Hadisə rayonun Aşağı Zeynəddin nümayəndəliyinin Tatlar kəndində baş verib.
65 yaşlı Muğumov Dursun Əşrəf oğlu öz yaxın qohumunu dəhrə aləti ilə vuraraq qətlə yetirib.
Ağdaş rayonu Aşağı Zeynəddin kəndinin icra nümayəndəliyinin əməkdaşı Nüsrət Əliyevin verdiyi açıqlamaya əsasən, 1966-ci il təvəllüdlü ƏIiyev Baxşalı Məhərrəm oğlu öz qohumunun otlaq yerinə mal-heyvan buraxıb. Mübahisə də elə bu zəmində yaranıb. Ancaq yaşlı olan D.Muğumov səbirsizlik edərək dəhrə ilə kürəkəninin qardaşını qətlə yetirib. Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Muğumov Dursun Əşrəf oğlu isə şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?