GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » 5 dost özləri üçün 1 qız çağırdı, sonra... - 15 manat söhbəti və NABRAN DƏHŞƏTİ

5 dost özləri üçün 1 qız çağırdı, sonra... - 15 manat söhbəti və NABRAN DƏHŞƏTİ

Tarix: 4-10-2017, 14:46 Bölmə :Kirminal Baxış: 401
5 dost özləri üçün 1 qız çağırdı, sonra... - 15 manat söhbəti və NABRAN DƏHŞƏTİ


Xaçmazda qətl törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1994-cü il təvəllüdlü Hüseyn Rüstəmov və Biləsuvar rayon sakini, 1995-ci il təvəllüdlü Ramil Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hüseyn Rüstəmov dostları Ramil Abbaslı, Fuad İsmayılov, Fərid İlyasov və Nurlan Hacıbalazadə ilə istirahət etmək üçün 5 iyul 2015-ci il tarixdə Bakı şəhərindən Xaçmaz rayonu, Günəşli kəndində yerləşən "Dostluq Turist Bazası" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1-ci şəhərciyinə gəliblər. Onlar orada 1 saylı kotecin bir otağını kirayə tutmaqla istirahət edib, yeyib-içdikdən sonra saat 23 radələrində Nurlan Hacıbalazadə əylənmək üçün öz tanışı, yüngül həyat tərzi keçirən Ülkər Novruzovaya zəng vurub, özünə 50 manat, onun gələcəyi taksiyə isə 20 manat pul veriləcəyini razılaşdıraraq yanlarına çağırıb.

Əxlaqsız qadınla əylənmək

Ülkər Novruzova Xaçmaz şəhər sakini Famil Məmmədovun taksi kimi idarə etdiyi "Vaz-21011" markalı avtomaşınla onların yanına gəlib. Nurlan Hacıbalazadə sürücüyə 20 manat pul verərək onu yola salıb. Bir müddət sonra Ülkər Novruzova onlardan 50 manat pul alıb və sonra Famil Məmmədova zəng vuraraq gəlib onu aparmasını xahiş edib.

Pul davası

Famil Məmmədov ora gələrək Ülkər Novruzovanı aparmaq istəyib. Buna görə Famil Nurlan Hacıbalazadə və dostlarından əlavə 20 manat pul istəyib. Nurlan və dostları pulu taksi sifariş edən şəxsin verməli olduğunu deyərək, ona etirazlarını bildiriblər.

Nurlan və dostları Familə pul tələbinin düzgün olmadığını bildirsələr də, sonra öz aralarında razılaşıb 15 manat pulu Famil Məmmədova verərək onu yola salıblar. Bununla aralarındakı narazılığa son qoyulub.

Sonra Hüseyn Rüstəmov iyulun 6-da, saat 23 radələrində "Dostluq Turist Bazası" MMC-nin 1-ci şəhərciyində qaldıqları 1 saylı kotecin yanında dostları Ramil Abbaslı, Fuad İsmayılov, Fərid İlyasov, Nurlan Hacıbalazadə və sonuncunun Xaçmaz rayonunda yaşayan tanışı Şıxbala Zeynalovla yemək yeyərkən Ramil Abbaslı istisna olmaqla digərləri spirtli içki qəbul edib. Məhz onlar sərxoş vəziyyətə düşdükdən sonra taksi sürücüsü Famil Məmmədovun bir gün əvvəl Ülkər Novruzovanı aparmağa görə onlardan 15 manat almasının düzgün olmadığı qənaətinə gəliblər. Dostlar bununla bağlı araşdırma yönlü söhbət etmək qərarına gəliblər.

Mübahisə

Onlar Fuad İsmayılovun idarə etdiyi avtomaşınla Xaçmaz rayonu, Nabran kəndi ərazisində taksi sürücüsü Famil Məmmədovu axtarıb, sonra isə Fərid İlyasovun mobil telefonu ilə sonuncuya zəng vuraraq iyulun 7-də, gecə saat 01:30 radələrində Xaçmaz rayonunun Günəşli kəndində, Xəzər dənizinin sahilində Famil Məmmədov ilə görüşüblər.

Bu zaman Hüseyn onlardan əlavə 15 manat pul almasının düzgün olmadığını bildirib, Famil ilə mübahisə edib. O, özündə olan bıçağı nümayiş etdirib, sonra dostları ilə birlikdı şəhərciyə qayıdıb.

Gecə yarısı dava

Famil Məmmədov özünün yaşca böyük və yerli sakin olmasına baxmayaraq kənardan gəlmiş Hüseyn Rüstəmovun ona qarşı belə hərəkətlərindən əsəbiləşib. O, iyulun 7-də, gecə saat 02.45-də tanışları Zaur Ağamuradov, Namiq Zülfüqarov və digərləri ilə birlikdə "Dostluq Turist Bazası" MMC-nin 1-ci şəhərciyindəki 1 saylı kotecin yaxınlığına gəlib, Hüseyn Rüstəmov ilə aralarında olan narazılığı aydınlaşdırmaq istəyərkən hadisə yerində olan digər şəxslər onları sakitləşdirməyə çalışıb.

Famil Məmmədov dalaşma olmayacağını və yalnız söhbət edəcəklərini deyib. Hüseyn Rüstəmovla birlikdə həmin yerdən təxminən 40 metr kənara gedərək orada sonuncuya bir müddət əvvəl dəniz sahilindəki hərəkətlərinə görə irad bildirib.

Dəniz sahilində qətl

Hüseyn Rüstəmov Famil Məmmədova bir daha onlardan Ülkər Novruzovanı aparmağa görə ikinci dəfə pul almaqda düzgün hərəkət etmədiyini deyib, özündən yaşca böyük olan şəxsi özünə qarşı qıcıqlandırıb.

Buna görə Famil Məmmədov əsəbiləşərək yumruqla onun qarın və baş nahiyəsindən vurub. Bu zaman Hüseyn özündə olan bıçaqla Familə çoxsaylı zərbələr vuraraq onu öldürüb. Həmin vaxt Ramil Abbaslı da orada olub. O, xuliqanlıq hərəkətlərinə yol verərək, dalaşmada iştirak edib.

Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətli ilə adam öldürmə) maddəsilə, Ramil Abbaslı isə həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham ediliblər.

Onların barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Ülkər özünü qəribə aparırdı"

Təqsirləndirilən şəxs qismində dindirilən Hüseyn Rüstəmov ittiham olunduğu cinayət əməlinin törədilməsində özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, iyulun 5-də, saat 08 ərəfəsində tanışları Fərid İlyasov, Ramil Abbaslı, Fuad İsmayılov və Nurlan Hacıbalazadə Xaçmaz rayonunun Nabran kəndinin yaxınlığında yerləşən "Dostluq Turist bazasın"da istrahətə gəliblər: "Həmin gün saat 23 radələrində Nurlan Ülkər adlı tanış qıza zəng vuraraq onu çağırdı. Ülkər dedi ki, 50 manat özünə, 20 manat da taksiyə pul ödənilməsi şərti ilə gəlməyə razıdır. Nurlan da onunla razılaşdı. Saat 23 radələrində Ülkər "Vaz-21011" markalı taksi avtomaşını ilə gəldi və Nurlan Ülkəri qarşılayaraq adını sonradan bildiyim mərhum Famil Məmmədova 20 manat verdi və onu yola saldı. Təxminən bir saat ərzində birlikdə çay içib, söhbət etdik. Həmin vaxt masanın üzərində meyvə şirəsi, çay ilə içməyə şokolad olub, başqa spirtli içki və yemək olmayıb. Söhbət əsnasında gördük ki, Ülkər özünü birtəhər, qəribə aparırdı".

"Başa düşdü ki, onunla cinsi əlaqədə olmayacağıq"

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir az sonra Ülkər onlardan özü üçün pivə almalarını istəyib: "Biz də buna razılaşmadıq. Ülkər başa düşmüşdü ki, biz onunla cinsi əlaqədə olmayacağıq. Ona görə də gəldiyi taksi avtomobilinə onu aparması üçün zəng vurdu. Ülkər orada səs-küy salaraq pulunu tələb etdiyi və polisə şikayət edəcəyini dediyi üçün Nurlan ona 50 manat verdi. Təxminən yarım saat sonra, gecə saat 01 radələrində mərhum Famil Məmmədov maşını ilə gəldi. Ülkər avtomaşına əyləşdikdən sonra Famil Nurlana dedi ki, onun 15 manat yol pulunu da versin. Biz öz aramızda pul toplayaraq 15 manatı Nurlana verdik. Nurlan heç bir mübahisə etmədən 15 manat məbləğində pulu həmin Famil adlı taksi sürücüsünə verdi və onlar getdilər".

"Pulu geri qaytarmasını tələb etdik"

Hüseyn Rüstəmov bildirib ki, iyulun 6-da Nurlan taksi ilə Nərəcan kəndinə gedib: "Nurlan getdikdən sonra biz mərhum Famil Məmmədovun əlavə olaraq ikinci dəfə 15 manat almasını özümüzə sığışdıra bilmədik. Bunun üçün qərara aldıq ki, Famili görüşə çağırıb, onunla bu məsələni aydınlaşdıraq. Həmin gün saat 20 radələrində Fərid, Fuad, Ramil və Nurlan "Dostluq" Turist bazasının yaxınlığında "Sınıq körpü" kimi tanınan yerin yanında olan çayxanada yenidən Familin nə üçün bizdən əlavə pul aldığını müzakirə etdik. Həmin vaxt uşaqlardan biri Familin nömrəsinə zəng edərək, onu əyləşdiyinmiz çayxanaya dəvət etdi. O, da gələcəyinə söz verdi. Təxminən 30 dəqiqə sonra Famil ora gəldi. Familin gəldiyini görəndən sonra Ramil, Fərid, Fuad və Nurlan onun maşınını saxladığı yerə tərəf getdik. Bizi görəndə Famil onu nə üçün çağırdığımızı soruşdu. Hamımız Familə bizdən əlavə pul almasının düzgün olmadığını dedik. Və həmin 15 manatı qaytarmasını tələb etdik. O, isə cavabında "yaxşı edib almışam, sizə heç bir pul verməyəcəm", deyə bildirdi".

"And içdi ki, heç nə olmayacaq"

Hüseyn Rüstəmov qeyd edib ki, bundan sonra onlar mübahisə etməyə başlayıb, mübahisə zamanı həmin yerin yaxınlığındakı çayxananı işlədən adlarını bilmədiyi 3-4 nəfər onlara yaxınlaşaraq mübahisə etməmələrini deyərək, oradan getmələrini tələb ediblər: "Mübahisə böyüməsin deyə mən və dostlarım oradan qaldığımız kotecə qayıtdıq. Təxminən 2-3 saat sonra mərhum Famil Məmmədov idarə etdiyi avtomobillə, onun ardınca biri "Daewoo Centra", digəri isə markası və nömrəsini görmədiyim avtomobillə sürətlə bizim qaldığımız kotecin yanına gəldilər. Mərhum Famil Məmmədov əlində dəmir "montirovka" ilə maşından düşərək yanımıza gəldi, kobud və əsəbi şəkildə "gəlin gedək söhbət edək", dedi. Famil birinci Ramillə danışmaq istəsə də, mən irəli keçərək özümün Famillə təklikdə söhbət etmək istədiyimi dedim. Famillə oraya gəlmiş dostları onun əlindən "montirovka"nı aldılar ki, Famil ondan istifadə etməsin və xoşluqla söhbət etsin. Famil də əlindəki "montirovka"nı maşınına qoyduqdan sonra and içdi ki, heç nə olmayacaq, ancaq söhbət edəcək".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bundan sonra o və Famil kotecin qabağındakı yerdən təxminən 30-40 metr aralı gedib və orada söhbət etməyə başlayıblar: "Söhbət zamanı Famil mənə "siz idiz alə məndən pul istəyən, siz məndən pul ala bilərsiz?! bu qədər adamı yığıb mənim üstümə niyə gəlirdiz?!". Mən isə "sən səhv eləyib bizdən pul almısan, sən bizdən ikinci dəfə əlavə pul almamalıydın", - deyə bildirdim. Bu sözləri dedikdən sonra Famil mənim sol qarın nahiyəmə və sol sifət nahiyəmə iki dəfə yumruq zərbəsi endirdi. Sol sifət nahiyəmə dəyən zərbədən sonra başım silkələndi. Məndən fiziki cəhətdən güclü olan Famil Məmmədovun yenidən məni vurmasını gözləmədən özümü müdafiə etmək məqsədilə belimdə saxladığım bıçağı çıxardım. Bıçağı Famil Məmmədov istiqamətdə yellətməyə başladım ki, məndən aralansın və daha zərbə endirməsin. Famil əlimdə bıçaq gördükdən sonra üzü uşaqların yığışdığı, yəni bizim qaldığımız kotecə tərəf qaçmağa başladı. Ramil Abbaslıya tərəf qaçdı, Ramilin yanından keçəndən sonra yıxıldı. Ramilin bıçaqla Familə zərbə endirməsini isə dəqiq bilməmişəm. Törətdiyim əməldən peşmanam".

Eyni məzmunlu ifadə verən digər təqsirləndirilən Ramil Abbaslı da törətdiyi əməldən peşman olduğunu bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Fuad Məmmədov bildirib ki, kütləvi dava nəticəsində qardaşını bıçaqlayaraq öldürüblər. O, cinayəti törədənlərə ən ağır cəzanın verilməsini istəyib.

Hökm, cəza və şikayətlər

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Rüstəmov 17 il, Ramil Abbaslı isə 1 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Hüseyn Rüstəmov apelyasiya şikayəti verərək, barəsində təyin olunan cəzanın yüngülləşdirilməsini istəyib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsini həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Həmçinin prokuror da apelyasiya protesti verərək, Ramil Abbaslının barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham elan edilməsini, həmin maddənin sanksiyası çərçivəsində ona cəza verilməsini tələb edib.

Hər iki şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub. Qərara görə, Hüseyn Rüstəmovun apelyasiya şikayəti təmin edilib.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi həmin məcəllənin 120.1-ci maddəsinə tövsif olunub. Hüseyn Rüstəmovun cəzası 12 ilə qədər endirilib.

Prokurorun protesti təmin olunmayıb./Publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çay evində qətl törədənlər tutuldu

    Çay evində qətl törədənlər tutuldu ...

    20-02-2015, 12:37

  • 
  • Kafedə cinayət törədən məhkəmə qarşısında

    Kafedə cinayət törədən məhkəmə qarşısında ...

    29-03-2015, 12:55

  • 
  • Xaçmazda narkoman saxlanıldı

    Xaçmazda narkoman saxlanıldı ...

    8-04-2017, 12:43

  • 
  • Xaçmazda ailə faciəsi: Bir yaşlı uşaq öldü

    Xaçmazda ailə faciəsi: Bir yaşlı uşaq öldü ...

    28-07-2017, 14:53

  • 
  • Bakıda taksi sürücüsünü soydular

    Bakıda taksi sürücüsünü soydular ...

    16-09-2015, 12:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu