Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
gundemxeber.az Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məmmədov Vaqif İsmayıl oğluna qonşusu Mingəçevir şəhər sakini Əlimirzəyev Bəhanət Qurban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman qəndin içərisində xüsusi üsulla gizlədilmiş 0,078 qram narkotik - metadon aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?