akkord” sakinlərə “qan uddurur” ...

    16-08-2015, 00:35

  • 
  • "Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!

    "Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ...

    15-04-2022, 16:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu