Dünən Qusar rayonunda Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahovun qəfil ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Gündəm Xəbər Lent.az-a istinadən əldə etdiyi məlumata görə, 80 yaşlı Rauf Pənahov ailə üzvləri ilə birgə Şahdağ istirahət mərkəzində olarkən halı qəfil pisləşib. Belə ki, o, oteldə olarkən özünü pis hiss edib. Bu zaman Rauf Pənahovun yanında ixtisasca həkim olan qızı olub və o, atasına kömək etməyə çalışıb. Daha sonra otelin tibbi personalı ilkin yardım göstərib və Rauf Pənahov xəstəxanaya aparılıb. Lakin artıq gec olub.
20.07.2017 16:48
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Rauf Pənahov vəfat edib. R. Pənahov istirahətdə olduğu Qusar rayonunda ürək tutmasından ölüb. Qeyd edək ki, Pənahov Rauf Əli oğlu 1937-ci ildə Bakıda anadan olub. 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?