Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovaya hökm oxunub.
PRESSDAY.az xəbər verir ki, Leyla Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Binəqədi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.
O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir. İttihama görə, o, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyib.
O, pasportunu dəyişdirərkən saxlanılıb. Elçin Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır.
Adı dələduzluqda hallanan Mahir Əkbərov polis orqanlarından xaric edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?