GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hadisə » Qadağan olunan çimərlikdə dincələnlərin nəzərinə!

Qadağan olunan çimərlikdə dincələnlərin nəzərinə!

Tarix: 4-07-2017, 16:43 Bölmə :Hadisə Baxış: 465
Qadağan olunan çimərlikdə dincələnlərin nəzərinə!

Bu il də Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi dəniz suyundan götürülən nümunələrin monitorinqinin nəticələrinə görə yararsız hesab olunub. Çünki həmin nümunələrdə bağırsaq çöpləri həddən artıq çox çıxıb. Bəs adıçəkilən çimərliklərdə mövcud vəziyyət nə vaxta kimi davam edəcək və bağırsaq çöplərinin çoxluğu orqanizm üçün hansı təhlükələr yarada bilər?

Bağırsaq çöplərinin çox olmasının səbəbi tullantı sularının təmizlənmədən dənizə axıdılmasıdır

Gündəm Xəbər Milli.Az-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin sektor müdiri Söhrab Rəhimov report-a açıqlamasında bildirib ki, çalışdığı qurum Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda mütəmadi olaraq ekoloji vəziyyətin monitorinqini həyata keçirir. Onun sözlərinə görə, Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Çünki Sahil və Səbail rayonunun Şıx çimərliklərinə təmizlənməyən tullantı suları axıdılır: "Tullantı suları təmizlənmədən dənizə axıdıldığından bağırsaq çöplərinin miqdarı həddindən çoxdur. Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh, Nardaran çimərlikləri istifadə üçün yararlıdır. Bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma həddindədir".

Onun sözlərinə görə, tullantı suları dənizə "Azərsu" ASC-nin balansında olan kanalizasiya xətləri vasitəsilə axıdılır: "Qaradağ rayonunun Sahil çimərliyi yerləşən Sahil qəsəbəsində biolji təmizləmə qurğuları on ildir təmirə saxlanılıb. Ona görə də həmin sular təmizlənmədən birbaşa dənizə axıdılır. Səbail rayonunda da həmçinin eyni vəziyyət höküm sürür. İş getsə də, çox ləng aparılır. Lökbatan yaxınlığında yeni bioloji təmizləmə qurğusu tikilməli və tullantı suları həmin əraziyə yönləndirilməlidir. Bu işlər görüldükdən sonra Şıx çimərliyində vəziyyət yaxşılaşacaq".

Xanlar qəsəbəsinin tullantı suları birbaşa çimərlik ərazisindən dənizə çıxır

Sektor müdiri deyib ki, həmin çimərliklərin girişində lövhələr vurulub: "Monitorinqdən sonra həmin ərazilərdə çimməyin qadağan olduğunu göstərən məlumatlandırıcı lövhələr vurulub. Bu işlərə nəzarət yerli bələdiyyələr, mühafizə orqanları tərəfindən aparılır. Məsələn, Xanlar qəsəbəsinin tullantı suları birbaşa çimərlik ərazisindən dənizə çıxır. Axı həmin ərazidə necə çimmək olar? Şıx çimərliyinin Lökbatan dairəsi yaxınlığından təmizlənməmiş sular axıdılır. Bundan başqa, Qırmızı göldən axan sular var və s. Şıx çimərliyi tamamilə tullantı sularının təsiri altındadır".

S.Rəhimov qeyd edib ki, bir sıra hallarda çimərliyin ətrafında da təmizliyin aparılması ilə əlaqədar problemlər yaranır: "Çimərlik mövsümü başlayanda bəzi sahibkarlar öz ərazilərini təmizləyir və çıxan tullantıları yolun başqa bir səmtində gözə görünməyən sahəyə atırlar. Ətraf Mühitin Nəzarət Departamenti tərəfindən bu cür halların qarşısının alınması üçün tədbirlər görülür. Məsul şəxslər 100 manatdan başlayaraq cərimə olunur".



Xəzər dənizinin sahilboyu 11 ədəd çirkab sutəmizləyici qurğu tikiləcək

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a Bayıl-Bibiheybət-Lökbatan kollektoru istismara verildikdən sonra həmin ərazidə dənizin kənarına bir damcı da çirkab su axıdılmayacağını söyləyib: "Artıq tunel tikilib. Bibiheybət istiqamətində Şıxov çimərliyi sahilində olan yaşayış massivləri, obyektlərin böyk əksəriyyəti tunelə qoşulub. Həmin tunel vasitəsilə su "Binə" ticarət yarmarkasının arxa hissəsindəki əraziyə ötürülür və oradan çəkilən xətt vasitəsilə dənizin digər uzaq hissələrinə vurulur. Artıq Şıxov çimərliyinə atılan tullantı sularının böyük əksəriyyətinin qarşısı alınıb və bu ilin sonuna qədər isə tamamilə alınacaq".

Onun sözlərinə görə, "Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı" layihəsi çərçivəsində Ələtdən Sumqayıta kimi Xəzər dənizinin sahilboyu 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi və ya yenidən qurulması işləri aparılacaq: "Ələt qəsəbəsində sutəmizləyici qurğu olmalıdır. Sahil qəsəbəsindəki mexaniki qurğu təmir edilərək biolojiyə çevrilməlidir. "Binə" ticarət mərkəzinin arxasında yeni bir qurğu tikilməlidir və artıq bəzi işlər də görülüb. Soltanburunda, Türkan-Zirə zonasında da çirkab sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub. Koreya İdxal İxrac Bankının krediti hesabına Pirşağı qəsəbəsində artıq bir qurğunun tikintisinə başlamışıq. Sumqayıtda olan qurğu yenidən qurulmalı, emal gücü artırılmalıdır. 2015-ci ildə 15 km-ə yaxın Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya kollektoru tikilərək istismara verilib. Bayraq meydanından Bibiheybətə kimi ərazilərdə yaranan tullantı sularının kənarlaşdırılması ilə bağlı bir xətt çəkildi. Növbəti mərhələdə həmin ərazidə məhsuldarlığın sutkada 200 kubmetr olan yeni sutəmizləyici qurğunun tikilməsi planlaşdırılır. Gələcəkdə Yasamal rayonunun bir hissəsi, Lökbatan, Xocahəsən, Xırdalan və Binəqədinin bir hissəsinin tullantı sularının bir qismi həmin əraizdə zərərsizləşdiriləcək. Bunlar hamısı iritutumlu maliyyə vəsaitləri tələb edən layihələrdir. Ya dövlət büdcəsi vəsaiti hesabına, ya da maliyyə qurumlarının kreditləri hesabına reallaşdırılmalıdır".



Çirklənmiş dəniz suyunda çimmək insan orqanizmi üçün təhlükəlidir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev bildirib ki, çirklənmiş dəniz suyunda çimmək insan orqanizmi üçün təhlükəlidir: "Çimərliklərin neft məhsulları tullantıları ilə çirklənməsi dəri xəstəliklərinə gətirib çıxarır, allergik vəziyyətin yaranmasına səbəb olur. Bəzən çimərlikdən istifadə edən insanlar da təmizliyə əməl etmir, hətta dənizə sidik ifraz edirlər. Dəniz suyunda bağırsaq çöplərinin həddən artıq çox olması sağlamlıq üçün təhlükə yaradır. Bağırsaq çöpləri qana keçdikçə septik vəziyyət yaranır. Belə ki, komaya səbəb olur, beyin hüceyrələrini məhv edirlər. Yüksək qızdırma və işləmə-qusma halları əmələ gəlir. Həmin mikroblar bədəndə qaldıqda xroniki formaya keçir və digər insanları da yoluxdururlar. Bədən susuzlaşır. Bu hal ürək-qan damar sisteminin ani olaraq fəaliyyətinin dayanmasına səbəb ola bilər".



Şıx çimərliyi "Mavi bayraq" standartlarına qətiyyən cavab vermir

Biz də əhalinin istifadə edib-etmədiyini görmək üçün sözügedən çimərliklərdən birinə - Şıx çimərliyinə üz tutduq. Çimərlik Bakı şəhərinın cənub-qərbində, Şıx burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Ekspertlərin tullantılarla çirklənmiş olduğunu açıq şəkildə bəyan etməsinə baxmayaraq, ərazidə 7-dən tutmuş 77-yə kimi kifayət qədər insan var idi. Baxmayaraq ki, bu çimərlik standartlara cavab vermir.

Çimərlik ərazisinə daxil olarkən Fövqəladə Hallar Nazirliyinin (FHN) təhlükəsizliklə bağlı lövhələri gözə çarpsa da, suyun tərkibində hansı problemlərin olması ilə bağlı heç bir məlumatlandırcı lövhə yox idi. Ərazidə nə zibil qutusu, nə də standartlara cavab verə biləcək heç bir şərait yoxdur. Çimərlik ərazisində kifayət qədər çox avtomobil var idi. İnsanlar dənizin lap kənarına kimi avtomobillərini sürməkdən çəkinmirlər.



Bakılı olduğunu deyən Nata xanıma bu ərazidə çimməyin qadağan olduğunu deyirik. O da öz növbəsində qadağandırsa, nə üçün camaatın çimdiyini soruşur: "Bu il birinci dəfədir buraya gəlirik. Özümüzün bağımız var, oradan da çimərliyə gedirik. Bu gün uşaqlar istədi, gəldik, çimdik. Bizə suda problem olub-olmaması ilə bağlı heç kim heç nə demədi. Məlumatlandırıcı lövhə də görmədim. Bura pulsuz yerdir. Kim istəyirsə, rahat gələ bilir. Ömrüm boyunca bura gəlmişik. Burada müalicə yeri də var. Vaxtilə insanlar bura müalicə üçün gəlirdi. Gəldik ki, uşaqlar havasını dəyişsin".

İki yeniyetmə övladı ilə çimərliyə gələn Nailə xanım da ərazidə heç bir məlumatlandırıcı lövhəyə rast gəlmədiyini bildirdi.

Mədinə Sadiqova adlı sakin də ərazidə heç vaxt suyun tərkibindəki problemlə bağlı məlumatlandırcı lövhəyə rast gəlmədiyini bildirdi: "Su niyə çirkli olsun? Əksinə, bura daha təmizdir, rahatdır, adam azdır. Həm də pulsuzdur. Hər yerə gedirik, amma bura daha çox xoşuma gəlir".



Dəniz suyunun, isti qumun faydası üçün dənizə gələn Adil kişi isə deyir ki, əgər suda xəstəlik varsa, o zaman bizə desinlər, nə üçün demirlər? Bizim heç nədən xəbərimiz yoxdur, bura da rahatçılıqdır, gəlib çimirik.

Çimərliklərdə məlumatlandırıcı lövhələrin qalmasına imkan vermirlər

Bibiheybət qəsəbə nümayəndəliyindən isə "Report"a bildiriblər ki, ayda bir-iki dəfə dəniz suyunun tərkibi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən yoxlanılır və illərdir Şıx çimərliyində suyun çirklənmə səviyyəsi yüksək olur: "Bələdiyyə və icra nümayəndəliyi tərəfindən qeyd olunan problemlə bağlı əraziyə mütəmadi olaraq məlumatlandırcı xarakterli lövhələr vurulur, ərazidə çimməyin sağlamlıq üçün təhlükəli olduğu qeyd olunur. Amma çox qısa zamandan sonra həmin lövhələr kimlərsə tərəfindən çıxarılıb atılır. Ümumiyyətlə, pullu ərazilərdə lövhələrin qalmasına imkan vermirlər, o dəqiqə çıxarıb atırlar. Pulsuz yerlərdə isə kimlərsə çıxarıb atır. Ya taxtası xoşlarına gəlir, götürüb aparırlar, ya da altlarına qoyub otururlar. Hər lövhənin qarşısında bir polis qoymaq da mümkün deyil".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çimərliklərə kanalizasiya sularının axıdılmasının qarşısı alınacaq

    Çimərliklərə kanalizasiya sularının axıdılmasının ...

    31-03-2017, 11:00

  • 
  • Bağırsaq xərçəngindən necə qorunmaq olar?

    Bağırsaq xərçəngindən necə qorunmaq olar? ...

    9-05-2017, 22:18

  • 
  • Kolbasada “bağırsaq çöpü” aşkarlandı

    Kolbasada “bağırsaq çöpü” aşkarlandı ...

    3-02-2014, 16:07

  • 
  • Maştağa sakini qohumunu güllələdi

    Maştağa sakini qohumunu güllələdi ...

    11-06-2016, 14:10

  • 
  • Kür və Arazın ekoloji problemləri

    Kür və Arazın ekoloji problemləri ...

    28-03-2016, 14:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (265)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu