GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs özünü "qismən" təqsirli bildi

Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs özünü "qismən" təqsirli bildi

Tarix: 16-05-2023, 21:52 Bölmə :Kirminal Baxış: 274


Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun məhkəmə iclası davam etdirilib.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, T.Rüstəmovun anası Sevinc Xəlilova zərərçəkmiş şəxsin hüquqi varisi kimi, atası Zəka Rüstəmov isə şahid qismində tanınıb.

Daha sonra prokuror Rauf Malışov iş üzrə ittiham aktını elan edib.

R.Səfixanov elan edilmiş ittiham üzrə özünü qismən, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirli bilib.

O deyib ki, hadisə məhz söyüş üstündə baş verib:

“Turnirə komandamızla birlikdə getmişdik. Yarışa baxmaq üçün özümə yer axtarırdım. Bir də gördüm ki, Turan ayağını oturmaq istədiyim oturacağın üstünə qoyub. Ona nəzakətlə ayağını götürməyini dedim. Turan isə əvəzində məni təhqir etdi. Buna görə onun sifətinə şillə vurdum. Daha sonra o, mənə təpik vurdu və beləcə əlbəyaxa olduq. Yarışdan qabaq isə az miqdarda spirtli içki qəbul etmişdim. Dava edən zaman bıçaq cibimdən yerə düşdü. Həmin bıçağı “1001 xırdavat” mağazasından almışdım. Eyni zamanda idman kompleksi ilə üzbəüz yerləşən mağazadan yarışdan gec çıxacağımızı nəzərə alaraq kolbasa, sərinləşdirici içkilər və çörək almışdım. Bıçağı da məhz kolbasa doğramaq üçün istifadə edəcəkdim.

Dava əsnasında Turan mənim valideynlərimi söydü. Bundan sonra bıçaqla onu vurdum. Hadisədən dərhal sonra polislərə özüm təslim oldum. Törətdiyim əməldən peşmanam”.

Daha sonra iş üzrə şahid qismində T.Rüstəmovun atası Zəka Rüstəmov dindirilib. Onun sözlərinə görə, hadisə baş verən zaman dostları ilə birgə yaşadığı Yevlax rayonunda olub:

“Çay içirdik və birdən Nail müəllim mənə zəng vurub dedi ki, Turanı bıçaqlayıblar, təcili Bakıya gəlim. Artıq yola rəvan olanda xəbər aldım ki, oğlum rəhmətə gedib. Turan keçmiş həyat yoldaşımla birgə yaşayırdı”.
Məhkəmədə zərərçəkmişin hüquqi varisi S.Xəlilova da ifadə verib. O qeyd edib ki, Turan hər zaman yaşıdlarından öz tərbiyəsi və təmkini ilə seçilib:

“Turanı kasıbçılıqla böyütmüşəm. Onun yaşamaq həvəsi olduqca böyük idi, doqquz yaşından idmanda böyük nailiyyətlər qazanmağa başlamışdı. Hadisə günü mənə zəng edib dedilər ki, Turan kiminləsə dalaşıb. Sonradan ölüm xəbərini eşitdim, qulaqlarıma inana bilmədim. Məhkəmədən Turanı öldürən şəxsə ən ağır cəzanın verilməsini istəyirəm”.

Prosesdə şahid qismində Turanın məşqçisi Əliağa Səfərov da dindirilib. O, hadisə zamanı kompleksin digər tərəfində olduğunu bildirib:

“Təxminən 14:30-da Turanın çəki dərəcəsindəki idmançılar mübarizəyə qoşuldular. O, birinci və ikinci görüşünü yüksək səviyyədə keçirərək qələbə qazanmışdı. Hadisədən əvvəl Turanı cinayətin baş verdiyi yerdə oturdaraq hakimlər komitəsinə tərəf getdim. Hakimlərdən onun növbəti rəqiblərinin kim olması ilə maraqlandım. Daha sonra dava düşdüyünü gördüm, yaxınlaşanda Turanı qan içində idi”.

Məhkəmənin növbəti iclası mayın 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib. Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adamöldürmə, xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham elan olunub./REPORT.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müğənni Könül Kərimovaya qarşı 32 min manatlıq dələduzluq edən qadın özünü qismən təqsirli bilib

    Müğənni Könül Kərimovaya qarşı 32 min manatlıq ...

    20-07-2018, 16:04

  • 
  • Qardaşdan bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL - Qəbristanlığa apardı və...

    Qardaşdan bacısına qarşı DƏHŞƏTLİ ƏMƏL - ...

    30-10-2017, 21:32

  • 
  • Bakıda dostunu bıçaqlayan şəxs: "Onun eynəyi ilə bağlı zarafat etdim, domino daşını üzümə çırpdı"

    Bakıda dostunu bıçaqlayan şəxs: "Onun eynəyi ...

    14-08-2017, 20:06

  • 
  • Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi

    Bacısını boğan qardaşın məhkəməsi qapalı keçirildi ...

    26-04-2017, 18:01

  • 
  • Prokuror qızının gözü önündə arvadını öldürən 62 yaşlı kişiyə cəza istəyib

    Prokuror qızının gözü önündə arvadını öldürən 62 ...

    12-10-2018, 12:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu