GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » İrandan narkotik gətirənlərdən ikisi niyə azadlığa buraxılıb?

İrandan narkotik gətirənlərdən ikisi niyə azadlığa buraxılıb?

Tarix: 1-08-2017, 14:16 Bölmə :Kirminal Baxış: 344
İrandan narkotik gətirənlərdən ikisi niyə azadlığa buraxılıb?


Məhkəmədə təqsirli bilinən şəxs şok faktlar açıqladı
Almas Almasov: “Cinayətin iştirakçıları məsuliyyətə cəlb edilməyib”

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Almas Almasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Almas Almasov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Hüseyn” adlı şəxslə razılığa gəlib. “Hüseyn” adlı şəxs narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib və Cəlilabad rayonunun Cəfərli kəndindən Edişə kəndinə keçən hissəsində təpədə torpağın altında gizlədib.

Almas Almasov narkotik vasitə hesab olunan tiryəki 1500 manat pulun müqabilində 24 dekabr 2016-cı il tarixdə, axşam saatlarında həmin yerdən götürüb və satış məqsədi ilə Cəlilabad rayonu, Cəlayir kəndində yerləşən Cəlayir kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığına gətirib.

Həmin ərazidə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almas Almasov saxlanılıb. Saxlanılan şəxsin əlindəki çantadan 3 kiloqram 490 qram çəkidə heroin və 8 kiloqram 10 qram tiryək aşkar olunaraq götürülüb.

Almas Almasov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Almas Almasovun cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Almas Almasov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Almas Almasovun vəkili Bəxtiyar Babayev apelyasiya şikayəti verib. O, şikayətində müvəkkilinin ittiham olunduğu Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilməsini istəyib.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Almas Almasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, yalnız narkotik vasitələrin daşınmasında özünü təqsirli bilir: “İran vətəndaşı Hüseyn adlı şəxsi tanımıram. Narkotik vasitələri Hüseyn adlı şəxsə qohumum Nəsib Hümbətov sifariş verib və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmiş narkotik vasitələri isə, Nəsib Hümbətovun tapşırığı ilə həmkəndlim Fizuli İbişov qəbul edib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin narkotik vasitəni gətirmək üçün Nəsib ona 400-500 manat verəcəyini vəd edib: “Mən də onunla razılaşdım. Qohumum Nəsibin maşını ilə birlikdə Cəlilabad rayonunun Xənəgah kəndinə getdik. Xəstə oldugu üçün Nəsib maşından düşmədi. Mən maşından düşərək narkotik vasitələri torbada Fizulidən aldım və maşına qoydum. Nəsib mənə 1200 manat və 400 ABŞ dolları verdi ki, Füzuli adlı şəxsə verim. Mən də həmin pulları Füzuliyə vermişəm. Füzuli isə mənə 20 manat verib”.

Almas Almasov qeyd edib ki, Nəsiblə birlikdə Cəlilabad rayonu Cəlayir kəndinə gələrkən kəndin ərazisində yerləşən icra nümayəndəliyinin qarşısında polis işçiləri onları bir yerdə tutublar: “Polis işçiləri bizi tutarkən Nəsib Hümbətov da yanımda maşında olub. İstintaq zamanı Nəsib Hümbətovun və Fizulinin adlarını çəkmək istədim. Həm Nəsib və Fizulinin həm də, polis işçilərindən hədələrindən qorxaraq ifadələrimi dəyişdim. Nəsib Hümbətovu bu cinayətdə ifşa edəcək onun qohumlarım ilə narkotik vasitələrin əldə olunması barədə telefon danışıgının səs yazısı vardır”.

Almas Almasov ifadəsinin sonunda Lənkəran Agır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, əməlini Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif etməsini istəyib: “Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini xahiş edirəm. Həmçinin törədilmiş cinayətin əsas təşkilatçısı olan Nəsib Hümbətovun cinayət məsuliyyətinə cəlb olunması üçün tədbir görülməsini məhkəmə kollegiyasından xahiş edirəm”.

Təqsirləndirilən şəxsin vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi Almas Almasova Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan olunması əsassızdır: “Çünki, Almas Almasov nə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirakçı yaxud köməkçi olub, nə də həmin narkotikin gələcəkdə satılıb-satılmayacagından yaxud, başqa hansı məqsədlər üçün istifadə ediləcəyindən məlumatı olmayıb. Onun maragı narkotik vasitəni mal sahibinə catdıracagı müqabilində alacagı 400-500 manat olub. Belə halda şəxsi Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham etmək olmaz. Almas Almasovun etdiyi cinayət əməlinin qanuni ittihamı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilməli idi və agırlaşdırıcı hal kimi də tamah məqsədi qeyd olunmalı idi. Bu tamah məqsədi gələcəkdə satılıb-satılmayacagı bilinməyən narkotik vasitə ilə əlaqədar deyil. Bu maddi maraq onun qanunsuz narkotik vasitəni sahibinə çatdırmaq üçün daşınmasında və bunun müqabilində ona veriləcək 400-500 manat pul müqabilində idi. İşin faktiki hallarına diqqətlə və qərəzsiz, obyektiv şəkildə fikir verilsə, görünər ki, Almas Almasovun etdiyi cinayət əməlinin əlamətləri Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərini deyil, həmin məcəllənin 234.1-ci maddəsinin tərkib əlamətlərini özündə ehtiva edir. Yəni, şəxs külli miqdarda narkotik vasitənin kim tərəfindən, nə vaxt, hansı şəraitdə qanunsuz sərhəddən keçirilməsindən xəbəri yoxdur, narkotik vasitə ona məxsus deyil, narkotik vasitə sərhəddən qanunsuz keçirildikdən sonra, yalnız həmin narkotiki 400-500 manat müqabilində Nəsib Hümbətovun tapşırıgı ilə Füzuli İbişovdan götürüb”.

Vəkilin sözlərinə görə, cinayət işi üzrə Almas Almasova Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsini, onun bu əməllər üzrə təqsirli olmasını sübut edəcək mötəbər sübutlar yoxdur: “İş materiallarında ibtidai istintaq orqanı tərəfindən qeyd olunan guya, Almas Almasov 11 kq dan çox narkotik vasitəni idman çantasında çiyninə aşıraraq yolun kənarı ilə 10 km məsafəni piyada gəlməsi və Cəlilabad rayon Cəlayir kənd icra nümayəndəliyinin inzibati binasının yanında yaxalanması xüsusatları absurddur və məntiqsizlikdən başqa bir şey deyil. Yalnız xroniki ruhi xəstələr bu cür hərəkət edə bilər. İçi dolu külli miqdarda narkotik vasitəni, 11 kq agırlıqda olan kütləni, 11 km piyada yolun qıragı ilə idman çantasında çiynində piyada gətirəsən və özündə icra nümayəndəliyinin yanına gəlib çıxasan ki, gəlmişəm məni yaxalayın. İşin faktiki halının elə bu yönümdə təhrif olunması əməliyyat keçirən, istintaq aparan polis əməkdaşlarının qərəzliliyinə bir sübutdur.

Bundan başqa, iş materiallarında olan baxış və götürmə protokollarından da görünür ki, narkotik vasitələr aşkar edildiyi yerdə baxılmayıb, tərəzidə çəkilməyib və hal şahidlərinin gözü qarşısında qablaşdırılmayıb. Bu prosessual tədbirlər Lənkəranda regional idarədə edilib. Narkotik vasitələr ayrı maşında Almasla Nəsib isə ayrı maşında idarəyə aparılıb. Sonradan idarədə kabinetdə bu proseslər keçirilib ki, bu da kobud prosessual pozuntudur və belə kobud prosessual pozuntu ilə qəbul edilmiş baxış və götürmə protokollarını iş üzrə sübut kimi qəbul etmək olmaz. Narkotik vasitənin hadisə yerində və hadisədən sonra açılmış şəkildə fotoşəkilləri yoxdur. Hadisə yerinin fotoşəkilləri yoxdur. Tutulan an, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə narkotik vasitəyə baxış keçirilməsi, onun çəkisini müəyyən edilməsi barədə fotoşəkil və başqa sübut yoxdur. Polis əməkdaşları narkotikin çəkisinin artırılmasında audio diskdə deyildiyi kimi maraqlı olublar. Həmçinin, istintaq cinayətin əsl subyektini çıx-daş etməkdə maraqlı olduqları üçün belə prosessual pozuntulara yol veriblər”.

Dövlət ittihamçısı Samir ismayılov isə apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu deyib. O bildirib ki, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların yoxdur.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Almas Almasovun apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Almas Almasovun cəzasını 12 ilə qədər azaldılması barədə qərar qəbul edib.

Aslan
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • Ölkələr arası narkotik biznesi

    Ölkələr arası narkotik biznesi ...

    28-12-2015, 21:51

  • 
  • İrandan narkotik gətirmək istədi

    İrandan narkotik gətirmək istədi ...

    18-05-2016, 00:57

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu