GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi

Prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi

Tarix: 19-09-2017, 11:46 Bölmə :Kirminal Baxış: 342
Prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi


Bakıda prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi

Prodüser Zaur Məmmədov tanınmış müğənnilərin adından istifadə edərək dələduzluq edib. O, ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı körpənin müalicəsinə pul toplamaq üçün tanınmışların iştirakı ilə konsert təşkil edəcəyini vəd verərək Bakı sakini Nuriyyə Quliyevanın pulunu mənimsəyib.
Şikayətçi N.Quliyeva “Qafqazinfo”ya bildirib ki, sosial şəbəkələrdə Fidan Nəzərova adlı xanımın 3 yaşlı övladı Nəzərova Zeynəb Nəsimi qızının aşağı ətraflarının inkişafdan qalması nəticəsində ağır durumda olması və körpənin müalicəsinin yalnız xarici ölkələrdən birində mümkün olması barədə statusunu oxuyub:
“Bu statusu oxuyandan sonra çarəsiz durumda olan anaya və ağır xəstəlikdən əziyyət çəkən körpəyə necə kömək edə biləcəyimizlə bağlı müxtəlif variantları götür-qoy etməyə başladıq. Uşağın müalicəsinə kömək etmək üçün tanınmış müğənnilərin iştirakı ilə xeyriyyə konsertinin keçirilməsi variantı üzərində dayandıq”.
N.Quliyevanın sözlərinə görə, konserti təşkil etmək üçün əvvəllər bu tipli tədbirlər keçirdiyinə dair paylaşımlarını gördüyü, özünü müğənni İradə Mehrinin prodüsseri kimi təqdim edən Zaur Məmmədovdan kömək istəyib:
“Zaur Məmmədov bu sahədə böyük təcrübəsinin olduğunu, bir müddət əvvəl müalicə puluna ehtiyacı olan bir uşaq üçün Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə konsert təşkil etdiyini və qısa müddətdə 78.000 manat pul topladığını söylədi. Açığı onun belə deməsi məni sevindirdi və ümidləndirdi. Balaca Zeynəb üçün xeyriyyə konserti təşkil edəcəyimizi uşağın anasına bildirdim. O, bu xəbərə çox sevindi və ümidinin yalnız bu aksiyadan toplanacaq vəsaitə olduğunu söylədi.
Bundan sonra Zaur Məmmədovla xeyriyyə konsertinin təşkili ilə bağlı müzakirələr apardıq. Ölkənin tanınmış müğənniləri və aparıcı televiziya rəhbərləri ilə yaxşı münasibətləri olduğunu, xeyriyyə aksiyasıının yüksək səviyyədə keçəcəyini, hətta televiziyada geniş işıqlandırılacağını bildirdi. Zaur Məmmədov xeyriyyə aksiyası üçün avadanlıqların icarəsi adı ilə məndən əvvəlcə 400 manat pul aldı. Bir neçə gündən sonra əlavə 600 manat da istədi.
Dedi ki, daha çox pul yığmaq üçün bu işə könüllülər cəlb olunmalıdır və həmin əlavə vəsait də onlara veriləcək. Bu zaman mən 300 manat verə biləcəyimi bildirdim və ona bu məbləği ödədim.İyulun əvvəlinə qədər ondan heç bir xəbər çıxmadı. Zaur Məmmədovla əlaqə saxlayıb vəziyyətin necə olduğunu, konsertin nə zaman baş tutacağını xəbər aldım. Çünki uşağın vəziyyəti günü-gündən ağırlaşırdı. O, könüllülər qrupunun artıq 2000 manatdan çox pul yığdıqlarını bildirdi. Mən ona uşağın valideynləri ilə görüşüb yığılan məbləği təhvil verməyi təklif etdikdə daha çox vəsait üçün bir neçə gün daha gözləmək lazım olduğunu söylədi. Lakin daha sonra onun nömrələrinə zəng çatmadı.
Daha sonra isə günlərlə yazdıqlarıma cavab vermirdi. Cavab verəndə də deyirdi ki, xeyriyyə konsertinə hazırlıq görülür, artıq tanınmış müğənnilər Röya, Faiq Ağayev, Aygün Kazımova, Nadir Qafarzadə, Günay İbrahimli, Flora Kərimova, Elariz və başqaları ilə görüşüb danışıb, konsertdə iştirak etmələrinə razılıqlarını alıb. Dediyinə görə, digər prodüsser Təranə Səmədovanı da bu işə cəlb etmişdi.
Üstündən aylar keçsə də Zaur Məmmədov xeyriyyə konsertini təşkil etmədi. Gah dedi ki, müğənnilər deyir ki, bir az gözləyin, gah dedi ki, özünün səhhətində problem yaranıb, təcili yardımla xəstəxanaya aparıblar, gah dedi ki, anası rəhmətə gedib. Amma bunların hamısı bəhanə idi. Eşitdiyimə görə o, başqa adamları da aldadıb. Son aylarda 4-5 dəfə telefon nömrəsini dəyişib. İndi də qaçıb gizlənir.
Beləliklə, Zaur Məmmədov nə xəstə uşağın müalicəsinə kömək üçün konsert təşkil etdi, nə də aldığı pulu qaytardı”.
“Qafqazinfo” dələduzluqda ittiham olunan Zaur Məmmədovla əlaqə saxlamağa cəhd edib. Prodüserin istifadə etdiyi 6 telefon nömrələrinin heç birinə zəng çatmayıb.
Bundan əlavə, şikayətdə adı hallanan Təranə Səmədova isə bu məsələdən xəbərsiz olduğunu, ittiham olunan şəxsin onun adından istifadə etdiyini söyləyib:
“Bəlkə də, həmin şəxsi iki il bundan qabaq görmüşəm. Sizin dediyiniz məsələdən,adı çəkilən konsert barədə heç bir məlumatım yoxdur”.
Z. Məmmədov özünü prodüseri kimi təqdim etdiyi İradə Mehrinin də mövqeyini öyrənmək istədik. İfaçının meneceri Yusif Qasımov yanvar ayından etibarən müğənni ilə çalışdığını bildirib:
“Zaur bəylə İradə xanımın heç bir əlaqəsi yoxdur.Sözügedən məsələdən bixəbərik”.|qafqazinfo
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser MƏHKƏMƏ QARŞISINDA

    Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser ...

    16-06-2015, 09:47

  • 
  • Tanınmış prodüser Təranə Səmədovanı yol polisi sərxoş vəziyyətdə saxlayıb - VİDEO

    Tanınmış prodüser Təranə Səmədovanı yol polisi ...

    29-11-2015, 13:59

  • 
  • Bakıda müəllimə həmkarına qarşı dələduzluq edib

    Bakıda müəllimə həmkarına qarşı dələduzluq edib ...

    9-06-2016, 16:49

  • 
  • Azərbaycanın tanınmış məşqçisi oğlunun müalicəsinə pul tapmır (FOTO, VİDEO)

    Azərbaycanın tanınmış məşqçisi oğlunun ...

    9-01-2014, 02:53

  • 
  • Masallıda dələduz falçı yaxalandı

    Masallıda dələduz falçı yaxalandı ...

    28-05-2013, 12:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu