GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi - FOTO

500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi - FOTO

Tarix: 18-08-2017, 12:09 Bölmə :Kirminal Baxış: 416
500 manata görə Bakıda bir ailənin iki uşağı qətlə yetirildi - FOTO


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacı və qardaşı öldürən, analarına xəsarət yetirməkdə ittiham olunan Astara rayonu, Kərkivan kənd sakini, 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə zalından verilən xəbərə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib.

Gündəm xəbər virtualaz.org-a istinadən bildirir ki, bu il aprelin 2-də gecə təxminən saat 1-də Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi "BMW" markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Təqsirləndirilən Azər Cəfərov istintaq zamanı ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş Lətifə Məmmədovanın onun həyat yoldaşı Miranə Səmədovanın doğma xalası olduğunu, oğlanları Samir, Fərid, Saqil və qızı Fəridə ilə birlikdə yaşadığını deyib: "Qonşuluqda yaşayırdıq. Gediş-gəlişimiz vardı. Hadisə günü idarə etdiyim avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedib, arvad-uşağımı anamgilə qoydum. Həyətimizin arxa tərəfində hasar üçün taxtaları daşımaq lazım olduğundan Lətifənin oğlu Saqili çağırdım ki, mənə kömək etsin. Saqil də mənə kömək etdi".

"Lətifənin oğlunun pul yığdığını bilridim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, maddi imkanı ağır olub. O, idarə etdiyi avtomaşının icarə haqqını ödəyə bilməyib, övladı xəstə olduğu üçün, həmçinin borclarını qaytarmaq məqsədilə pula ehtiyacı olub:

"Pula ehtiyacım vardı. Lətifənin böyük oğlu Samir yenicə işə qəbul olmuşdu, Bir neçə dəfə pul yığdığını demişdi. Onların evlərində 5 min manata yaxın pul olduğunu guman edirdim. Bu pulu əldə etmək üçün iki gün düşündüm. Saqil bizim həyətdə işləyəndə fikirləşdim ki, əvvəlcə onu aradan götürüm ki, mənə mane olmasın".

"Əl-qolunu bağladıqdan sonra meyiti maşının yük yerinə qoydum"

A.Cəfərov həyətdə taxta daşımaqda ona köməklik göstərən Saqili qəflətən taxta parçası ilə vurub. Yeniyetmə aldığı zərbənin təsirindən huşunu itirib. Bunu görən A.Cəfərov onun ayaqlarını, əllərini, boğazını kəndirlə bağlayıb və maşının yük yerinə qoyub:

"Saqil nəfəs almırdı, onun öldüyünə əmin oldum. Lətifənin evinə doğru gedərkən qarşıma oğlu Fərid çıxdı. Fərid məni evlərinə dəvət etdi. Lətifə ilə qızı Fəridə də evdə idi. Birlikdə yemək yedik. Lətifə məndən oğlu Saqilin harada olduğunu soruşdu. Yalandan dedim ki, Saqil bizdədir. Sonra Fəridlə birlikdə çölə çıxdım. Fərid dostu ilə birlikdə söhbət edə-edə evdən uzaqlaşdı. Mən isə "Saat" adlanan yerin yanından geri dönərək avtomaşını saxladığım yerə qayıtdım və bıçaq götürüb yenidən Lətifənin evinə gəldim".

"Zərbənin təsidirndən Fəridə yıxılıb qaldı"

A.Cəfərov gecə saatlarında giriş qapısını döyüb. Qapını onun üzünə ev sahibəsi açıb. İlk zərbəni qapı ağzında dayanan ev sahibəsinə endirib. Bıçaqla boynuna bir neçə dəfə vurub. Lətifənin qışqırıq səsinə qızı Fəridə çölə çıxıb. O, anasının qan içində olduğunu görüncə qışqırmağa başlayıb:

"Lətifəni bıçaqla vuranda elə bildim ki, öləcək. Çünki yerə yıxılanda xırıldayırdı. Mən vaxt itirmədən Fəridə Qasımovanın üzərinə hücum edib, onu da bıçaqla boğazından vurdum. Fəridə yıxılıb qaldı, tərpənmədi. Onu tutub həyətə çıxartdım. İstəyirdim ki, evdən pulu götürüb tez çıxım. Çarpayının üstündəki pul qabını götürüb baxdım, 207 dollar və təxminən 250 manat pul var idi. Pulları götürüb cibimə qoydum və mənzildən çıxdım".

"Elə bilirdi ki, zarafat edirəm"

Hadisədən sonra A.Cəfərov əvvəl yanacaqdoldurma məntəqəsinə, oradan isə Əmircan qəsəbəsinə gedib. Həyətdə qana bulaşmış əllərini yuyub:

"Həyat yoldaşıma bu haqda heç nə demədim. Arvadımın bibisi oğlu Abdulrəhmana törətdiyim hadisə barədə danışdım. Abdulrəhman məndən Saqili hara qoyduğumu soruşdu. Ona Saqili vurduqdan sonra qəbiristanlığa atdığımı dedim. Hadisə barədə Abdulrəhmandan başqa heç kimə danışmadım. Abdulrəhman da mənim zarafat etdiyimi fikirləşdi".

İki övladı öldürülən ana

Zərərçəkmiş şəxs qismində dindirilən Lətifə Məmmədova ifadəsində həyat yoldaşının 8 il əvvəl rəhmətə getdiyini, dörd övladı ilə birlikdə yaşadığını göstərib:

"Azər Cəfərov bacım Məhəbbətin qızı Miranənin əridir. Azəri təxminən bir ilə yaxındır ki, tanımışam. Ailəsi ilə birgə bacımın evində yaşayırdı. Münasibətimiz normal idi. Azərin ailəsi ilə heç bir mübahisəmiz olmayıb. Hadisə baş verən gün Azər bizə gəlib həyətdəki taxtaları səliqəyə salmağa köməklik etməsi üçün Saqili özü ilə apardı. Bir saatdan sonra tək qayıtdı, oğlumla süfrə arxasında oturub yemək yedi. Oğlumu soruşanda dedi ki, həyətdə oynayır. Ona görə də, şübhələnmədim. Sonra Fəridlə birlikdə evdən çıxdılar".

"Məni öldürməyə çalışırdı, boğurdu"

Zərərçəkmişin ifadəsinə görə, Azər yenidən qayıdaraq ona həyətdə ucuz qapı satıldığını deyib: "Evin otaqlarından birinin qapısı yox idi. Ona görə də, çıxdım ki, baxım. Azərin məni arxadan nə ilə vurduğunu görmədim, yerə yıxıldım. Azər məni öldürməyə çalışır, boğazımdan yapışıb boğurdu. Həmin vaxt huşumu itirdim, gözlərim görmürdü, özümdə deyildim. Bir qədər sonra özümdə güc tapıb sürünə-sürünə evin qapısına tərəf getdim. Evin qapısını çəkən vaxt oğlum Samiri gördüm. Samir təcili yardım çağırdı, məni xəstəxanaya apardılar".

L.Məmmədova nə özünün, nə də ailəsinin Azərlə heç bir münaqişəsi, düşmənçiliyi olmadığını deyib: "Azərin məni öldürmək istəməsinin səbəbini bilmirəm. Evdən 207 dollar və 242 manat pul götürüb. Mənim evimdə qiymətli əşya yoxdur. Qızıllarımı lombarda qoymuşam. Oğlum Samirin bir az pulu olub. Azər heç vaxt məndən pul istəməyib. Azər məni həyətə çağıranda qızım evdə idi".

Cinayət işi üzrə məhkəmə baxışı davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə HÖKM OXUNDU

    Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə ...

    31-05-2017, 21:00

  • 
  • Bacı ilə qardaşın başını kəsdi, analarını isə...

    Bacı ilə qardaşın başını kəsdi, analarını isə... ...

    2-04-2017, 14:03

  • 
  • “AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi başladı

    “AMAY Abdulla”nın qohumunu öldürənlərin məhkəməsi ...

    3-10-2014, 12:56

  • 
  • Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında

    Qətl törədən keçmiş məhkum məhkəmə qarşısında ...

    14-01-2016, 12:01

  • 
  • Qadını tamah məqsədilə öldürənlərə hökm oxundu

    Qadını tamah məqsədilə öldürənlərə hökm oxundu ...

    29-09-2016, 16:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (153)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu