Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinin sədr müavini Musa Tukanovun məhkəmə prosesi başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M. Tukanov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Musa Tukanov vətəndaşların müraciətləri əsasında təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirli bilinir. Musa Tukanov dövlət qeydiyyatı olmayan Azərbaycan Vahid Kommunist Partiyasının 1990-cı illərin ortalarında parçalanmış bir qanadının rəhbəri kimi tanınıb. Son illərdə Vahid Kommunist Partiyasının aktiv fəaliyyəti ilə bağlı hər hansı məlumat yoxdur./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?