GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda gəlinləri yoldan çıxaran, onların fotolarını çəkən kişiyə qarşı ŞOK ADDIM

Azərbaycanda gəlinləri yoldan çıxaran, onların fotolarını çəkən kişiyə qarşı ŞOK ADDIM

Tarix: 16-12-2017, 00:01 Bölmə :Kirminal Baxış: 368
Azərbaycanda gəlinləri yoldan çıxaran, onların fotolarını çəkən kişiyə qarşı ŞOK ADDIM


Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Lənkəran sakini, 1985-ci il təvəllüdlü Qədir Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qədir Şahbazov Lənkəran rayonunun Bürcəli kənd sakini Taleh Abbasovun digər qadınlarla yanaşı, onun bacılarının da mobil telefon vasitəsilə fotoşəkillərini çəkməsi, telefonda saxlaması barədə 2016-cı ilin dekabr ayının sonlarında həmkəndlisi Əliheydər Muradovdan məlumat alıb.

Qədir Şahbazov Taleh Abbasovla görüşərək, bu hərəkətlərinə görə ona iradını bildirib. Bunu inkar etməsinə baxmayaraq, o, Taleh Abbasovun səmimiyyətinə inanmayıb.

Qədir Şahbazov Taleh Abbasovdan qisas alaraq, onu öldürmək qərarına gəlib. O, bu məqsədlə meşədə gizlətdiyi tüfəngi götürərək 6 yanvar 2017-ci ildə, saat 20 radələrində Taleh Abbasovun gözətçi işlədiyi Lənkəran rayon Hirkan Milli Parkının ərazisində yerləşən gözətçi məntəqəsinə gəlib. Orada kənarda gizlənərək Taleh Abbasovun güdməyə başlayıb.

Bu zaman Qədir Şahbazov orada olan şəxslərin söhbətini eşidib və Taleh Abbasovun idarə etdiyi motosikletlə yaşadığı evə tək gedəcəyini bilib. O, sonra cinayət əməlini həyata keçirmək üçün parkın ərazisindən keçən Lənkəran rayon Daşdatük avtomobil yolunun kənarına gəlib və oradakı kolluq ərazidə özü üçün mövqe tutaraq gizlənib.

Bir qədər sonra Taleh Abbasov motosikletlə Qədir Şahbazovun gizləndiyi yerin qarşısından keçərkən, o, yola çıxıb və əlindəki tüfəngdən açdığı atəşlə Taleh Abbasovu vurub.

"İki bacımın şəkillərini çəkdiyini eşitmişəm”

Taleh Abbasov yaralandıqdan dərhal sonra - saat 20:34-də istifadəsindəki mobil telefonla zəng edərək, həmin vaxt eyni yolda hərəkətdə olan iş yoldaşı Abduləli Seyfullayev və qardaşı Azad Abbasovu hadisə yerinə çağırıb. Hər iki şəxsin köməkliyi ilə Taleh Abbasov vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı Qədir Şahbazovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Qədir Şahbazov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O göstərib ki, fərdi əməklə məşğul olmaqla, himayəsində həyat yoldaşı və 3 azyaşlı uşaqları ilə birgə Daşdatük kəndində yaşayıb: "Bürcəli kəndində yaşayan və Hirkan Milli Parkında mühafizəçi işləyən Taleh Abbasovu 2012-ci ildən tanıyıram. Onunla düşmənçiliyim və ya ədavəti olmayıb. Lakin Taleh Abbasovun əxlaqsız adam olmasını, yəni kənddə yaşayan bir neçə gəlini yoldan çıxararaq, onlarla yaxınlıq etdiyini, mobil telefonla onların şəklini çəkərək telefonunda saxladığını, onun hərəkətlərinin bir neçə ailənin dağılmasına səbəb olduğunu bilmişəm. Onun iki bacımın şəkillərini çəkdiyini də eşitmişəm. Onunla görüşüb, bu əxlaqsız hərəkətlərinə son qoymasını tələb etsəm də, ancaq o, öz pozğun hərəkətlərini davam etdirib”.

"Kolların arxasında gizləndim”

Qədir Şahbazov bildirib ki, Taleh Abbasovun əxlaqsız hərəkətlərinin qarşısını almaq məqsədilə onu cəzalandırmaq istəyiib: "2016-cı ilin oktyabr ayında ov etmək üçün qayınatam Sərhad Feyziyevdən alaraq meşədə gizlətdiyim ov tüfəngini götürdüm. Yanvarın 5-də saat 20-də Talehin işlədiyi Hirkan Milli Parkında Daşdatük yolunun üstündəki gözətçi məntəqəsinə gəldim. Orada onun evə getməsini gözlədim. Həmin günü Talehin yanında kənar şəxslər olduğundan geri qayıtdım. Talehi cəzalandırmaq niyyəti ilə səhəri gün, mobil telefonumu evdə qoyaraq yenidən saat 20-də gözətçi məntəqəsinə gəldim. Həmin tüfənglə beş ədəd patronu gizlətdiyim yerdən götürdüm və parkın gözətçi məntəqəsinə tərəf yollandım. Heç kim görməsin deyə məntəqənin arxa tərəfindəki kolların arxasında gizləndim”.

"Arxadan atəş açdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt məntəqədə Taleh, qardaşı Azad, iş yoldaşı Abduləli və digər şəxslər olub: "Gizləndiyim yerdən onların söhbətlərinə qulaq asmışam. Azadın Abduləlinin maşınında, Talehin isə tək gedəcəyini eşitdim. Talehi vurmaq üçün uyğun şərait olduğuna görə gözətçi məntəqəsindən uzaqlaşdım və Daşdatük yolunun kənarındakı kolluq yerə gəldim. Orada gizlənərək Talehin gəlməsini gözlədim. Talehin motosikletlə tək gəldiyini, olduğum yerin qabağından keçdiyini gördüm. Əvvəldən lüləsinə patron qoyduğum tüfəngi hazır vəziyyətdə saxladım və arxadan təxminən 30-40 metr aralıdan bir dəfə atəş açdım. Atəş açılandan sonra Talehə dəydi və o, xəsarət aldı. Taleh motosikleti saxlayaraq düşərək yerdə uzanıqlı vəziyyətdə qaldı. Uzaq və gecə olduğuna görə tam hansı vəziyyətdə olmasını görə bilməmişəm”.

"Tüfəngi meşədə gizlətdim”

Qədir Şahbazovun sözlərinə görə, Talehin əlindəki telefonun ekranının işığının yandığını görüb və onun kiməsə zəng etdiyini başa düşüb: "Talehin kiminləsə qısaca danışaraq vurulduğunu və köməyə gəlməsini dediyini eşitdim. Az sonra Xanbulan kəndi tərəfdən biz olduğumuz yerə tərəf maşın gəldi. Maşından Abduləli və Azad düşdü. Onlar Talehi maşına mindirərək apardılar. Mən isə tüfəngi dörd patronu ilə birgə meşədə sellofana bükərək kolluqda gizlətdim. Tüfəngdən atdığım patron gilizini isə Daşdatük kənd orta məktəbinin həyətindəki ayaqyoluna ataraq evimizə getdim”.

"Ailəmin şərəf və ləyaqətini qorumaq məqsədilə...”

Qədir Şahbazov qeyd edib ki, fevralın 18-də atası ilə birlikdə Lənkəran şəhər-rayon polis şöbəsinə gələrək Taleh Abbasovu ov tüfəngi ilə vurmasını bildirib və cinayət törədərkən istifadə etdiyi 20 kalibrli, qoşalüləli ov tüfəngini şöbəyə təqdim edib: "Taleh Abbasova atəş açarkən niyyətim onu öldürmək deyil, ona xəsarət yetirmək, onu cəzalandırmaq olub. Hazırda himayəmdə onkoloji xəstə olan arvadım və 3 azyaşlı uşağım var. Cinayəti ailəmin şərəf və ləyaqətini qorumaq məqsədilə törətmişəm. Bu, ilk məhkumluğumdur. Törətdiyim cinayəti etiraf etmişəm. Bütün bunların nəzərə alınmasını, mənə yüngül cəza verilməsini xahiş edirəm”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Taleh Abbasov bildirib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Bürcəli kəndində yaşayır: "2002-ci ildən 2014-cü ilə kimi Hirkan Milli parkında mühafizə yegeri işləmişəm. 2014-cü ildə isə ağac kəsmə faktlarına görə işdən azad olunmuşam. 2015-ci ilin qış ayında isə yenidən həmin parka işə qəbul olunmuşam, gözətçi kimi parkın Daşdatük yolunun üstündəki gözətçi məntəqəsində yerləşmişəm”.

"Arxaya boylanaraq hay-küy etdim”

Taleh Abbasovun sözlərinə görə, yanvarın 6-da, saat 19.30-da iş yoldaşı Abduləli Seyfullayevə zəng edib və qardaşı Azadla gözətçi məntəqəsinə getdiyini deyib: "Abduləlinin də yoxlamaq üçün məntəqəyə gəlməsini xahiş etdim. Bir neçə dəqiqədən sonra Abduləli də öz maşını ilə məntəqəyə gəldi. Təxminən saat 20.30-da biz evə getmək üçün Abduləli öz maşını ilə qabaqda çıxdı. Azad da Abduləlinin maşınına oturmuşdu. Mən isə arxadan motosikletə minərək məntəqədən çıxdım. Məntəqədən təxminən 200 metr aralandıqda başıma taxan fənəri unutduğu üçün Abduləliyə motosikletin işığı ilə işarə verdim və onu saxladaraq Azaddan fənəri götürüb-götürmədiyini soruşdum. Azad fənəri götürməyi unutduğunu dedi. Məntəqəyə qayıdaraq fənəri götürdüm. Yenidən evə yola düşdüm. Abduləli məndən xeyli aralanmışdı. Motosikletim nasaz olduğundan onu çox yavaş sürətlə idarə edərək Daşdatük yoluna çatarkən fit səsi eşitdiyim üçün yolun kənarında saxladım. Arxaya boylanaraq hay-küy etdim. Lakin heç bir səs olmadı”.

"Kürəyimi balaca təpəyə söykədim”

Taleh Abbasov qeyd edib ki, yenidən motosikletə minərkən arxa tərəfdən güllə açılıb: "Bu zaman kürəyimdə nə isə istilik hiss etdim. Kiminsə məni güllə ilə vurduğunu başa düşdüm. Tez yanımdakı təpəyə tərəf qaçdım. Sonra Abduləliyə zəng edərək onu köməyə çağırdım. Özüm isə motosikletin yanında kürəyimi balaca təpəyə söykədim, yerdə oturdum. Təxminən 3-5 dəqiqə sonra Abduləli Azadla birlikdə öz maşını ilə yanıma gəldilər. Məni maşınına mindirərək Bürcəli kəndində Bilal həkimin evinə, oradan isə xəstəxanaya apardılar. Yolda huşumu itirmişəm. Bir neçə saatdan sonra xəstəxanada ayılmışam. Tüfəngdən atəş açan şəxsi görməmişəm. Həmin şəxsin konkret kim olmasını bilməmişəm”.

"Bacısı ilə sevişmişik”

Taleh Abbasovun ifadəsinə görə, fevralın 18-də onu tüfənglə vuran şəxs Daşdatük kənd sakini Qədir Şahbazov olduğunu eşidib: "Qədir könüllü olaraq polis şöbəsinə gedərək özünü təqdim edib. Hadisəni törədərkən istifadə etdiyi tüfəngi şöbəyə təhvil verib. Qədirlə normal münasibəti olmuşam. Onunla ədavətim olmayıb. Qədirin bacısını subaylıqdan tanımışam. Onunla bir-birimizi sevib, istəmişik. Lakin ailə qurmamışıq. Baş vermiş hadisədən əvvəl də, sonra da onun bacısı ilə telefon əlaqəmiz olub. Onunla dostluq etmişəm. Lakin aramızda yaxınlıq olmayıb. Mənim telefonumda Qədirin bacısını şəkli olmayıb. Qədirə qarşı heç bir şikayətim yoxdur”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qədir Şahbazov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Qədir Şahbazov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən saölamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib.

Qədir Şahbazovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Etibar Camalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Qədir Şahbazovun apelyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb./Publika.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror Taleh Xasməmmədova 4 il iş istədi

    Prokuror Taleh Xasməmmədova 4 il iş istədi ...

    22-07-2015, 13:33

  • 
  • Taleh Bağırov məhkəmədə xütbə dedi

    Taleh Bağırov məhkəmədə xütbə dedi ...

    5-07-2013, 18:01

  • 
  • Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya

    Taleh Qaraşovdan 1 milyon manatlıq şok korrupsiya ...

    8-01-2013, 10:18

  • 
  • Taleh Bağırovun müavini də həbs olundu

    Taleh Bağırovun müavini də həbs olundu ...

    4-12-2015, 18:22

  • 
  • “Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev narkotiklə tutuldu

    “Şakro”nun klanından olan “vor” Taleh Dağlıyev ...

    28-09-2016, 22:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu