GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Nicat Lənkəranski"ni öldürmək istəyən şəxslər - Məhkəmədə

"Nicat Lənkəranski"ni öldürmək istəyən şəxslər - Məhkəmədə

Tarix: 28-10-2023, 00:19 Bölmə :Kirminal Baxış: 496

Bakının Nəsimi rayonu ərazisində kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Ələkbərovu öldürməyə cəhd etməkdə, silahlı insident törətməkdə təqsirli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

GUNDEMXEBER.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədriyi ilə keçirilən prosesdə Şahmar İsmayılov ifadə verib.
O, heç kimi öldürmək istəmədiyini deyib. Şahmar İsmayılovun sözlərinə görə, zərərçəkmiş Nicat Ələkbərovun adını eşidibmiş: "Öldürmək istəsəydim, şans vardı. Məni də tanımırlar. Üzümə baxanda ona atəş açdım. Qohumum Elnur Qasımovun ölümündə Nicat Ələkbərovun əli var. Onu qorxutmaq istədim ki, qohumlarımdan, yaxınlarımdan əl çəksin. Qohumum Elnur Qasımovu Nicat Ələkbərov özü öldürməyib. Onun yerini bildirib, bu işdə iştirakı olub. İstəyirdim ki, yaxınlarımdan əl çəksin".
Təqsirləndirlilən şəxs deyib ki, hadisədən əvvəl Naxçıvanda olub və Bakıya gələndə Vüqar Quliyev onun qarşılayıb: "Oteldə özümə yer tutdum, orada qaldım. Fransada türmədə olan Emin Qasımovla danışdım. Bilirəm ki, orada türmədə cəza çəkir. Mənə zəng vurdu. Ona dedim ki, mənə maşın lazımdır, tək hərəkət etmək istədim. Ramal adlı şəxsin nömrəsini mənə atdı. Onula danışdım. Ona dedim ki, atam xəstədir. Şəkilini də atdın ki, yıxılıb. Gecə Vüqarı götürdüm və Novxanıya getdim. Maşını Ramaldan götürdüm və otelə qayıtdım. Vüqar da mənimlə qaldı".
Təqsirləndirlilən şəxs bildirib ki, otelə yaxın idman zalı tapıb və orada idman etməyə başlayıb.
Təqsirləndirilən şəxs əlavə edib ki, hadisə martın 10-da baş verib: "Hadisə yerinə Vüqarla gəlmişəm. Onun hadisədən xəbəri yox idi. Ona demişdim ki, pul almağa gəlmişəm. Silahdan atəş açanda qədər Vüqarın heç nədən xəbəri olmayıb. Vüqarı özündən kənarlaşdırmaq istədim. Nicat çıxanda atəş açdım. O da hadisə yerindən qaçdı. Silah avtomobil də qaldı".
Şahmar İsmayılovun sözlərinə görə, hadisədən sonra bilet alıb Türkiyəyə getmək istəyiblər. Amma hava limanında həbs edilib.
Suallara cavab verən təqsirləndirilən şəxs deyib ki, Nicat Ələkbərovla şəxsi tanışlığı olmayıb və onu ancaq sosial şəbəkələrdən tanıyıb.
Digər təqsirləndirilən Vüqar Quliyev deyib ki, Şahmar İsmayılovla dost olublar. Digər təqsirləndirilən Ramal Məmmədov və zərərçəkmiş Nicat Ələkbərovu tanımayıb. Şahmar İsmayılov Bakıya gələndə qarşılayıb: "Ondan Bakıya gəlməsin səbəbini soruşdum. Dedi ki, obyekt götürəcək, işləyəcək. Mən onu maşınımda gəzdirmişəm. Sonradan Novxanıda maşın götürmək istədiyini dedi. Mən də razılaşdım. Bilikdə Novxanıya getdik, oradan maşın götürdük.

Hadisə günü Şahmar dedi ki, pul almağa gedəcəm. Xahiş etdi ki, birlikdə gedək. Dedi, cinayət törədən deyilsən ki, gəl birlikdə gedək. Atəş açanda hadisədən xəbər tutdum".

Təqsirləndirilən Ramal Məmmədov bildirib ki, təqsirləndirilən Şahmar İsmayılov və Vüqar Quliyevin tanımayıb. Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun dostu olub: "Mən silahı Şahmar İsmayılova verməmişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiqləmirəm".

Zərərçəkmiş Fəqan Rəhimli bildirib ki, ali hərbi məktəbin 5-ci kursunda təhsil alıb. Hadisə yerində olarkən güllə yarası alıb. Ayağından və bel nahiyələrindən güllə yarası alan zərərçəkmiş bildirib ki, səhhətində ciddi problemlər yaranıb: "Vurulmalı olan şəxs mən tərəfdə idi. Ona görə də güllə mənə dəydi. Mən güllənin atılmasını görməmişəm. Çünki arxadan atəş açılıb. Şikayətçiyəm".

Şahmar İsmayılov zərərçəkmiş Fəqan Rəhimlidən baş verən hadisəyə görə üzr istədiyini deyib.

Zərərçəkmiş Tamerlan Hüseynov bildirib ki, hadisə baş verən yerdə olub: "Mən orada təsadüfən olmuşam. Atəş açıldı, elə bildim, fişəng atırlar. Ayağımdan xəsarət alanda bildim ki, atəş açıblar. Xəstəxanada müalicə aldım".
Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 10 min manat mülki iddia qaldırdığını deyib. Bildirib ki, hadisə zamanı xəsarət alıb, xəstəxanada müalicə olunub: "Müalicə zamanı xərcim çıxıb. Səhhətimlə bağlı bir neçə ay işləyə bilməmişəm. Həmçinin avtomobilimə ziyan dəyib. Buna görə də bu məbləğdə ziyanın ödənilməsini istəyirəm".
Zərərçəkmiş, kriminal ailəmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Ələkbərov bildirib ki, təqsirləndirilən şəxsləri tanımayıb. Onun sözlərinə görə, hadisə günü idamna zalından çıxıb: "Hadisəni xatırlamıram. Təqsirləndirlilən şəxslərdən şikayətçi deyiləm. Mənə atəş açan şəxsi görmüşəm. Orada tək idi".
Zərərçəkmiş bildirib ki, Emin Qasımov və onun qardaşı Elnuru 29 ilə yaxındır tanıyır: "Son üç ilədə münasibətlərimiz olmayıb. Onlarla əlaqəmiz yoxdur".
Şahid Seymur Həsənov bildirib ki, Nicat Ələkbərovu tanıyıb, onunla uşaqlıq dostu olublar.
"Bravo"da xidmət rəisi işlədiyini deyən şahid bildirib ki, atəş səsini eşidib: "Bir neçə atəş səsi gəldi. Atəş açan şəxsi görmədim".
Şahidin istintaqa verdiyi ifadəsi elan edilib. Şahid ifadəsində göstərib ki, Nicat Ələkbərov kriminal aləmdə tanımış şəxs olub, "Brilyant Nicat" kimi tanınıb. Qeyd edib ki, Emin Qasımov da kriminal aləmin nümayəndələrindən olub.
O, ifadəsində deyib ki, Emin Qasımovun qardaşı Elnur İstanbulda öldürülüb, Emin də qardaşının ölümündə Nicat Ələkbərovu günahkar bilib.
Onun sözlərinə görə, Nicatın Elnurun qətlindən xəbəri olmayıb: "Elnurun qətlindən Nicatın xəbəri olmayıb. Eminin Nicatla arası yox idi. Onların arasında ziddiyyətlər var idi".
Növbəti proses dekabrın 6-da davam edəcək.
Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkıranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib. 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nicat Quliyevin istintaq müddəti uzadıla bilər

    Nicat Quliyevin istintaq müddəti uzadıla bilər ...

    25-11-2013, 13:11

  • 
  • Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə girməkdə təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib

    Sabiq MTN polkovniki ilə cinayət əlaqəsinə ...

    31-07-2018, 16:15

  • 
  • Nicat Dağların Almaniyaya gedəcəyi vaxt dəqiqləşdi

    Nicat Dağların Almaniyaya gedəcəyi vaxt dəqiqləşdi ...

    22-07-2013, 11:51

  • 
  • Nicat Dağlar Almaniyada

    Nicat Dağlar Almaniyada ...

    26-07-2013, 13:15

  • 
  • Qənirə Paşayevadan Nicat Dağlara dəstək

    Qənirə Paşayevadan Nicat Dağlara dəstək ...

    10-07-2013, 00:44


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu