Daha əvvəl də narkotik istifadəsinə görə həbs edilən şəxs bu dəfə dostu ilə birlikdə oğurluğa görə cəza çəkməli olacaq. Onlardan biri aldığı cəzadan narazıdır.
Sumqayıt Apellyasiya Məhkəməsində 1987-ci il təvəllüdlü Osmanov Samir Qardaşbəy oğlu və Muxtarov Elxan Mubariz oğlunun apellyasiya şikayətinə baxılıb.
Onlar oğurluqda və quldurluqda təqsirləndiriliblər. Samir Osmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlqıdan məhrum edilib.
Cəzadan narazı qalan S.Osmanovun verdiyi apellyasiya şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılıb.
Məlum olub ki, S.Osmanov daha əvvəl Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2011-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci ( narkotik vasitədən istifadə) maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının bitməsinə bir neçə ay qalmış məhkəmənin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib. Yəni, məhkumluğu ödənilməyib.
Qeyd edək ki, S.Osmanov narkotik vasitə istifadəçisi olduğu üçün məhkəmə onun cəza çəkdiyi müddət ərzində narkomaniya xəstəliyindən tibbi xarakterli məcburi müalicə təyin edilməsi ilə bağlı da qərar qəbul etmişdi.
S.Osmanov sonuncu cinayət əməllərində özgənin əmlakını ələ keçirib. O, bu məqsədlə dostu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22 sentyabr 2015-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən Təranə Əliyevaya məxsus məişət avadanlıqları və qadın paltarı satışı mağazasına gələrək, oradan həmin mağazanın sahibinə məxsus dəyəri 3 manat 50 qəpik olan pul kisəsini götürüblər. Pul kisəsində nağd pul, 3 əddə telefon və boyunbağı olub.
Onlar bu əməlləri ilə T.Əliyevaya ümumilikdə 1573 manat zərər vurublar.
S.Osmanov təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Şamaxinka” ərazisində “Dobromed” tibb mərkəzi ilə üzbəüzdə yerləşən köşkdə satıcı işləyən tanışı Zaur Əliyevin pulunu alıb. S.Osmanov tanışına yaxınlaşaraq ona olan 5 manat borcunu qaytarmaq istədiyini deyib və 50 manatlıq əskinazı olduğunu bildirib. Zaur Əliyev qalıq üçün 45 manatı S.Osmanova uzadıb. Zaur Əliyevin əlindən 45 manatı alan S.Osmanov 50 manatı verməyərək hadisə yerindən uzaqlaşıb.
Bu epizod üzrə danışan S.Osmanov bildrib ki, həmin köşkdən bir neçə dəfə alış-veriş edib və satıcı ilə münasibəti yaranıb. O, etiraf edib ki, oğurladığı telefonları həmin köşkə elektrik enerjisi yığmaq üçün qoyub. 50 manatı aldıqdan sonra isə müştərilərin çox olmasından sitifadə edərək oradan uzaqlaşıb. S.Osmanov köşkdən uzaqlaşdıqdan bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlib. Onlar telefonların oğurluq olduğunu bildirərək köşkdən götürüblər.
S.Osmanov daha sonra Ramin Vəlixanova məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən “Mini market”dən oğurluq edib. Mağazadan siqaret və nağd pul götürməklə R.Vəlixanova 547 manat maddi ziyan vurub.
Məhkum S.Osmanov apellyasiya şikayətində bildirib ki, birinci instansiya məhkəməsi yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək bu əməldən səmimi peşmançılıq hissi keçirməsini nəzərə almayıb. O, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını, ailə şəraitini, xəstə olmasını, gənc olmasını və digər yüngülləşdirici halları nəzərə alaraq məhkəmədən barəsində daha yüngül cəza təyin etməsini xahiş edib.
Dövlət ittihamçısı isə vəsatətin təmin edilməməsini istəyib.
Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə etdikdən sonra qərar qəbul edib.
Tərəfləri dinləyən məhkəmə belə qənaətə gəlib ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, məhkəmənin mübahisələndirilən hökmü S.Osmanova aid hissədə ləğv edilməlidir.
Məhkəmə kollegiyası hesab edib ki, məhkəmənin mübahisələndirilən hökmü S.Osmanovun Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə ləğv edilməlidir.
İfadələrindən görünür ki, S.Osmanov Zaur Əliyevə qarşı soyğunçuluq cinayətini törətməyib.
Telefonları dükanda saxlamaqla zərərçəkmiş şəxsdə inam yaratmış və bundan istifadə edərək onu aldadaraq 50 manat pulunu aldatma yolu ilə əldə edərək dələduzluq edib.
S.Osmanovun üzərində hökmlə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə cəza təyin edilib. Onun cəzası 6 ildən 4 ilə edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?