ABŞ polisi cari ilin 6 ayı ərzində 492 nəfəri güllələyərək qətlə yetirib. Bu rəqəm son 2 ilin müvafiq dövrünün göstəricisi ilə demək olar ki eynidir. Nəşr polis tərəfindən güllələnən silahsız şəxslərin sayının azaldığını qeyd edib.
“Washington Post” polisin iştirakı ilə ölümlə nəticələnən silahlı insidentlərin statistikasını 2014-cü ilin avqustunda qaradərili Maykl Baraunun qətlindən sonra aparır.
Xatırladaq ki, həmin insident ABŞ-da genişmiqyaslı etiraz və iğtişaşlara səbəb olmuşdu.(APA)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?