Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Namiq Hacıağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Namiq Hacıağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayət hadisəsi ötən il sentyabr ayının 3-də Maştağa qəsəbəsində baş verib. Maştağa qəsəbəsi, Subtropik sovxozu, 20 saylı evin qarşısında 1987-ci il təvəllüdlü Namiq Hacıağayevlə qaynı, 1992-ci il təvəllüdlü Natiq İsayev arasında mübahisə yaranıb. Mübahisə zamanı Namiq Hacıağayev Natiq İsayevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?