Dələduzluqda təqsirləndirilən Əli Qəmbərov Bakı İstintaq Təcridxanasında intihara cəhd edib.
Bu barədə Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə və Bakı Şəhər Prokurorluğuna daxil olan məktubda qeyd edilib. Məlumata görə, Ə. Qəmbərov saxlandığı kamerada özünü asmağa cəhd etsə də, bu cəhdin qarşısı alınıb. Qeyd edək ki, Ə. Qəmbərov Bakı sakinlərinin etibarından sui-istifadə edərək, avtomobil satmaq adı ilə zərərçəkmişlərə ümumilikdə 86 min manat məbləğində ziyan vurub. Ə. Qəmbərovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun icraatında araşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?