Daxili İşlər Nazirliyi Biləsuvarda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
Gündəm Xəbər-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı, 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?