GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » “İKİ OTAĞI, ÜÇ KATİBƏSİ VARDI…” - AMEA-nın həbs edilən sabiq şöbə müdiri haqqında müdhiş iddialar

“İKİ OTAĞI, ÜÇ KATİBƏSİ VARDI…” - AMEA-nın həbs edilən sabiq şöbə müdiri haqqında müdhiş iddialar

Tarix: 30-08-2017, 12:47 Bölmə :Kirminal Baxış: 515
“İKİ OTAĞI, ÜÇ KATİBƏSİ VARDI…” - AMEA-nın həbs edilən sabiq şöbə müdiri haqqında müdhiş iddialar


“Ölkədə vəzifəli şəxslərin, tanınmış generalların adını çəkməklə əməllərini həyata keçirirdi”

AMEA Fəlsəfə və Hüquq İnstitutunun keçmiş şöbə müdiri, hüquq elmləri üzrə fəlsəfə doktoru Xaliq Əhmədzadə həbsi edilib. Dələduzluqda ittiham olunan sabiq şöbə müdiri barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun həbsinin səbəbləri ilə bağlı dolğun məlumatlar olmasa da, sosial şəbəkələrdə gedən müzakirələrdə bəzi faktlar üzə çıxıb. Belə ki, sosial şəbəkələrdə gedən müzakirələrin birində X.Əhmədzadənin iki qardaşının kimliyi və harada çalışdıqları məlum olub. Bildirilir ki, sabiq şöbə müdirinin Cəsarət Əhmədov ad –soyadlı qardaşı Azərbaycan Qol Güləşi Federasiyasının prezidentidir. Onunla X.Əhmədov arasında münasibətlərin soyuq olduğu deyilir. Onun digər qardaşı Faiq Əhmədov isə “Müstəqil lider” adlı jurnal dərc edir.
X.Əhmədzadənin həbsinin ardından onunla bağlı araşdırmalardan sonra məlum olub ki, indiyə qədər bir çox vəzifəli şəxslərin adından istifadə edərək, özünü onların qohumu kimi təqdim edərək, işə düzəltmə və digər adlar altında dələduzluq fəaliyyəti ilə məşğul olub. Özünü isə ətrafa Hacı Xaliq Bəşər kimi təqdim edib və feysbuq profilinin adı da belədir. Onunla bağlı o da məlum olub ki, indiyə qədər X.Əhmədzadənin adı bir çox qalmaqallarda keçib və hətta onun məhkəmə işləri də olub. Amma görünən odur ki, müxtəlif yollarla o həbsdən qurtulmağı bacarıb. Onun AMEA-ya da qeyri-qanuni yollarla gəldiyi, hətta diplomunun belə saxta olduğu, buna baxmayaraq AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu kimi əsas şöbələrindən birinə rəhbərlik etdiyi deyilir. İşlədiyi müddətdə də institut daxilində dələduzluq işləri ilə məşğul olduğu, hətta şöbə müdiri olduğu ola-ola Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadəni təhdid edərək, ondan etibarnamə aldığı və instituta faktiki rəhbərlik etdiyi üzə çıxıb.
Bir faktı bu yerdə oxucuların diqqətinə çatdırmaq yerinə düşər. Belə ki, 2016-cı ilin martında X.Əhmədzadənin vəzifəsini mənimsədiyi İ.Məmmədzadə musavat.com-a məktub göndərərək, onu nümunəvi kadr adlandıraraq, bu sözləri yazmışdı: “Xaliq Əhmədzadə Naxçıvan MR-də 12№ li orta məktəbi 1990-cı ildə “qızıl” medalla bitirmiş, beş dəfə riyaziyyat-fizika üzrə keçirilən Beynəlxalq Olimpiadaların qalibi olmuş, 1990-1995-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 2000-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə (AB- İ № 083557, Qeydiyyat № 120) bitirmiş, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona 2001-ci ildə (11 iyul 2001-ci il tarixli 27 №li protokol) texnika elmləri namizədi alimlik dərəcəsi verilib. Qeyd etmək istərdim ki, Xaliq Əhmədzadə nümunəvi ailə başçısı, əxlaqlı, elmi etikaya sahib, savadlı bir hüquqşünas alim kimi institutumuzun ən nizam-intizamlı əməkdaşlarından biri olmaqla bərabər, institutun ictimai həyatında olduqca aktiv iştirak edir”.
Maraqlıdır ki, İ.Məmmədzadənin bu məktubunun üstündən bir il keçməmiş X.Əhmədzadə tutduğu vəzifədən qovulub. Bütün bunlar onun ətrafında gedən müzakirələri və bunun nəticəsində yaranan şübhələri birə-on qat artırır. Əslində onun atasının adının Mehman deyil, Meydan olduğu da üzə çıxıb. Lakin bu şəxs ata adı kimi Mehman adından istifadə edib.
Adının çəkilməsini istəməyən AMEA Fəlsəfə və Hüquq İnstitutunda çalışan şəxslərdən biri “Yeni Müsavat”a müraciət edərək, X.Əhmədov barəsində şok faktlar açıqlayıb: “O, saxta sənəd gəzdirmək, dələduzluq, mənimsəmə ittihamları ilə həbs olunub. Onun instituta necə gəlib çıxdığından hər birimiz xəbərsiz idik. Hətta o, direktor İlham Məmmədzadəni təhdid edərək, ondan səlahiyyətlərinin demək olar ki, hamısını, maliyyə məsələlərinə qədər belə mənimsəmişdi. Bunları İlham Məmmədzadənin imzası və etibarnaməsi ilə edirdi. O bir institutu demək olar ki dağıtdı. İnsanları qarşı-qarşıya qoyurdu. Ölkədə vəzifəli şəxslərin, tanınmış generalların adını çəkməklə əməllərini həyata keçirirdi. Onun etdiyi qanunsuz əməllər ictimailəşəndən sonra təxminən 4 ay öncə onu institutdan qovdular. Onun həbsi gözlənilən idi. Çünki çox nüfuzlu şəxslərlə qohumluğunu deyirdi, onların adlarından istifadə edirdi. Kimlərinsə yanında zəng edib, guya onlarla danışırdı. İnstitutun bütün Elmi Şurasını iflic etmişdi. İlham Məmmədzadəni təhdid edib, onun səlahiyyətlərini ələ aldığını hər kəs bilirdi”.
Etibarlı mənbə X.Əhmədzadənin əsas dəstəkçisinin adını da açıqladı: “Onun əsas dəstək verəni, yəni onu müdafiə edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli idi. Onun adından da sui-istifadə edirdi. Ola bilsin ki, eloğlu olduqlarına görə İsa müəllim ona dəstək verirdi. Ramin Quluzadənin adından da çox istifadə edirdi. O qeyri-müəyyən, şantajçı adam idi. Təsəvvür edin ki, institutda ona yaxın alim bir otaqda oturduğu halda, bu şəxs iki otaq tutmuşdu. Heç bir vəzifəsi olmaya-olmaya, diplomları saxta olduğu halda 3 katibəsi var idi. Hamıya deyirdi ki, mənim hökumət telefonum var. Halbuki hər kəs bilir ki, hökumət telefonu hansı halda kimlərə verilir. Onun adı daim məhkəmələrdə keçirdi. Vaxtı ilə 5-6 jurnalistin üzünə duraraq, onları həbs etdirmişdi. Müşahidələr və 4 aylıq verilən həbs qətimkan tədbiri onu göstərir ki, bu çox ciddi məsələdir. Çox ehtimal ki, bu şəxsi ciddi bir dövlət qurumun tədbirləri nəticəsində həbs ediblər. Onun indiyə qədər belə qanunsuz əməllərlə məşğul olmasını kimsə sığortalayırdı, bu danılmaz bir faktdır. Bir şəxs uzun müddət kimsə arxasında durmadan belə işlərlə məşğul ola bilməz. Onun şantaj etdiyi şəxslərin gəldiyi qənaətə görə, deyəsən Dövlət Təhlükəsizlik Xidmətinin xətti ilə həbs olunub. Ondan bir şəxs deyil, hamı şikayət edirdi. Bəzi dostlar öyrəniblər ki, bu şəxs saxta sənəd, mənimsəmə, dələduzluq ittihamları ilə həbs olunub. O bəzən özünü deputat kimi təqdim edir, nüfuzlu vəzifəli şəxslərin qaynı kimi qələmə verir, insanları təhdid altında saxlayırdı. Onun adını çəkdiyi şəxslərin adlarını bilənlər dəhşətə gələr. Hətta iş o yerə çatmışdı ki, bu şəxs istədiyi ziyalını iclaslarda təhqir edirdi. Onun ucbatından bir neçə nəfər institutdan getdi. Sona qədər onun hansı məqsədlə instituta gəldiyi bilinmədi. Dağıtmaq yaxud başqa məqsədimi oldu, bunu bilmirik. Amma onu deyə bilərik ki, qarşısına qoyduğu missiyanı yerinə yetirdi. Ara-sıra onu da deyirdi ki, qardaşım böyük vəzifəli şəxslərin cangüdənidir. Açığı qardaşlarının onu müdafiə edəcəyinə inanmıram. Çünki münasibətlərində gərginlik var idi. Hətta bir şok faktı da deyim ki, bu insan atasının adını da dəyişib. Atasının adı Meydan olduğu halda, Mehman oğlu kimi özünü qələmə verir, sənədlərdə də belə gedirdi. Müdafiə diplomlarının saxta olduğunu da hamımız bilirdik”./Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-nın keçmiş şöbə müdiri həbs edildi

    AMEA-nın keçmiş şöbə müdiri həbs edildi ...

    28-08-2017, 23:48

  • 
  • Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da vəzifəyə keçdi

    Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da ...

    5-07-2013, 15:28

  • 
  • Zaqatalada şöbə müdiri həbs edildi

    Zaqatalada şöbə müdiri həbs edildi ...

    8-07-2014, 18:01

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • AMEA-nın şöbə müdiri dələduzluğa məruz qalıb

    AMEA-nın şöbə müdiri dələduzluğa məruz qalıb ...

    13-12-2013, 12:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu