Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib. İlk olaraq çıxışa polkovnik Səlim Məmmədov başlayıb. O deyib ki, ona qarşı düşmənçilik 2008-ci ildən yaranıb: “Həmin vaxt biz bir polis mayorunun oğlu ilə bağlı tədbir keçirdik. Onun ekstaz satması barədə bizdə məlumat var idi. Həmin oğlan və danışdığı şəxslərin telefon nömrələrini dinləməyə qoyduq. Bu xətt zəncirvari olaraq Bakı şəhər prokurorunun oğluna və Əzizbəyov rayonunun keçmiş prokurorunun oğluna gedib çıxdı. Hər şeyi səliqəli şəkildə, qanun çərçivəsində etdik. Axtarışların hamısında şəxsən özüm iştirak etdim. Gəlib gördüm prokurorluq aləmi qatıb bir-birinə ki, sən prokurorluqların uşaqlarına sataşmısan. Az qalırdı məni xalq düşməni elan etsinlər. Ortada video var idi deyə işi “sındıra” bilmədilər. O uşaqların hərəsinin cbindən 300-350 tabletka çıxdı. Bizim düşmənçiliyimiz də o vaxtdan başladı. Mən də, Akif Çovdarov da, nazirimiz də daim dövlətə xidmət etmişik, bizə qarşı verilən istənilən qərardan asılı olmayaraq sadiq qalacağıq. Keçmiş “MTNçi” olmur. Amma bizə qarşı qərəzli davranırlar. Ermənilərlə işləyib dövlətə xəyanət etməkdə ittiham edilən Rauf Mirqədirovu atasının yasına buraxdılar, amma anam öləndə məni buraxmadılar. Biz sizin uşaqlar üçün çalışıb narkotiklə mübarizə aparırdıq, siz bizimlə nəyin mübarizəsini aparırsız? Biz işləyəndə il ərzində 1 tondan çox narkotik vasitə aşkar edib götürürdük, bizdən sonra isə ilə cəmi 30 kiloqram narkotik tapa biliblər. Azərbaycan xalqına həqiqət, hakimlərə ədalər, özümə isə bəraət istəyirəm”. Bundan sonra Orxan Osmanov son söz deməyə başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?