GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?

AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?

Tarix: 15-05-2025, 23:06 Bölmə :Cəmiyyət Baxış: 189

AHİK-lə bağlı İLGİNC İDDİALAR -

Bəzən böyük və dəbdəbəli tədbirlər kənardan “nəhəng iş” kimi görünsə də, bunun arxasında hansı qanunsuzluqların gizləndiyindən xəbərsiz oluruq… Bu zaman isə nəhəng işlərlə gündəmə gələn bəzi dövlət qurumlarının yarımçıq fəaliyyətləri pərdələnir. Elə son vaxtlar bir çox möhtəşəm tədbirlərin təşkili və keçirilməsi ilə gündəmə gələn Həmkarlar İttifaqları Konfederasiyası da öz kiçik səhvlərini böyük işlər altında ört-basdır etməyə səy göstərən qurumlar sırasındadır. Hərçənd onların əməllərinin nə qədər kiçik olduğunu söyləməyin özü də mübahisəlidir. Çünki yanlışlıqların miqyası olduqca böyükdür. Konkret.az-a daxil olan məlumatlar belə düşünməyə vadar edir.

Əfsuslar olsun ki, Konfederasiya üzvlərinin əmək hüquqlarını kobud şəkildə pozmaqla məşğuldur. Şərqdə ilk kollektiv müqavilənin yubileyini qeyd edən AHİK 120 il geri qayıdaraq 8 saatlıq iş rejimini 10-12 saata çatdırmaq üzrədir. Bununla da Konfederasiya yeni “mazut konstitusiyasını” dirçəldib desək, yəqin ki, yanılmarıq. Hərçənd AHİK bütün işçilərin hüquqlarını qoruyan, onların problemlərini qabardan bir qurumdur. Ancaq öz işçisinin hüququnu tapdalayan bir qurumdan başqasının haqlarını qorumasını gözləmək də sadəlövhlükdür. Digər tərəfdən, AHİK-in girişində olan turniketlər səhər saatlarında çalışsa da, axşam saat 18:00-dan sonra nədənsə söndürülür. Bu sirri aça bilməsək də, yəqin AHİK-in yeni rəhbərliyinin bildiyi bir nəsnə vardır. Əks halda gündüz işləyən turniketlər niyə axşam saatlarında söndürülsün ki?!

Amma bugünkü mövzumuz turniketlərin işləyib-işləməməsi deyil, daha çox AHİK-in həssas kateqoriyadan olan insanlara biganə münasibəti ilə bağlıdır. Görünür, təzə rəhbərliyin başı tədbirlərin təşkilinə qarışdığı üçün təşkilatın fəaliyyətində prioritet olan əsas məsələlər nəzərdən yayınıb. Məsələn, bu yaxınlarda tarixi memarlıq qoruğu olan, şəhərimizin turistik məkanı sayılan İçərişəhərdə “Kurort” turizm informasiya və hüquqi yardım mərkəzləri fəaliyyətə başlayıb. Ancaq maraqlısı odur ki, adıçəkilən mərkəzlərdə həssas təbəqədən olan insanların rahatlığı nəzərə alınmayıb. Belə ki, burada əlillərin maneəsiz və rahat hərəkəti üçün heç bir şərait yaradılmayıb, onların məmnunluğu nəzərə alınmayıb. Hərçənd, istehsalatda zədə alan və əlil olan vətəndaşların daha çox xüsusi qayğıya ehtiyacı var.

Konfederasiya isə əlilləri sadəcə statistik məlumatları və ya tədbirlərdə zalı doldurmaq üçün yada salır. Real əməldə isə onların problemləri və qayğıları ilə maraqlanmır. Belə ki, AHİK 28 aprel tarixində Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı tədbir keçirib. Tədbirdə AHİK-n yeni sədri Sahib Məmmədov da iştirak edib. Hətta bu möhtəşəm tədbirdə istehsalatda zədə alan və əlil olan əməkçilərin statistikası da qeyd olunub. Ancaq məsələ onlara qayğıya gələndə, qurum real addımlardan boyun qaçırır. Bunu “Kurort” turizm informasiya və hüquqi yardım mərkəzlərində əllillərin sərbəst hərəkəti üçün şəraitin yaradılmaması bir daha sübuta yetirir. Qeyd edək ki, bu mərkəzlər tarixi qoruq ərazisində yerləşdiyindən həm ictimai, həm də fərdi nəqliyyat vasitələrinin ora girişi qadağandır. Maraqlıdır əməkçilərin sosial rifahını düşünən AHİK rəhbərliyi niyə bu vacib nüansı nəzərə almayıb? Bir çox meqapolislərin təcrübəsi göstərir ki, əksər hallarda mərkəzdə yerləşən iri qurumların və vətandaşlarla kütləvi şəkildə təmasda olan təşkilatların qəbul və sorğu şöbələri şəhərin mərkəzindən bir qədər kənarda, yəni nəqliyyatın ardıcıl işlədiyi və insanların rahatlığı üçün daha əlverişli ərazilərdə təşkil edilir. AHİK-in “Kurort” turizm və hüquqi yardım mərkəzləri isə bütün bu faktorlar nəzərə alınmadan qurulub. Əlil üzvlərə AHİK-də belə biganəliyin olmasının səbəbi isə məlum deyil. Yəqin ki, səbəblərə AHİK və onun yeni sədri Sahib müəllim aydınlıq gətirəcək.

Digər tərəfdən, “Əmək hüquqlarını qoruyaq!” şüarını əlində bayraq tutan AHİK-də bu deviz yalnız söz olaraq qalır. Belə ki, yenicə təmirdən çıxan Konfederasiyanın binasında belə əlillər üçün qurğular nəzərdə tutulmayıb. Yuxarıda adıçəkilən mərkəzlərlə bağlı telefon nömrələri ahik.org saytında yerləşdirilsə də, gün ərzində həmin nömrələrlə əlaqə saxlamaq mümkün olmur. Əraziyə vətəndaşların gəlişində də müəyyən əngəllər yaranır. Bu da keyfiyyətsizlik göstəricisi hesab olunacaq faktorlardan biridir. Ümid edirik ki, böyük tədbirlərlə çatışmazlıqları ört-basdır etməyə çalışan AHİK rəhbərliyi bu nüanslara diqqət yetirəcək və sadalanan məsələlər öz həllini tapacaq./teref.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38

  • 
  • Zaur Həsənovun sökülən obyektinə görə 100 min manat ödəniləcək – (Yenilənib16:05)

    Zaur Həsənovun sökülən obyektinə görə 100 min ...

    27-12-2013, 16:12

  • 
  • Səttar Mehbalıyevin «provsoyuz» biznesi

    Səttar Mehbalıyevin «provsoyuz» biznesi ...

    17-12-2012, 11:51

  • 
  • Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb

    Eldar Mahmudovun həyat yoldaşı işdən çıxıb ...

    24-11-2015, 18:34

  • 
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: Daha bir ailə “şirkəti”… - İLGİNC FAKTLAR

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası: ...

    3-02-2021, 15:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu