GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » MTN-nin tutduğu şəxs dəhşətli işgəncə faktları açıqladı

MTN-nin tutduğu şəxs dəhşətli işgəncə faktları açıqladı

Tarix: 20-09-2017, 14:50 Bölmə :Kirminal Baxış: 357
MTN-nin tutduğu şəxs dəhşətli işgəncə faktları açıqladı


“Səhərə kimi məni döyüb, işgəncə verdilər”

Ehtiram Əliyev: “MTN-də ağılagəlməz işgəncələrə məruz qalmışam”

“MTN-də əllərimi bağlayıb, ayaqlarımdan asıblar və rezin alətlə məni döyüblər”


İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Cəlilabad rayon sakini, 1968-ci il təvəllüdlü Ehtiram Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Ehtir¬am Əliyev 2014-cü il yanvar ayında İran İslam Respublikası ərazisində tanış oldu¬ğu şəxsiyyəti istintaqa məlum olmayan Fərəməz adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı razılıq əldə edib.
Daha sonra Fərəməz 20 fevral 2014-cü il tarixdə Ehtiram Əliyevə zəng edib, 8863,¬85 qram narkotik vasitə olan heroini və 11732,95 qram narkotik vasitə olan tiryəki qaçaqmalçılıq yolu ilə İran İslam Res¬publikasından Azərbaycan Respublikasına keçirərək Cəlilabad rayonunun İran İslam Respublikası ilə həmsərhəd ərazisində gizlətdiyini bildirib. Ehtirama həmin nar-kotik vasitələri götürərək özündə saxlamağı və sonradan deyəcəyi şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxsə çatdırmağı tapşırıb.
Ehtiram Əliyev veril¬ən tapşırığın icrası ilə əlaqədar fevralın 20-də, saat 20-21 radələrində fərdi şəkildə taksi sürücüsü kimi fəaliyyət göstərən, lakin qrup üzvlərinin cinayət əməllərindən xəbəri olmayan Bəybala Mahmudovun idarə etdiyi “Vaz 2107” markalı avto¬maşınla Cəlilabad rayonu, Şatırlı kəndinə gedib, içərisində külli miqdarda narkotik vasitələr olan kisəni götürüb və Bəy¬bala Mahmudovun avtomaşını ilə Cəlilabad rayonu istiqamətinə gəlib.
Maşında Bəybala Mahmudov kisədə olan əşyadan şübhələndiyinə görə Ehtiram Əliyevə həmin kisəni gizlətməyi təklif edib. O da bu təkliflə razılaşıb.
Sonra onlar Cəlilabad rayonu, Fərzili kəndi ərazisində rayonun Zopun kəndinə gedən yolun kənarına gəliblər. Taksi sürücüsü Ehtiram Əliyevə məxsus kisəni açıq sa¬hədə gizlədiblər və sonra birlikdə Cəlilabad rayonuna qayıdı¬blar.
Bəybala Mahmudov fevralın 21-də ləğv edilmiş Milli Təhlükəsi¬zlik Nazirliyinin Cəlilabad rayon şöbəsinə müraciət edib. On-un ərizəsi əsasında həmin gün MTN əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ehtiram Əliyev yaxalanıb.
Ehtiram Əliyev Cinayət Məcəlləsinin 206.¬3.2-ci (qabaqcadan əl¬bir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

“Harada olduğumu soruşdu”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Ehtiram Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bılməyib. O, ifadəsində gös¬tərib ki, tutulana qədər Qaradağ rayonunda daş karxanasında daş kəsən işləyıb. Onun sözlərinə görə, 15 gün işləyib, 15 gün evdə olub.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2014¬-cü ilin fevral ayın¬ın 20-də işdən evə, daha doğrusu Cəlilabada qayıdarkən bir nəfər ona zəng vurub, adının Fərəməz olduğunu bildirib və bir mobil nömrə deyib, həmin nömrəyə zəng vurmağını ondan xahiş edib: “Həmin nömrəyə zəng vurdum, danışan adam özünü İlqar kimi təqdim etdi. Lakin sonradan məlum oldu ki, həmin adamın adı İlqar yox, Bəybaladır. Bəybala məndən telefonda harada olduğumu soruşdu. Bildirdim ki, Cəlilabada gəlirəm, rayonda Hacı Zaurun mağazasının yanında maşında düşəcəm. Rayona çatanda həmin yerdə düşdüm, mağazaya girərək siqaret aldım və küçəyə çıxanda Bəybala mənə zəng vurdu. O bildirdi ki, yolun kənarında dayanan ağ rəngli VAZ 2107 markalı avtomobildə əyləşiib. Bəybala maşının işıqları vasitəsi ilə işarə etdi, Mən də həmin avtomobilə yaxınlaşaraq əyləşdim”.

“Kiminlə danışdığını bilməmişəm”

Təqsirləndirilən şəx¬sin sözlərinə görə, bir az söhbət edəndən sonra Bəybala “dər¬man var onları payla¬yaq” deyə bildirib: “Bəybaladan nə dərman olduğunu soruşdub. Paylayanda görərsən, cavabını verdi. Etiraz elədim, bu vaxtı Bəybala dedi ki, eybi yox, bu gün olmasın sabah olsun. Avtomobildən düşmək istəyəndə Bəybala dedi ki, gedək, kafedə yemək yeyək. Kafedə yemək yeyəndən sonra avtomobilə minmək istədim, Bəybala “ver telefonunu zəng vurum “, deyə bildirdi. Mən də telefonumu ona verdim. Lakin onun kiminlə və nə barədə danışdığını biməmiş¬əm. Yarı yolda Bəybala bir daha məndən telefonu istədi və mən də verdim. Bəybala maşından düşərək da¬nışdığından bu dəfə də onun kiminlə və nə barədə danışdığını bilməmişəm”.

“Tələb etdilər ki, narkotikin yerini deyim”

Ehtiram Əliyev bildirib ki, təxminən gecə saat 1 radələrində küçələrində Bəybalanın avtomobilindən düşüb, sonra Bəybala gedib: “Mən isə evə gəldim. Təxminən sa¬at 3 radələrində səsə yuxudan oyandım. Darvazanı açan kimi aldığım zərbədən huşumu itirdim. Ayılanda gördüm ki, evdəyım və evdə xüsusi geyimli şəxslər var. Onlar bildirdilər ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. Onlardan soruşdum ki, sizə nə lazımdır, onlar bildirdilır ki, bizə səndə olan narkotikin yerini de. Heç bir narkotikdən məlumatım olmadığını bildirdi. Həmin şəxslər səhər saat altıyadək evi axtardı, lakin heç bir şey tapa bilmədilər. Səhər məni MTN-nin Cəlilabad rayon şöbəsinə apardılar. Ora gələndə gördüm ki, Bəybalada ordadır. Orada məni döyməyə başladılar və tələb etdilər ki, narkotoki harda gizlətsdiyimi deyim”.

“MTN-də məni döydülər”

Ehtiram Əliyevin sözlərinə görə, 2 kiloqram narkotik vasitəni gizlətdiyini yazmağı tələb ediblər: “Sonra bildirdilər ki, səni aparacağıq və sən narkotiki gizlətdiyin yeri bizə göstərəcəksən. Hal şahidləri dəvət olunandan sonra gözlərimi bağladılar və avtomobilə əyləşdirdilər. Sonradan məlum oldu ki, məni Cəlilabad rayonu Fərzəli kəndinə aparıblar. Məni avtomobildən düşürdüb, sonra gözlərimi açanda Bəybalanın orada olan qara rəngli Prado markalı avtomobildə oturaraq siqaret çəkdiyini gördüm. Lakin Bəybala məni görən kimi avtomobilin qapısını örtdü. Həmin avtomobilin yanına apardı və yerdə mal təzəyinin altında olan ağ kisəni göstərdilər, onu açmağımı tələb etdilər. Kisəni açmaqdan imtina etdim. Onlar bunun səbəbini soruşdu. Bildirdim ki, kisəni tanımıram, mənim deyil. Həmin kisə mənə məxsus olmayıb, kisə əvvəl¬dən ora qoyulmuşdu. Bu səbəbdən MTN-nin əməkdaşları məni döyməyə başladılar”.

“Həkimlə bağlı mənə köməklik göstərib”

Ehtiram Əliyev bildirib ki, bundan sonra onu yenidən MTN-nin Cəlilabad rayon şöbəsinə gətiriblər: “Səhərə kimi yenədə orada döyüb, mənə işgəncə verdilər. Səhəri günü məni Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Bu səbəbdən də orada ağılagəlməz işgəncələrə məruz qaldım. Fərəməzlə birinci və sonuncu dəfə fevral ayının 19-da danışdığımı dedilər. Fərəməz İrandan danışdığını bildirdi, Fərəməzi tanımadım. İrana gedib-gələrkən Rəhim adlı şəxsi tanımışam o, mənə həkimlə bağlı köməklik göstərib. İrana 3 ildir ki, xəstəliyimlə əlaqədar gedib-gəlirəm. İranın Ərdəbil şəhərinə gedib-gəlmişəm. Rəhim mənə heç vaxtı qeyri-qanuni nə isə təklif etməyib. Telefonla Azərbaycandan Rəhimlə danışmamışam. Bəybalanı əvvəllər tanımamışam, bu səbəbdən də aramızda heç bir ədavət və düşmənçilik olmayıb”.

“İşgəncələrə dözə bilməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, Bəybalanın onun telefonu ilə Fərəməzlə danışıb-danışmamasını dəqiq deyə bilməyib: “İzahatımı özüm yazmışam, lakin MTN-nin əməkdaşlarının diqtəsi ilə. Narkotikin 2 kiloqram olduğunu yazmışam, sonradan MTN əməkdaşları tərəfindən 2 rəqəminin yanına 0 rəqəmi yazılıb. İşgəncələrə dözə bil¬məmişəm, 2 kiloqram narkotikin mənə məxs¬us olduğunu yazmışam. Bütün istintaq müd¬dətində yalnız bir dəfə imza etmişəm, o da ekspert rəyi ilə tanış olmağıma dair. Digər sənədlərdə olan imzalar mənim deyil. MTN-nin Cəlilabad rayon şöbəsində məndən izahat alınarkən vəkilimin iştirakı təmin olunmayıb. 5 ay 18 gün istintaq müddətində cəmi 3 dəfə vəkillə görüşmüşəm. Bəybala ilə üzləşd-irilməmişəm, narkotik vasitənin yerini göstərməmişəm. Hətta Bəybalada öz ifadəsində bildirib ki, Ehtiram oturdu avtomobildə, narkotiki mən aparıb basdırdım”.

“MTN-də ayaqlarımdan məni asıblar”

Təqsirləndirilən şəxs ifadəsində Bəybala ilə Fərəməzin telefonla danışı haqqında olan ittihama da aydınlıq gətirib. O, bildirib ki, Fərəməzə zəng vurmayıb: “Həmin nömrə mənə məxsus olmayıb. Təxminən 2014-cü ilin fevral ayının 8-də Quba rayonundan olan iş yoldaşımdan almışam. Həmin nömrə ona məxsusdur. Karyerdə işləyərkən iş yoldaşım adı xatırlamadığı Qubadan olan oğlan mənim telefonuma öz nömrəsini taxıb, zənglər edib. İstintaq orqanı həmin zəngləri mənim adıma yazıb, mənə qarşı saxta ittihamlar verib. MTN-nin Cəlilabad rayon şöbəsində möhkəm döyülmüşəm, hatta sol gicgahıma yanan siqaret basılıb. Həmçinin ayaqla vura-vura sol ayağımın barmağını sındırıblar. MTN-də isə həmişə gözlərimi bağlı saxlayıb, əllərimi bağlayıb, ayaqlarımdan asıblar. Sonra da məni rezin alətlə döyüblər. 5 ay 18 gün MTN-də saxlanıldıqdan sonra istintaq təcridxanasına köçürülmüşəm. Orada xəsarətlərimi göstərmişəm. Lakin maraqlanan olmayıb. MTN-dən çıxdıqdan sonra işgəncələrlə bağlı hər yerə yazmışam, Yalnız həbsxanaya köçürüldükdən sonra Daxili İşlər Nazirliyindən və Respublika Baş Prokurorluğundan nümayəndələr gəlib, araşdırma aparıblar. Araşdırmanın nəticəsindən məlumatım olmayıb”.

14 il cəza və şikayət

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtiram Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ehtiram Əliyev apelyasiya şikayəti verib.
Ehtiram Əliyev şikayətində ona elan olunmuş ittiham üzrə məhkəmənin gəldiyi nəticənin əsassız və qanunsuz olduğunu, Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234¬.4.3-cü maddələri ilə özünü təqsirsiz bildiyini, heç bir günahının olmadığını qeyd edib. O, cinayət işinə yenidən baxılmasını, ədalətli qərar qəbul edilməsini xahiş edib.
Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokuror: “Cəza ədalətlidir”

Dövlət ittihamçısı Elnar Hüseynov bildirib ki, məhkum edilmiş şəxsin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Onun sözlərinə görə, Ehtiram Əliyevin əməlləri Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunub: “Apelyasiya məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş ekspertiza rəyi ilə Ehtram Əliyevin ibtidai istintaq zamanı işgəncələrə məruz qalması bardə göstərdiklərinin tamamilə əsassız olması təsdiq olunub. Bundan başqa müdafiə tərəfi məhkum olunmuş şəxsin ibtidai istintaq zamanı heç bir sənədə imza etməməsi barədə göstərdikləri iş üzrə təyin olunmuş məhkəmə xəttşünaslıq ekspertiza rəyi ilə tam təkzib olunub. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğulara cavabdan müəyyən edilib ki, məhkum olunmuş şəxsin istifadəsində olan mobil nömrələrlə mütəmadi olaraq İran İslam Respublikası ərazisində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Fərəməz adlı şəxslə danışıqları olub. Birinci instansiya məhkəməsi məhkum olunmuş şəxsə cəza təyin edərkən sonuncunun şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini, habelə narkotik vasitənin miqdarını kifayət qədər nəzərə alaraq qanuni və ədalətli cəza təyin edib”.
Təqsirləndirilən şəxsin vəkili Salman Fərəcov bildirib ki, müdafiə etdiyi şəxsdən zorla etirafedici ifadələr alınıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib. Ehtiram Əliyev də vəkili ilə razı olduğunu deyib.
Daha sonra hakimlər apelyasiya şikayəti üzrə qərar elan ediblər. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmə Ehtiram Əliyevin cəzasını 13 ilə endirib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • Ölkələr arası narkotik biznesi

    Ölkələr arası narkotik biznesi ...

    28-12-2015, 21:51

  • 
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • Narkotik qaçaqmalçılığının qarşısı alınıb

    Narkotik qaçaqmalçılığının qarşısı alınıb ...

    12-07-2013, 21:32

  • 
  • Bağırsağında narkotik keçirən şəxslər tutuldu

    Bağırsağında narkotik keçirən şəxslər tutuldu ...

    13-10-2015, 14:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu