GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi

19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi

Tarix: 4-06-2017, 00:20 Bölmə :Kirminal Baxış: 422
19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi


Yeganə övladını öldürmək istəyən ata törətdiyi əməli 19 yaşlı qızının oğlanlarla görüşüb-danışması, işdən evə gec qayıtması ilə əsaslandırıb. Əlini doğma balasının qanına buladıqdan sonra isə ölkəni tərk etmək üçün Qazax istiqamətinə yollanıb. Amma Qazax-Gürcüstan sərhəddində saxlanılaraq polisə təhvil verilib.

On yeddi bıçaq zərbəsi alan, möcüzə nəticəsində sağ qalan gənc qız isə içki düşkünü olan atasının ona şər atdığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 60 yaşlı Sərdar Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

gundemxeber.az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

İstintaqla müəyyən edilib ki, Sərdar Səmədov onunla rəsmi nikahda olan, lakin faktiki olaraq ayrı yaşayan həyat yoldaşı Baysaba Səmədova və qızı Nigar Səmədova ilə aralarında yaranan münaqişəyə görə onlardan qisas alaraq öldürmək qərarına gəlib. Bu məqsədlə 9 yanvar 2017-ci ildə axşam saatlarında Xırdalan şəhəri, 26-cı məhəllə, Ə.Vəliyev küçəsindəki mənzilə gələrək hasardan aşıb, pilləkənlərin arxasında gizlənərək qızının işdən qayıtmasını gözləyib. N.Səmədova həyətə daxil olub evin qapısını döymək istədikdə onun üstünə hücum çəkib, bıçaqla çoxsaylı xəsarətlər yetirib. Səs-küyə qızının köməyinə gələn arvadı Baysabaya da bir neçə bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıb. Qonşuların köməkliyi ilə ana-balanı Kliniki Tibbi Mərkəzə aparıblar.

"Evdə ər kimi, ata kimi məni sayan yox idi"

Təqsirləndirilən şəxs qismində dindirilən Sərdar Səmədov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində 1970-ci illərdən Rusiyanın Çita vilayətində yaşadığını, orada olduğu müddətdə cinayət törətdiyini və 7 il cəza aldığını, SSRİ-nin süqutundan sonra Azərbaycana qayıtdığını göstərib: "Əvvəllər tikintidə kran maşinisti işləyirdim. Baysaba ilə 1997-ci ildə ailə qurmuşam. Birgə nikahdan Nigar adlı qızımız var. Tikinti işləri dayanandan sonra öz avtomobilimdə taksi sürücüsü işləyir, ailəmi dolandırırdım. 2015-ci ilin yay aylarında yoldaşım dedi ki, darıxıram, qardaşımın dükanında işləmək istəyirəm, razılaşdım. Sonra qızım da işləməyə başladı. Bir neçə ay keçdikdən sonra evdə məni ər kimi, ata kimi sayan olmadı".

"Məni evə buraxmırdılar, maşında gecələyirdim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dəfələrlə qızına və arvadına iradını bildirsə də, onun sözlərinə məhəl qoymayıblar: "Nigar axşamlar işdən evə gec qayıdırdı. Bir dəfə gecə saat 2-də rəfiqəsinin toyundan içkili vəziyyətdə gəlmişdi. Baysaba isə ana olaraq bunlara göz yumurdu. Kənardan qızımı izləməyə başladım. Oğlanlarla telefonla danışdığını öyrəndim, görüşdüyü şəxslər barədə bəzi şeylər mənə məlum oldu. Bununla bağlı evdə arvadımla aramızda mübahisə düşdü, bıçaqla ona xəsarət yetirdim. Yoldaşımın şikayəti əsasında Abşeron Rayon Polis İdarəsində işə baxılsa da, aramızda barışıq olduğundan cinayət işinin başlanılması rədd edildi".

S.Səmədovun dediklərindən belə məlum olur ki, bu hadisədən sonra həyat yoldaşı onu evə buraxmayıb. O, gah maşında, gah dost-tanışın evində, gah da Dərnəgül ərazisindəki "gecəqondu evlər"də gecələyib. Gündüzlər Xırdalan ərazisində taksi fəaliyyəti ilə məşğul olub, mütəmadi olaraq qızının işlədiyi marketə gedib-gəlib, kənardan onu izləyib: "İstəyirdim ki, həmin ərazidə olduğumu bilsin, özündə məsuliyyət hiss eləsin. Amma yenə də öz bildiyi kimi hərəkət edirdi. Ona bu işlərdən əl çəkməyəcəyi təqdirdə öldürəcəyimlə hədələmişdim. Hadisə baş verən gün Nigarın maşına əyləşib Masazır istiqamətinə tərəf getdiyini gördüm. Bundan daha da əsəbləşib onu öldürməyi qərara aldım".

"Qızımı öldürmək istəmişəm, arvadımı yox"

S.Səmədov ifadəsində qızını öldürmək niyyətində olduğunu bir daha açıqlayıb: "Ona qabaqcadan xəbərdarlıq etmişdim. Bu yoldan çəkinmədiyinə görə öldürmək qərarına gəldim. Arvadımı isə öldürmək niyyətim olmayıb. Onu qızını pis yoldan çəkindirmədiyinə görə vurmuşam".

Qızını öldürməyi planlaşdıran S.Səmədov axşam saatlarında özü ilə bıçaq götürərək həyat yoldaşı və qızının yaşadığı ünvana yollanıb. Hasardan aşaraq həyətə keçib. Pilləkənlərin arxasında gizlənərək Nigarın evə qayıtmasını gözləyib. Saat təxminən 21 radələrində Nigar darvazanı açıb həyətə keçərkən S.Səmədov gizləndiyi yerdən çıxaraq ona hücum çəkib: "Bıçaqla üstünə gələndə vəziyyəti başa düşdü. Qaçmaq istədikdə arxadan boynuna, kürək nahiyəsinə zərbələr endirdim. Səs-küyə qonşular gəldi. Baysaba da qışqırır, köməyə adam çağırırdı. Bıçaqla Baysabaya da zərbə endirdim. Qızımın öləcəyini, özümün isə həbs olunacağımı düşünüb ölkəni tərk etmək qərarına gəldim. Bu məqsədlə taksi ilə Qazax-Gürcüstan sərhədinə yola düşdüm. Sənədləri təqdim edəndə məlum oldu ki, ölkəni tərk etməyimə "stop" qoyulub. Sərhəddə saxlanıldım və sonradan Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verildim".

"Atam içkiyə, dava-dalaşa meylli adam idi"

Zərərçəkmiş qismində dindirilən Nigar Səmədova ifadəsində atasının dava-dalaşa meylli adam olduğunu, evə daim sərxoş vəziyyətdə gəldiyini göstərib: "Atam heç bir səbəb olmadan evdə söz-söhbət salır, mübahisə edirdi. Ümumiyyətlə, içkiyə, davaya meylli adam idi. 2014-cü ildə Bakı Biznes və Kooperasiya Kollecinə daxil olmuşdum, 2-ci kursa qədər oxudum. Təhsil pullu olduğuna görə davam etdirə bilmədim. Həyat səviyyəmiz zəif idi deyə, anam dayımın mağazasında, mən də marketdə işləyirdim. Dəfələrlə atam evə sərxoş gələrək məni, anamı döyüb, amma polisə şikayət etməmişik. Ötən ilin sentyabr ayının 12-də işdən evə gələndə anamın üst-başı qan içində uzandığını gördüm. Qışqırıb qonşuları köməyə çağırmaq istəyəndə atam məni də bıçaqla hədələdi, həkim çağırmağa imkan vermədi. Anam yaralı halda həyətə çıxıb qonşunu köməyə çağıranda onun saçından tutub evə gətirmək istədi, amma qonşu qapını açdıqda anamı buraxıb qaçdı. Qonşunun köməkliyi ilə anamı xəstəxanaya apardıq. Bu barədə polisə bildirdik. Sonradan həmin iş bağlandı. Atam notariusa ərizə yazaraq Xırdalan şəhəri, 26-cı məhəllədəki fərdi yaşayış evinə dair gələcəkdə heç bir iddiası olmamasını bildirdi. Həmin ərizə notariusda təsdiq edildi. Bundan sonra onun bizimlə bir yerdə yaşamasına icazə verməmişik".

"Boğazıma, sinəmə zərbələr endirdi"

Zərərçəkmiş ifadəsində hadisə baş verən gün işdən evə qayıdarkən həyət darvazasını açıb içəri keçərkən atası ilə rastlaşdığını göstərib: "Əlində bıçaq üstümə sarı gəldiyini görüncə qışqırıb "ana, qapını açma" deyib darvazaya sarı qaçdım. Məni yaxalayıb bıçaqla boğazıma, sinəmə zərbələr endirdi. Səs-küyə qonşular köməyə gəldi. Atamın anama bıçaqla vurduğunu görmədim. Qonşu bizi maşınla xəstəxanaya apardı".

N.Səmədova ifadəsində həmçinin göstərib ki, atası özünü müdafiə etmək üçün onlara şər atır, onun ifadəsində göstərdikləri həqiqəti əks etdirmir.

Məhkəmə prosesi iyunun 8-də davam edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 40 yaşlı kişi 19 yaşlı qızını zorladı

    40 yaşlı kişi 19 yaşlı qızını zorladı ...

    17-10-2013, 15:51

  • 
  • Liftdə arvadını öldürmək istəyən yüngül cəza istəyir

    Liftdə arvadını öldürmək istəyən yüngül cəza ...

    20-10-2015, 11:09

  • 
  • Qaynını öldürmək istədi, ölmədi, amma özü 7 il həbsə girdi

    Qaynını öldürmək istədi, ölmədi, amma özü 7 il ...

    31-07-2015, 00:03

  • 
  • 14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında

    14 yaşlı qızını öldürən ana məhkəmə qarşısında ...

    14-01-2017, 00:45

  • 
  • İllərlə doğma qızını zorladı: "Əlaqəyə girmədiyim zaman anamı döyürdü"

    İllərlə doğma qızını zorladı: "Əlaqəyə ...

    31-03-2017, 15:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu