GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda evli qadından rəis müavini və həkimə qarşı ŞOK HƏRƏKƏT: cinsi əlaqəyə girdi və... - İNANILMAZDIR

Bakıda evli qadından rəis müavini və həkimə qarşı ŞOK HƏRƏKƏT: cinsi əlaqəyə girdi və... - İNANILMAZDIR

Tarix: 27-10-2017, 18:21 Bölmə :Kirminal Baxış: 400
Bakıda evli qadından rəis müavini və həkimə qarşı ŞOK HƏRƏKƏT: cinsi əlaqəyə girdi və... - İNANILMAZDIR


İsmayıllı rayon polis şöbəsinin rəis müavini Pərviz İsmayılov və “Evromed” Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqovu şantaj etməkdə təqsirli bilinən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə araşdırılır.
İttihama görə, Vəfa Dadaşova 2013-cü ilin iyunda Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Evromed” Tibb mərkəzində həkim kardioloq işləyən Tofiq Sadıqov tərəfindən tibbi müayinə olunarkən guya ona qarşı seksual xarakterli nalayiq hərəkətlər edilməsinə dair həqiqətə uyğun olmayan rüsvayedici məlumatları Səhiyyə Nazirliyində, sosial şəbəkələrdə, mətbuatda, Tofiq Sadıqovun iş kollektivində və yaxın qohumları arasında yayaycağı ilə hədələyib. O, həmin ilin noyabrın sonlarında Tofiq Sadıqovdan 1000 manat tələb edib. Bu əməliyyatdan bir müddət sonra Vəfa Dadaşova Tofiq Sadıqovdan eyni tələblə təkrar 1000 manat ala bilib.
Bundan başqa, Vəfa Dadaşova tanışı Pərviz İsmayılovun (Pərviz İsmayılov İsmayıllı rayon polis şöbəsinin rəis müavinidir – red.) dostu Pərviz Hüseynov ilə birlikdə 2010-cu ilin aprel-may aylarında Binəqədi rayonunda yerləşən “Oğuzxan” şadlıq sarayının arxasındakı çay evində olub. Bu zaman Pərviz İsmayılov guya ona sulu qəlyan çəkdirib və narkotik vasitənin təsirindən huşsuz hala gətirib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, Pərviz İsmayılovu bu məlumatlarla iş kollektivi arasında rusvayedəcəyi ilə hədələyib, ondan 2000 ABŞ dolları tələb edib, “Oazis” restoranının qarşısında Pərviz İsmayılovdan tələb etdiyi pulu ala bilib.
Daha sonra Vəfa Dadaşova Pərviz İsmayılovdan iki dəfəyə 3500 ABŞ dolları pulu 14 mart 2017-ci il tarixdə Yasamal rayonu, Azərbaycan prospekti 30 ünvanında yerləşən Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında alıb. O, həmin pulu alandan sonra Pərviz İsmayılovu yenə də şantaj edib və ondan 2000 ABŞ dolları, martın sonlarında isə 1500 ABŞ dolları alıb.
Bundan başqa, Vəfa Dadaşova Pərviz İsmayılovun onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını iş kollektivində və yaxın qohumları arasında yaymaqla hədələyib, ondan 50000 manat tələb edib. Pərviz İsmayılovun bununla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında 1 may 2017-ci il tarixdə əməliyyat keçirilib. Əməliyyat-axtarış tədbiri zamanı Vəfa Dadaşova Nərimanov rayonu, Təbriz küçəsində yerləşən istirahət parkındakı adsız kafedə Pərviz İsmayılovdan 6000 ABŞ dollar pul alarkən yaxalanıb.
Vəfa Dadaşova Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilir.
Təqsirləndirilən şəxs qismində dindirilən Vəfa Dadaşova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2008-ci ildən Pərviz İsmayılovu tanıyır, onunla aralarında dostluq münasibəti olub: “Pərviz məni tanıdığı müddətdən cinsi əlaqədə olmağı təklif etsə də, bununla razılaşmamışam. Çünki, həyatımda başqa şəxs olub. Buna görə də Pərvizin cavabını həmişə rədd etmişəm. Həmin vaxtı Pərvizin rayonların birində polis əməkdaşı işləməsi barədə məlumatım olub. Pərviz işlədiyi rayondan Bakı şəhərinə gələndə hər dəfə onunla zəngləşərək görüşərək, bir yerdə çay içib, çörək yemişik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2010-cu ilin təxminən aprel-may aylarında Pərviz ona zəng edib, işi ilə bağlı Bakı şəhərində kiçik yığıncaq təşkil etməsini və onu da həmin məclisə gəlməsini xahiş edib: “Pərvizin xahişini nəzərə alaraq təşkil etdiyi məclisə qatıldım. Həmin məclisə gələndə burada Pərvizin həmkarlarının olmasını gördüm. Axşam təxminən saat 20-21 radələrində həmin məclisdən birlikdə çıxdıq. Hamı gedəndən sonra Pərvizlə və onun məclisində tanıdığım adı da Pərviz olan şəxslə birlikdə qaldıq. Pərviz məni məclisdən sonra yaşadığım evə gətirməli idi. Lakin yolda gedərkən Pərviz fikrini dəyişdi və birlikdə çay içməyə getməyimiz istədi. Nə qədər təkid etsəm də, Pərviz buna razı olmadı. Onlar birlikdə çay evinə gəldik. Orada Pərviz əlində qəlyan gəldi, təkid edərək qəlyandan çəkdim. Həmin qəlyanı çəkdikdən sonra halsızlaşdım. Elə bil həmin vaxt qəlyanın içərisinə nə isə bihuşedici atmışdılar. Özümə gələndə gördüm ki, Pərviz ağzımdan tutaraq harasa aparır. Lakin məni hara apardığını bilmədim. Sanki hissiyatım ölmüşdü. Pərviz məni bilmədiyim yerə gətirdi. Həmin otaqda Pərviz İsmayılov dostu adını Pərviz kimi bildiyim şəxslə mənə təcavüz edərək, olmazın işgəncələr verməyə başladılar. Həmin vaxt hissiyatım özümdə olmasa da, baş verənləri anlamışam. Onlar mənə qarşı nalayiq hərəkətlər edərək, həmin vaxtı qeyri-təbii yolla mənimlə cinsi əlaqədə olublar”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Pərviz İsmayılov və dostu onunla cinsi əlaqədə olan zaman ölümlə üzləşib: “Məni soyuq duşun altında saxlayıblar ki, özümə gəlim. Daha sonra onlar məni halsız vəziyyətdə yaşadığım evin həyətində düşürüblər”.
Vəfa Dadaşova qeyd edib ki, yolda Pərviz İsmayılov onu hədləyib və bildirib ki, bu barədə kiməsə məlumat versə, onun başına oyun açacaq və qızını öldürəcək: “Həmin günün səhəri Pərviz mənə zəng vuraraq həkimə getmək üçün pul təklif etdi, elə həmin günü mənə 300 manat göndərdi. Pərviz həmin gündən sonra telefonunu söndürərək yoxa çıxdı. Pərvizin anket məlumatları mənə məlum olmadığı üçün onu sonradan tapa bilməmişəm”.
Vəfa Dadaşova bildirib ki, 2016-cı ilin sonunda Pərvizin iş yerini öyrənib və onunla danışıb: “Ona bildirdim ki, 2010-cu ildə tanışı olan polis işçisi ilə birlikdə mənə təcavüz edərək zorlayıblar. Həmin vaxt sağlamlığıma ziyan yetirilib. Pərvizə bildirdim ki, onu məhkəməyə verib və cəzalanmasını tələb edəcəm. Pərviz isə yalvardı ki, bir işdir olub, nə ziyan dəyibsə, onu ödəməyə hazırdır. Etdiyi hərəkətlərə görə bağışlaya bilməyəcəyini bildirsəm də, Pərviz yalvararaq bu günə qədər öz iş karyerasında çalışıb və bu gün sabah yüksək postlara təyin olunacağını, ondan şikayət edərsəm, onu işdən azad edə biləcəklərini söylədi. Həmin vaxt çox qərarlı oldum ki, Pərvizdən şikayət edim. Lakin, Pərviz yenə yalvardı və bildirdi ki, ondan şikayət etdiyim halda hər ikimizə pis olacaq, məni öldürüb, həbsdə yatacaq. Həmin vaxtı Pərvizə bildirdim ki, mənə elə xəsarət yetirib, bunu heç nə ilə ödüyə bilməz, eyni zamanda qadın ləyaqətimi tapdalayıb. Pərviz həmin vaxt dedi ki, nə qədər lazımdırsa, pul verəcək. Pərviz özü ziyanın ödənilməsi üçün 50000 manat pul təklif etdi. 16 dekabr 2016-cı il tarixdə 2000 ABŞ dolları, bundan sonra 14 mart 2017-ci il tarixdə yenə 2000 ABŞ dolları və martın axırlarında tanışının vasitəsi ilə 1500 ABŞ dolları pul göndərdi”.
Vəfa Dadaşova qeyd edib ki, sonradan Pərviz onunla görüşüb və onun əməliyyatı üçün 6000 ABŞ dolları verəcəyini, sonradan yerdəqalan pulu 2017-ci ilin may ayının sonlarında verəcəyini bildirib: “Bu təklif Pərvzin özü tərəfindən sağlamlığıma yetirilən zərərin ödənilməsi üçün atılmış addım olub. Pərvizin təklifi ilə mayın 1-də Nərimanov rayonu ərazisində yerləşən parkda görüşdük. Pərviz oturduğumuz stolun üstünə 6000 ABŞ dolları qoydu və bildirdi ki, bu pul müalicə puludur. Həmin pulu çantama qoydum və sağollaşıb ayrılarkən polis əməkdaşları yaxınlaşdı, məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər. Həmin vaxt məlum oldu ki, Pərviz məndən polisə şikayət dib”.
Vəfa Dadaşova qeyd edib ki, 2012-ci ilin sonundan “Evromed” klinikasında işləyən həkim kardioloq Tofiq Sadıqovu tanıyır: “Tofiq Sadıqovun yanına qızım Nuranə ilə birlikdə getmişəm, özümü və qızımı müayinə etdirmişəm. Özüm tək olaraq çox vaxt Tofiq Sadıqovun yanına müayinə üçün getmişəm. 2013-cü ildən başlayaraq tibbi yardım almaq üçün müraciət etdiyim Tofiq Sadıqovun qəbulunda olarkən, məni müalicə etmək əvəzinə, mənə qarşı seksual xarakterli hərəkətlər edib. Ona hərəkətlərini yığışdırmasını bildirmişəm. Həmin vaxtdan sonra Tofiq Sadıqov hərəkətlərini yığışdırsa da, sonradan 2014-cü ilin ortalarından başlayaraq müayinədə olarkən, yenə də eyni əməllərini davam etdirib. Tofiq Sadıqovun hərəkətləri ilə bağlı 2014-cü ilin sentyabr-oktyabr aylarında Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Pərviz İsmayılov bildirib ki, 1994-cü ildən Daxili İşlər Orqanlarında, 2016-cı ilin mayından isə İsmayıllı rayon polis şöbəsinin rəis müavini vəzifəsində xidmət edir: “2008-ci ilin sonunda Göyçay rayon polis şöbəsində cinayət axtarışı bölməsinin rəisi vəzifəsində işləyərkən xidməti fəaliyyətimlə bağlı Vəfa Dadaşovanı tanımışam. Xidmət etdiyim polis şöbəsi üzrə axtarışda olan Vaqif Əliyevin Vəfa Dadaşova ilə qeyri-rəsmi olaraq yaşaması barədə məlumat almışıq. Axtarışda olan Vaqif Əliyevin yaxalanması üçün onun yaşadığı Vəfa Dadaşova ilə münasibət qurmuşuq, Vaqif Əliyevin gizləndiyi yeri müəyyənləşdirməyə çalışmışıq. Vəfa Dadaşovanın köməkliyi ilə Vaqif Əliyevi tutduq. Bundan sonra Vəfa Dadaşova ilə aramızda olan səmimi münasibət davam edib. Onunla bir neçə dəfə rayondan Bakı şəhərinə gələrkən bir yerdə çörək yemişik”.
Polis rəisinin müavini bildirib ki, 2010-cu ilin təxminən aprel-may aylarında dostları ilə birlikdə axşam saatlarında Yasamal rayonunda yerləşən kafelərin birində çörək yeyən zaman Vəfa Dadaşova onun telefon nömrəsinə zəng vurub, hal-əhval tutub, harada olması barədə xəbər alıb. Sonra Vəfa ora gəldi, bizimlə birlikdə yeyib-içdi. Vəfa spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdu. O, sərxoş olduğuna görə yaşadığı evin ünvanını öyrənə bilmədik. Vəfanın bir-iki saat ayılmasını gözlədik, ayıldıqdan sonra onu tanışım Pərvizlə özünün deməsinə görə kirayədə qaldığı 9-cu mikrorayonda evinin həyətinə düşürdük”.
Pərviz İsmayılov daha sonra ifadəsində Vəfa Dadaşovanı onu şantaj etməsindən, guya yeməyinə zəhər qatmasından, ona təcavüz etməsi barədə hədə-qorxular gəlməsindən danışıb. O, qeyd edib ki, bu səbəbdən Vəfaya bir neçə dəfəə pul verib.
Pərviz İsmayılovun sözlərinə görə, Vəfa şər, böhtan ataraq, onu ailəsində və iş kollektivində rüsvay edəcəyi ilə hədə-qorxu gəlib, ondan 50000 manat tələb edib: “Bununla bağlı İsmayıllı rayon polis şöbəsinin rəisinə məruzə etdim. Vəfa Dadaşovanın cinayət əməlinin ifşa olunması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət ünvanladım”.
Pərviz İsmayılov qeyd edb ki, Vəfa Dadaşova ilə aralarında heç bir zaman şəxsi yaxınlıq, sevgi-intim münasibəti olmayıb.
Proses oktyabrın 31-də davam edəcək./publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qardaşını öldürən məhkəmə qarşısında

    Qardaşını öldürən məhkəmə qarşısında ...

    22-04-2016, 00:50

  • 
  • Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser MƏHKƏMƏ QARŞISINDA

    Qadınları fahişəliyə cəlb edən tanınmış prodüser ...

    16-06-2015, 09:47

  • 
  • Oğurluq edən məhkəmə zalında həbs edildi

    Oğurluq edən məhkəmə zalında həbs edildi ...

    1-08-2017, 14:33

  • 
  • Tofiq Yaqublu məhkəməyə gələnləri ayağa qaldırdı

    Tofiq Yaqublu məhkəməyə gələnləri ayağa qaldırdı ...

    10-01-2014, 12:07

  • 
  • Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il cəza istədi

    Prokuror Tofiq Yaqubluya 7, İlqar Məmmədova 8 il ...

    24-02-2014, 13:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu