Ötən gün günorta saatlarında Yasamal rayonu, Mətbuat prospektində bədbəxt hadisə baş verib.
Binalardan birinin fasadında təmir işləri aparan Qobustan rayon, Yekəxana kənd sakini, 1987-cu il təvəllüdlü Şamxal Vidadi oğlu Bələdov 4-cü mərtəbədən yıxılaraq ölüb. Hadisə günorta saatlarında baş verib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı 31 yaşlı gəncin ağır kəllə beyin-travmasından dünyasını dəyişdiyi məlum olub. Meyit mərhumun valideyinlərinə təhvil verilib. Məlum olub ki, Ş.Bələdov nişanlı olub, yaz fəslində toyu olmalı imiş.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./ölkə.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?