“Zaminbank”ın mənimsəməyə görə həbs edilən filial müdiri hakim qarşısına çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun məhkəməsi keçirilib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Bayramov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Prosesdə qərar elan edilib.
Qərara əsasən, M.Bayramovun apellyasiya şikayəti təmin edilməyib, birinci istansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Müşfiq Bayramov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
M.Bayramovdan başqa 6 nəfər - Mübariz Gözəlovun, Vasif Həsənovun, Nalə İsgəndərovanın, Mehriban İsmayılovanın, Nuranə Kərimlinin barəsində isə həbs-qətimkan tədbiri seçilməyib. Onlar şərti cəza alıblar.
M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda - 1 milyon 800 manat pulu mənimsəməkdə təqsirli bilinir. Daha sonra 41 min 300 manat ödənilib.
O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Sorğu
Yeni dizaynımız necədir?