GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Şam yandırıb, uşağın başına fırlanıb, guya ruh çıxarırmış"- uşağını öldürən ananın məhkəmə işi

"Şam yandırıb, uşağın başına fırlanıb, guya ruh çıxarırmış"- uşağını öldürən ananın məhkəmə işi

Tarix: 6-09-2017, 11:56 Bölmə :Kirminal Baxış: 387
"Şam yandırıb, uşağın başına fırlanıb, guya ruh çıxarırmış"- uşağını öldürən ananın məhkəmə işi


5 yaşlı uşağını boğaraq öldürməkdə təqsirləndirilən qadının cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib.

Məhkəmdə Nataliya Qulubəyova şahid qismində ifadə verib. O, təqdirləndirilən qadının qayınanası olub.

Gəlini ilə münasibətlərindən danışan Nataliya Qulubəyova deyib ki, əvvəl münasibətləri çox normal və yaxşı olub, amma sonrada onun hərəkətlərində fərqli fikirlər və düşüncələr yaranıb: "Mən də sonra onlardan ayrı yaşamağa başladım. Onun pz həyatı var idi, öz xarakteri var idi. Öz həyatını yaşayırdı. Ailəmizə gələndə heç bir narazılıq yox idi. Böyük ailə idik. Dostlarımız var idi. Yaxşı yaşayırdıq".

N.Qulubəyova əlavə edib ki, mərhum nəvəsinə öz övladı kimi baxıb.

Keçmiş gəlininin xarakterindən danışan N.Qulubəyova bildirib ki, o, tək yaşamağı sevirdi, rəfiqələri olmayıb, ətrafdakılarla ünsiyyəti yox idi.

Məhkəmədə sualları cavablandıran Nataliya Qulubəyova nəvəsinin kim tərəfindən öldürülməsi haqda suala belə cavab verib: "Mən əminəm ki, anası tərəfindən öldürülüb. Mən evə girəndə mənzərəni gördüm. O, heç bir reaksiya vermirdi. Nəvəm başqa otaqda yerdə uzanmışdı. Nazilə isə başqa otaqda divanda oturmuşdu. Heç bir reaksiya vermirdi, heç nə danışmırdı. Bir ana övladına necə qıya bilər? Mən də anayam, övladım yaşasın deyə canımı verərəm".

Şahid hadisəni törədən zaman gəlininin affekt vəziyyətində olması ilə bağlı suala cavab verə bilməyəcəyini deyib.

Məhkəmənin davamına mərhum Fəridin atası Rüstəm Qulubəyov şahid kimi çağırılan Sima Xaliqi suallar verib.
Sima Xaliqi təqsirləndirilən şəxsi dini təriqətin iclaslarına aparıb.

Rüstəm Qulubəyov S.Xaliqiyə sualında deyib ki, arvadının belə problemlərinin olduğu halda onlara niyə məlumat verməyib.

S.Xaliqi isə deyib ki, Nazilə Qulibəyova ilə görüşdükləri ərəfədə onun heç bir problemi olmayıb.

Şahid əlavə edib ki, hadisədən bir neçə gün əvvəl ona zəng edərək yenə də dini ayinlərə gedib-getməmələrini soruşub.
Rüstəm Qulubəyov: "Bəs uşağın vəziyyəti haqda nə deyirdi?".

S.Xaliqi: "Mənə deyirdi ki, uşaq aqressivdir. Söz deyəndə ona aqressiv cavab verir, üzünə baxaraq gülür. Hətta deyirdi ki, onun bədəninə cin girib".

Rüstəm Qulubəyova dostunun həyat yoldaşı olan Sima Xaliqini bu məsələləri vaxtında xəbər verməməkdə ittiham edib. O deyib ki, qabaqcadan Nazilə Qulubəyovanın vəziyyəti haqda məlumat versəyidi, bu hadisənin qarşısını almaq olardı.
Şahid isə bu ittihamları rədd edərək, Rüstəm Qulubəyovu yalan danışmaqda günahlandırıb: "Məni günahlandırmaq lazım deyil. Artıq mənim də səbrim tükənib. Qalmışam məhkəmələrdə. Sən özün vəziyyəti bilirdin. Bir neçə gün əvvəl Nazilə evdə şam yandırıb, uşağın başına fırlanıb. Guya ruh çıxarırmış. Sən bunları bilirdin. Hətta Fərid öldürülən gün də evdə qazın üstündə yandırılmış şamlar tapılıb".

Prosesin davamında məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Nazilə Qulubəyova da buna etiraz etməyib. O, hakimin "səhhətin necədir" sualına əli ilə ürək göstərərk cavab verib.

Məhkəmənin növbəti iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, ilkin məlumat belədir ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda "Üzüm bağı" dini təriqətinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib.

Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski tutaraq boğub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən imtina edib

    5 yaşlı oğlunu öldürən qadın məhkəmədə ifadədən ...

    21-08-2017, 11:25

  • 
  • Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi - 5 yaşlı oğlunu niyə öldürüb?

    Dini cərəyana qoşulan qadın ŞOK açıqlamalar verdi ...

    21-08-2017, 12:50

  • 
  • "İsa peyğəmbəri əvvəllər görmüşdüm" – azyaşlı oğlunu boğan ana danışdı

    "İsa peyğəmbəri əvvəllər görmüşdüm" – ...

    21-08-2017, 12:58

  • 
  • Qadın “şər ruh”u qovmaq üçün oğlunu boğub

    Qadın “şər ruh”u qovmaq üçün oğlunu boğub ...

    13-10-2016, 23:15

  • 
  • 5 yaşlı oğlunu öldürən anadan ŞOK açıqlamalar: "Fərid çabalasa da..."

    5 yaşlı oğlunu öldürən anadan ŞOK açıqlamalar: ...

    27-08-2017, 09:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu