GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda quşbaz qonşusunu göyərçinə görə öldürdü

Bakıda quşbaz qonşusunu göyərçinə görə öldürdü

Tarix: 3-06-2017, 23:58 Bölmə :Kirminal Baxış: 557
Bakıda quşbaz qonşusunu göyərçinə görə öldürdü


Bakıda qonşusunu göyərçinə görə öldürən şəxs apellyasiya şikayəti verib. O, 14 illik cəzasının azladılması üçün məhkəməyə müraciət edib.

gundemxeber.az musavat.com-a istinadən bildirir ki, qətl törətməkdə təqsirləndirilən 1976-ci il təvəllüdlü Kərimov Qüdrət Şahin oğlu Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmündən apellyasiya şikayəti verib.

Törətdiyi əmələ görə 14 il azadlıqdan məhrum edilən Q.Kərimov Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib.
Apellyasiya şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Qüdrət Kərimov həbs edilmədən iki il əvvələ qədər göyərçin quşlarını saxlamaqla məşğul olub. Onun uçub gedən göyərçinlərindən biri geri qayıdıb. Qonşusu Kamran Babayev də həmin göyərçini Qüdrətdən istəyib. Bu zaman qonşular arasında münasibətləri pozulub və bir neçə dəfə bu məsələyə görə mübahisə ediblər.
Sonuncu dəfə onlar arasında yaşadıqları Saray qəsəbəsindəki məhəllələrində yenə mübahisə düşüb. Bu mübahisədən sonra K.Babayevi qəsdən öldürmək qərarına gələn Q.Kərimov uzun müddət ərzində yaşadığı evində qanunsuz olaraq əldə edib, gizli olaraq saxladığı "Makarov" tipli tapança ilə qonşusunu vurub.

Kamran Babayevin yaşadığı evin qarşısına gələn Q.Kərimov qonşusunu avtomobilində güllələyib və hadisə yerindən qaçıb.
Təqsirləndirilən Q.Kərimovun vəkili məhkəmənin hökmündən apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, cinayət əməlinin Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən 122.1-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, əxlaqsız əxlaqsız davranışı ilə əlaqədar yaranmış psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Vəkil apellyasiya şikayətini əsaslandırarkən deyib ki, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrindən müəyyən olunub ki, mübahisənin baş verməsinin təşəbbüskarı mərhumun özü olub. Müdafiəçi deyib ki, mərhum təqsirləndirilən şəxsi qonşuların gözü qarşısında nalayiq söyüşlərlə təhqir etdikdən sonra daş parçası ilə onu vurub, xəsarət yetirib.

"Bundan sonra Qüdrət Kərimov hadisənin səhəri günü mərhumla yenidən görüşərək ondan üzr istəməsini tələb edib. Amma mərhum yenidən onu təhqir edib. Bu söyüşlər Qüdrət Kərimova pis təsir göstərib və əsəbiləşərək onu vurub. Müdafiə etiyim şəxsdə güclü ruhi həyəcan vəziyyəti yaranıb. Ekspertiza rəyi də birbaşa dediklərimi təsdiq edir. Həmin rəydən görünür ki, Qüdrət Kərimov qıcığa qarşı tez reaksiya verən, kinli, inadkar, hirsli, qəzəbli şəxsdir. Mərhumun hüquqazidd əməlləri onu özündən çıxarıb. Mərhum dəfələrlə məhkumluq həyatı yaşadığından və təhlükəli şəxs olduğundan Qüdrət hər ehtimala qarşı özünü müdafiə etmək məqsədilə silah götürüb. Qüdrət özü polisə təslim olub. Hadisə yerindən qaçmasının səbəbi isə qorxması olub. Bütün bunların nəzərə alaraq müdafiə etdiyim şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edirəm"- deyə vəkil çıxışında söyləyib.

Vəkil onu da qeyd edib ki, mərhumun yaxınları ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edilib. Bu da yünügülləşdirici hal kimi qiymətləndirilməlidir.

İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin apellyasiya şiakyəti ilə bağlı qərarında qeyd edilir ki, qətli törədən şəxsin həmin vaxt affekt vəziyyətdə olması öz təsdiqini tapmayıb.

Qərara görə işin faktiki hallarından müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərcəkmiş şəxsə ağır xəsarətlər yetirdikdən sonra onu köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçıb. Yalnız polis tərəfindən axtarışda olduğunu bildikdən sonra polis bölməsinə gedərək təslim olub.

Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi cinayət əməlini 120.1-ci maddəsi ilə düzgün tövsif etsə də, ona həmin maddə ilə nisbətən sərt cəza təyin edib.

Məhkəmədə Qüdrət Kərimovun əvvəllər məhkum olunmamasını, himayəsində bir nəfər azyaşlı uşağın olmasını nəzərə alaraq qeyd edib ki, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmayıb.

Kollegiya Q.Kərimovun əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq onun cəzasını azaldıb.
Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətini qismən təmin edərəl Q.Kərimovun cəzasını 14 ildən 13 ilə endirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qətldə təqsirləndirilən 18 yaşlı qız məhkəməyə müraciət etdi

    Qətldə təqsirləndirilən 18 yaşlı qız məhkəməyə ...

    8-02-2016, 15:29

  • 
  • Məhkəmə ​Bakıda qadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı qərar verdi

    Məhkəmə ​Bakıda qadını xüsusi amansızlıqla ...

    30-03-2016, 10:43

  • 
  • Hamilə arvadını bıçaqlayanın şikayətinə baxıldı

    Hamilə arvadını bıçaqlayanın şikayətinə baxıldı ...

    22-01-2016, 13:12

  • 
  • Babasını dostu ilə birlikdə öldürdü

    Babasını dostu ilə birlikdə öldürdü ...

    21-12-2016, 15:20

  • 
  • Arvadının boğaraq öldürdü

    Arvadının boğaraq öldürdü ...

    21-12-2016, 15:22


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (188)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu