Avqustun 20-sində Nəsimi rayonu ərazisində yerləşən mebel mağazalarından birində xoşagəlməz olub.
Səadət Məmmədova, Tural Xəlilov və Ruslan adlı 3 şəxs mağazaya yaxınlaşaraq toy edəcəklərini və dükandan mebel götürmək istədiklərini bildiriblər.
Aldıqları mebellərin pulunu toydan sonra yığılacaq pulla ödəyəcəklərini deyərək satıcıları inandırmağı bacarıblar. Vədlərini əməl etməyən şəxslər sahibkara 7 min manat dəyərində ziyan vurublar.
Elvin Həmidov - Zərərçəkən: "Qızına cehiz verdiyini qeyd elədi. Biz də güvəndik. Mebelləri verdik. 1 aydır zəng etmişik. Deyir ki, verəcəyik. Biz də mənzilə müraciət etmişik. Evə yaxınlaşmışıq. Qapının cəftəsinin qırıq olduğunu görmüşük. Komendanta müraciət etmişik. O da deyib ki, nəinki siz, çox adam bununla bağlı müraciət edir".
Bu həmin şəxslərin ilk dələduzluq faktı olmayıb. Onlar Sumqayıt şəhərində yerləşən obyektdən də 3600 dəyərində mebel götürüblər. Dükan sahibinə isə 200 manat beh veriblər.
Anar Cəbiyev - Zərərçəkən: "Mənə müraciət etdilər ki, cehizdir. Mən də insanlıq edib razılaşdım. Dediyi vaxt mebeli göndərdim. Sonra məlum oldu ki, Sumqayıtdakı digər mağazalara da yaxınlaşıblar. Onlar razılaşmayıb".
Hüquq mühafizə orqanalrında bu istiqamətdə araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?