Bakıda gecə saatlarında ictimai asayişi pozan bir qrup şəxslərlə bağlı bəzi məlumatlar üzə çıxıb.
Həmin şəxslər cinsi azlıq nümayəndələridir. Hadisə Xətai rayonu, Həsən Salmani küçəsi 1a ünvanında baş verib. Belə ki, orada yaşayan kişi intim xidmət göstərilməsi üçün evinə xanımlar dəvət edib. Həmin şəxslər gəldikdə onların cinsi azlıq nümayəndələri olduğu müəyyənləşib və kişi buna görə pul ödəməkdən imtina edib. Nəticədə mübahisə baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Cinsi azlıq nümayəndələrindən biri dəyənəklə polis əməkdaşına zərbə endirib. Həmin şəxslər hazırda polis bölməsindədirlər və faktla bağlı araşdırma aparılır.
***
Bakıda bir qrup şəxs gecə saatlarında ictimai asayişi pozub. Bu barədə Baku.ws-in qaynar xəttinə məlumat daxil olub. Hadisə “Qara Qarayev” metro stansiyasının yaxınlığında yerləşən restoranlardan birinin qarşısında baş verib. Onlardan bir neçəsi söyüş söyərək qalmaqal yaradıb. Hətta biri dəyənəklə polis əməkdaşına zərbə endirib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək. Görüntüləri olduğu kimi təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?