GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Kafedə yeyib-içib, hesabı verməyəcəkdi, amma qatil oldu: "Dedi ki, atasına söymüşəm"

Kafedə yeyib-içib, hesabı verməyəcəkdi, amma qatil oldu: "Dedi ki, atasına söymüşəm"

Tarix: 31-08-2017, 16:00 Bölmə :Kirminal Baxış: 1 416
Kafedə yeyib-içib, hesabı verməyəcəkdi, amma qatil oldu: "Dedi ki, atasına söymüşəm"


Aralarında yaranmış mübahisəyə görə tanışı ilə dava etdi, ağır xəsarət yetirdiyi şəxs bir neçə ay sonra dünyasını dəyişdi. Bu səbəbdən də həbs edilən şəxsin ittihamı ağırlaşdırıldı.

gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını döyərək öldürməkdə təqsirləndirilən Kamil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Cavid Hüseynov sədrlik edib.

Bildirək ki, hadisə keçən il Sumqayıtda baş verib. Kamil Quliyev münaqişə zəminində tanışı Rahib Zeynalovla əlbəyaxa olub. Əlbəyaxa dava zamanı R.Zeynalov ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Bundan sonra zərərçəkmişin şikayəti əsasında K.Quliyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

İş Sumqayıt şəhər prokurorluğunda araşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə xəsarət alan Rahib Zeynalov dünyasını dəyişib. Bu səbəbdən prokuror vəsatətlə çıxış edib və cinayət işinin məhkəmə baxışına xitam verilməsini və K.Quliyevə verilən ittihamın daha da ağırlaşdırılmasını tələb edib.

Məhkəmə vəsatəti təmin etmişdi. İş yenidən Sumqayıt Şəhər Prokurorluğunda araşdırılıb və K.Quliyevə verilən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün keçirilən prosesdə təqsirləndirilən şəxs K.Quliyev ifadə verib. O, deyib ki, mərhum Rahib Zeynalovla əvvəldən tanışlığı olub. Hadisə baş verən gün Rahib və bir neçə dostu ilə kafedə yeyib-içiblər: "Əvvəlcədən danışmışdıq ki, kafedə hesabı vermədən çıxıb gedək. Bir az oturandan sonra bizimlə gələn Zülfüqar getdi. Hesabı verməmək üçün Rahib buna stolu aşırdı, bakalı qırdı. O, içkili idi. Sonra dedi ki, guya mən Zülfüqar gedəndən sonra atasına söymüşəm. Bunu aydınlaşdırmaq üçün Zülfüqarın yanına getdik. Rahiblə aramızda mübahisə düşdü. Məni kəllə ilə vurdu. Mən də onu itələdim, Rahib yerə yıxıldı. Sonra onu maşına qoyub xəstəxanaya apardıq. Oradan da çıxıb evə getdim. Bir gün sonra məhəllədə eşitdim ki, Rahibin vəziyyəti ağırdı. Özüm gedib polisə təslim oldu".

Məhkəmədə mərhum Rahib Zeynalovun anası, hüquqi varis Bəsti Zeynalova da ifadə verib. Oğlunun günahının olmadığını deyən ana təqsirləndirilən şəxsin yaxınlarının onlarla maraqlanmadığını deyib: "Xəstəxanada olanda vəziyyəti ağır idi. Həkimlər dedilər ki, əməliyyat olunmalıdır. Buna görə 3 min manat lazım idi. Özüm tapdıb verdm. Rahib əməliyyatdan sonra beş ay evdə yatdı. Həmin vaxt oğlum danışırdı. Rahib evdə yatanda hadisə yadına düşdükcə danışırdı. Deyirdi ki, "məni döydülər". Oğlum deyirdi ki, Zülfüqar da onu vurub".

Bəsti Zeynalova oğlunun uşaq vaxtı da ağır xəsarət aldığını söyləyib. O, qeyd edib ki, R.Zeynalovu uşaq vaxtı avtomobil vurub: "Həmin vaxt oğlum dördüncü sinifdə oxuyurdu. Maşın onu vurandan sonra dalağı çıxmışdı. Xəstəxanada 16 gün yatdı, sağlam da evə apardıq. Heç bir problemi olmayıb. Bu hadisədə isə onu döyəndən sonra aparıb xəstəxanaya atıb, qaçıblar. Hətta xəstəxanada onun adını başqa adla da qeydiyyata yazdırıblar. Oğlumun boyununu qırmışdılar. Rahibin özü dedi ki, onu Kamilgil boynundan vurublar. Kamilin anasına və bacısına dedim ki, əməliyyata pul lazımdır, köməklik edin. Amma razı olmadılar. Anası mənə dedi ki, qoy oğlum gedib 15 il cəzasını çəksin".

Prosesin davamında məhkəmə tibbi ekspertizasının rəyi elan edilib. Rəyə əsasən, K.Quliyevin xəsarət yetirdiyi R.Zeynalov məhkəmə dövründə aldığı xəsarətlərdən sonra ev şəraitində olan zaman dünyasını dəyişib.

Məhkəmənin davamında təqsirləndirilən şəxsin yaxınları ilə zərərçəkənin anası arasında mübahisə yaranıb. Tərəflər bir-birlərini ittiham ediblər. Məhkəmə nəzarətçiləri hər iki tərəfi sakitləşdirib.

Növbəti məhkəmə prosesi sentyabrın 14-nə təyin edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qayınatasını döydü, məhkəməlik oldu

    Qayınatasını döydü, məhkəməlik oldu ...

    3-07-2017, 14:18

  • 
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33

  • 
  • Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu - Siyahı

    Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə ...

    1-04-2016, 13:03

  • 
  • Hamilə qadına işgəncə verən gəncə ağır cəza

    Hamilə qadına işgəncə verən gəncə ağır cəza ...

    16-06-2016, 21:33

  • 
  • Tanışını balta ilə öldürənə ağır cəza - həbsxanada dost olmuşdular

    Tanışını balta ilə öldürənə ağır cəza - ...

    6-07-2017, 11:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (178)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu