Tanışını öldürməkdə təqdirləndirilən şəxsə hökm oxunub.
Gündəm Xəbər Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hpkmü ilə R.Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il fevralın 7-də Corat qəsəbəsində vaş verib.
Rüfət Quliyev yaşadığı evin yaxınlığında tanışı, 34 yaşlı Ramiz Hətəmov və onunla birlikdə olan tanışları ilə qarşılaşıb. Rüfət Quliyevlə tanışı Ramiz Hətəmovun arasında mübahisə yaranıb.
Mübahisə zamanı onlar bir-birlərinin ünvanına söyüş söyüblər. Tərəflər sakitləşdirildikdən sonra hadisə yerindən uzaqlaşıblar.
Bir gün sonra səhər saat 09-da sərxoş vəziyyətdə Rüfət Quliyevin evinə gələn Ramiz Hətəmov bir gün əvvəlki söyüşə görə tanışına öz iradını bildirib. Köhnə tanışlar arasında yenidən mübahisə yaranıb.
Bu dəfə də Ramiz Hətəmov Rüfət Quliyevin ünvanına təhqiredici ifadələr işlədib. Təhqiredici söyüşlərə dözməyən Rüfət Quliyev baltaya əl atıb.
O, balta ilə tanışı Ramiz Hətəmovun başına zərbələr endirib. Aldığı zərbələrdən Ramiz Hətəmov hadisə yerində ölüb. Cinayəti törədən Rüfət Quliyev polisə təslim olub.
Araşdırmalar zamanı məlum olub ki, hər iki təqsirləndirilən şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar.
Hətta onlar 3 saylı cəza çəkmə müəssisəsində bir yerdə cəza çəkiblər. Tanışlıqları da həbsxanada başlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?