Özündən 8 yaş böyük sevgilisini bıçaqlayan şəxsin məhkəməsi baş tutub.
Turxan iki uşaq anası olan sevgilisini onunla evlənmək təklifinə yox dediyinə və qısqandığına görə vurduğunu bildirib.
gundemxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamda təqsirləndirilən 1993-cü il təvəllüdlü Hacıyev Turxan Hacı oğlu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Hadisənin təfərrütları....
24 yaşlı Turxan sevgi münasibətlərində olduğu 32 yaşlı Samirə Məhərrəmovanın sağlamlığına qəsdən ağır zərər vurub. Hadisə 1 may 2017-ci il tarixdə saat 19 radələrində baş verib.
“Azadlıq prospekti” metrostansiyasının yaxınlığında görüşən Samirə ilə Turxan arasındakı söhbət qanlı bitib. Samirə Məhərrəmovanın bıçaqlanmasına səbəb münasibətdə olduğu Turxanın ailə həyatı qurması təklifinə cavab verməməsi olub. Aralarında mübahisə yaranan zaman Samirə Məhərrəmovanın telefonuna zəng gəlib. S.Məhərrəmovanın telefonu söndürərək gizlətməsi isə Turxan Hacıyevi lap qəzəbləndirib.
Turxan S.Məhərrəmovanı söhbətə tutaraq yaxınlıqdakı istirahət parkında heç kim olmayan əraziyə gətirib. Ağac altında mübahisə edərkən T.Hacıyev üzərində olan bıçaqla S.Məhərrəmovanın qarın nahiyyəsindən bir zərbə endirib. Onu orada qoyaraq qaçıb.
İstintaq zamanı dindirilən T.Hacıyev törətdiyi əmələ görə özünü təqsirli bilib. O deyib ki, Samirə Məhərərmovanı 2016-cı ildə qohumugildə görüb və tanıyıb. Sonra onun telefonunu götürərək danışmağa başlayıb. Bir müddət sonra aralarındakı tanışlıq sevgi münasibətlərinə çevrilib.
S.Məhhərərmovanın daha əvvəl ailə həyatı qurduğunu və iki uşağının olduğunu deyən T.Hacıyev onunla ailə həyatı qurmağı da planlaşdırdıqlarını deyib.
“Sevdiyin varsa, bunu mənə de...”
Onun sözlərinə görə bu sevgi münasibətləri ciddi olub və bir müddət də birlikdə yaşayıblar. Usta işlədiyini deyən T.Hacıyev S.Məhərrəmova ilə ailə qurmaq planlarının olduğunu, lakin maddi problemlərə görə toy edə bilmədiklərini söyləyib.
Sonradan Samirənin evlilik fikrindən daşındığını söyləyən T.Hacıyev bunları qeyd edib: “Samirə mənə dedi ki, anası onu Türkiyəyə yola salmaq istəyir. Orada qohumlarının olduğunu deyirdi. Həmin gün görüşəndə telefonuna zəng gəlirdi. Amma telefonu söndürüb, çantasına qoyurdu. Mən də onu qısqanırdım, şübhələnirdim. Soruşdum ki, əgər sevdiyin varsa, bunu mənə de. Amma cavab vermədi. Mən də onu qısqandığım üçün vurdum. Öldürmək niyyətim olmayıb. Səhər xəstəxanaya getdim. Samirənin səhhəti ilə maraqlandım. Sonra polis tərəfindən axtarıldığımı bilib, təslim oldum”.
T.Hacıyev əməlindən peşman olduğunu bildirib.
Samirə onu bıçaqlayan Turxandan şikayətçi deyil
İş üzrə zərərçəkmiş Samirə Məhərrəmova da istintaqda dindirilib. S.Məhərərmova da Turxan kimi eyni məzmunlu ifadə verib. O, parkda olan hadisə ilə bağlı danışarkən əlavə edib ki, Turxan ona evlənmək təklifi etsə də o, bir az gözləməsini istəyib. Bu məsələni anası ilə danışmalı olduğunu bildirib. Həmin vaxt da anası ona zəng edib
“Turxan anamla danışmağımı istəmirdi. Buna görə də əsəbləşirdi. Mən də telefondan anamın adını silmişdim. Turxan isə zəng edənin başqa şəxs olduğunu düşündü. Bir də baxdım ki, qarnımdan qan axır. Turxan məni vurandan sonra qaçdı. Huşumu ittirdiyimdən sonra olanları xatırlamıram”.
S.Məhərrəmova onu bıçaqlayan T.Hacıyevdən şikayətinin olmadığını deyib.
T.Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qeyd edək ki, T.Hacıyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?