Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Sahib İbadovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, 2022-ci il dekabrın 21-də saat 3 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1974-cü il təvəllüdlü Sahib İbadovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Sahib İbadov ifadəsində deyib ki, hadisədən bir həftə əvvəl arvadı Tünzalə ondan ayrılmaq istədiyini bildirib. O, bunun səbəbini arvadından soruşduqda qadın artıq onu istəmədiyini söyləyib. Sonradan Tünzalənin xəyanət etdiyini düşünüb və onu öldürmək qərarına gəlib./pravda.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?